Maraqlı məlumatlar

Şah İsmayıl Xətai (Xətayi)Azərbaycanın ictimai-siyasi, mədəni həyatıda tarix yaradan  görkəmli ictimai-siyasi xadim, böyük şair olmuşdur.  Cəmi 14 il şahlıq etsə də, 14 eli birləşdirmiş, adını əbədiləşdirmişdir.  Mədəniyyətimizin, ədəbiyyatımızın hamisi olmuşdur. Qürurla demişdir ki, torpağımızı, millətimizi,dilimizi, mədədəniyyətimizi  qorumaq üçün  hər şeyi etdim. Məni lənətlə xatırlamayın.

Xətainin  (Xətayi) təxəllüsü ilə müxtəlif  fikirlər var:

A) “Xəta” səhv (Allahın bəndəsi olaraq hamımız səhv edirik anlamında) Bir əvayətə görə, Şah İsmayıl:” Mən doğulanda dünyaya yox, xətalar içində gəlmişəm. Lakin həmişə mənə bir hikmətli səs deyir ki, sən bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq.” – deyirdi.

Başqa rəvayətə görə isə, Şah İsmayil İmam Hüseynin (ə) səhabəsi Hürrun qəbrini açmaği əmr edir. Şah görür ki, Hürrün nəşi çürüməyib və İmam Hüseynin (ə) onun yarasına bağladığı sarıq hələ də təzədir. O sarığı götürmək istəyəndə yaradan qan axır. Sonra Şah etdiyi xətadan peşman olur və özünə “Xətai” ləqəbi götürür. Lakin bu  versiyalar  öz təsdiqini tapmamışdır.

B)”Xətayi”- incəsənətdə qədim naxış növüdür.  

 C) Xətayi-xətaylı,türk tayfalarından brinin adıdır, yəni  Xətay qəbiləsindən olan deməkdir.

   Elm  Sonuncu versiyaya daha üstünlük verir.

Qeyd: Məlumat və şəkillər internet resurslarından təqdim olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı