Maraqlı məlumatlar

Ürəyimə od salıbdı bir gözəl,

Odu deyir, közü deyir,

“sev məni”…

Dilində “get” deyir,

ürəyində “gəl”,

Qaşı deyir, gözü deyir:

“sev məni”…

Mən sevirəm,

məhəbbətim min aləm,

Qısmətimiz gah sevincdi, gah da

qəm,

Qədəmləri dəyən

yerdən öpürəm,

Ayağının tozu deyir,

“sev məni”…

Ondan başqa bir

kimsədə yox

gözüm,

Gül adıdır, əzəl sözüm,

son sözüm-

O tanrıya qul olmuşam

mən özüm,

Tanrım gəlib özü

deyir: “sev məni”…

  İnsanın yaranması milyon illərlə əvvələrə bağlıdır. Bəziləri 3 milyon, bəziləri 4 milyon il deyir və bütün bunlar arxeoloji qazıntılarla tapılan insan sümüklərinə əsasən söylənilir. Bəlkə də neçə on il sonra tapılan sümüklər daha qədimlikdən şəhadət verəcək, ilk insandan yox, insanlığın mövcud olduğundan. Çünki təkamül nəzəriyyəsinə görə, insanın təkamülü milyonlarla il davam edən və kiçik dəyişikliklərdən ibarət olan bir prosesin nəticəsidir və ilk insan deyilə biləcək tək bir canlı yoxdur. Sonra dil, od, kəsici alətlər, çəkic, heyvanların əhliləşdirilməsi mənimsənilmişdir. Yəni,  həyat uğrunda mübarizələr bunları formalaşdırıb zəruri edirdi. Amma ilk insanlar bu gün bizim istifadə etdiyimiz nitqə malik olmamışdılar. Onlar həyat, yaşamaq uğrunda birgə mübarizə aparırdılar: birgə ov ovlayır,odu qoruyur və s. Əlbəttə ki, bu zaman özlərini ifadə etməyə ehtiyac duyurdular. Bəs necə: onların bir-birləri ilə ünsiyyət qurması  hələlik yalnız  bədən dili ilə  mümkün idi. O vaxtdan milyon illər keçib, bu gün də bədən dili var, fəqət, bu gün istifadə olunan bədən dili tamam fərqli bir məzmun daşıyır. Bu gün insan insanı təkcə ağzından çıxan sözlərlə, fikirləri ilə deyil,  həm də danışdırmadan, söylətmədən bədən hərəkətləri ilə də kəşf edə bilir. Bəzən yalnız sözlə ifadə tam anlaşılmaya bilər hansı hərəkət, baxış, duruş və s. vəziyyətdə olmaq kimsə heç nə demədən də təqdimat ola bilir və bəlkə də sözdən də etibarlı. Eyni bir məsələni iki adam təqdim edə bilər. Bu zaman diqqəti cəlb edən nə söylənilməsi yox,  həmin söylənilənin necə söylənilməsi olacaq. 

Bəzi ölkələr var ki, bədən dili ilə əlaqədar kurslar və kitablar var və bu dilə insanlar xüsusi əhəmiyyət verirlər. Hətta bu dil haqqında psixoloqlar maraqlı araşdırmalar da aparırlar.

Psixoloqların fikrincə, bədən dili istifadəsinə görə iki cürə olur:

1.İstəksiz bədən dili

2. İstəklə olan bədən dili.

Baxın, elə bir insan ola bilməz ki, həmsphbət olduğu zama, lap təkbaşına danışdıqda belə, söylədikləri fikirlərin məzmununa uyğun əllərini, qollarını, qaşlarını, göz qapaqlarını, ağzını, hətta qıçlarını müxtəlif formalarda hərəkət etdirirlər. Bu cürə mimika və hərəkətlər beynimizin bədənimizin ayrı-ayrı orqanlarına göndərdiyi siqnallarla baş verir. Bunlar istəksiz olaraq edilən hərəkətlərdir, yəni, istəksiz bədən dilidir.

İstəkli bədən dilində isə insan əvvəlcədən bütün ruhunu, bir növ, düşünülmüş şəkildə mərama/məqsədə kökləyir: yəni, fikirlərini ifadə edərkən qarşımdakı şəxsdə və ya şəxslərdə necə xoş təəssürat və ya əksinı edə bilərəm deyə düşünür. Məqamından, yerindən, məqsədindən asılı olaraq hər iki forma da əhəmiyyətlidir.

Bədən dili üçün ən əhəmiyyətli orqanlar gözlər, əllər, ağız, çiyinlər və ayaqlardır. Bunun xaricində burunla fısıldamaq, dil çıxartmaq, sinə əsdirmək, saç/hörük hərəkət etdirmək vəs. kimi kiçik detallar da var ki, bunlar da məzmunu dolğunlaşdırmağa xidmət edir. Bu sırada öndə gələn gözlərdir. Bəxtiyar müəllimin şeirindəki kimi:

Eşqin də ilk odu, ilk şərarəsi,

Əvvəsə ürəyə gözlərdən düşür.

Hesab edirəm ki, izaha ehtiyac yox, əksər eşqlərin xoşməramlı səfiri elə gözlər olur.

Batıq gözlü baxışlar insana şübhəni, açıq gözlər marağı, dərin baxışlar diqqəti, meyilli baxışlar kədəri izah edər. Bu dil izahında qaşlar da öz işini görür)))) Qaş çatmaq hirslənməyi izah edər, qaşlarınızı bir hilal şəklində qaldırmaq qarşıdakına maraqlı təəssüratı yaradır. Amma bu zaman gərək insanlar bir-birlərinə baxsınlar. Ona görə baxsınlar ki, hər ikisi bir-birlərinə daha yaxşı anlaşılsın. Bədən dilində ikinci əhəmiyyətli olan əllərdir.

Gözə və baxışlara çox da güvənməyən insan qarşısındakına əlləri ilə təsir etmək istəyər. “Əl- qolunu ölçə-ölçə danışma” deyimini, yəqin ki,  çoxlarınız eşitmisiniz. Bu, heç də yaxşı deyil: pis təəssürat yaradır və həm də çox əl -qol hərəkətləri ilə danəşanda qarşıdakı insanın etibarını də qıra bilər.

Əl-qol hərəkəti iləı yanaşı, barmaq hərəkətlərinin də bədən dilində özünəməxsus funksiyaları var.

Məsələn, barmağınızı burnunuzun altında tutmaq sizin yaxşı dinləyici olduğunuzu ifadə edirsə, çənənizin altında tutmaq, özünüzə hədsiz güvənən biri olduğunuzu ifadə edir.

Bədən dilində çiyinlər də əhəmiyyətli funksiya daşıyırlar. Məəttəl qalan kimi, çiyinləri yığırıq, və ya tərəddüdlər zamanı da belə edirik. Əyləşərkən bir çiyini digərindən yüksək tutmaq isə gücdən xəbər verir. Əgər siz də özünüzə güvəndiyinizi başqalarının da diqqətinə çatdırmaq istəyirsinizsə, çiyinlərinizi daim dik saxlamalısınız. 

Qıçları da bir-birinin üstünə atmaq da özünə güvən deməkdir. Qadınlar qıç qıç üstünə atdıqları zaman ayaqlarını salladıklarında, bu bir özünə güvən mənası daşıya bilər. Qıçları birləşmiş tutmaq qarşınızdakı insan tərəfindən zəiflik göstəricisi olaraq qəbul edilə bilər. Qıçları uzadıb, ayaqları birləşdirmək rahatlığın ifadəsidir və s.

Bədən dili daha çox sevənlər üçün kara gəlir. Deyə bilmədiklərini, yaza bilmədiklərini onlar bir-birlərinə bədən dili vasitəsi ilə izhar edirlər. Lap izhar etməsələr də bədən dili onları nişan verir, üzə çıxarır.

Onun hərəkətlərini təhlil edərək sizi sevib sevmədiyini çox asanca müəyyən edə bilərsiniz.

Və ya sevən tərələr bir-birlərinə bədən dilləri ilə “səni sevirəm”, “səni sevmirəm mesajları verirlər. Yəni eşq əvgəlcə bədən dili ilə başlayır, sonra danışıq dilinə keçir.

Sevgilinizə sizi aldadıb aldatmadığını soruşduğunuzda, hər dəfə

burnunu qaşıyırsa, aldadıldığınızı düşünməkdə haqlısınız. 

Təbii, hər burun qaşınması yalan söyləmə işarəsi deyil. Amma münasibət nizamında bunu edirsə, demək, yalan olduğu gündəmdədir.

Qeyd: Yazı müxtəlif türk sytlarındakı məlumatlarından və şəkillərdən istifadə ilə hazırlanılmışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı