Maraqlı məlumatlar

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,

Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim.

Mən səninçin ömrüm boyu cəfalara dözərim,

Sənsiz güllər açılmasın, axar çaylar dayansın,

Oxu, bülbül, bəlkə yarım oyansın!..

*****

Mən bir sönməz ulduzam ki, daim işıq saçarım,

Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım,

Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.

Sənsiz günəş görünməsin, qaralara boyansın,

Oxu, bülbül, bəlkə yarım oyansın!..

*****

Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım,

Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım!

Arar, arar, arar, arar, axır səni taparım;

Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın,

Oxu, bülbül, bəlkə yarım oyansın!

Siz elə bilirsiniz ki, bu şərqini hansısa hünərvər oğlumuz bir el gözəlinə oxuyub… A tövbə. Cəfər Cabbarlı bu şeiri keçən əsrin lap əvvəllərində yazmışdı. Bu cürə saf,dəruni hisslər o dövrün aşiq-məşuqlarında olardı.

Zaman dəyişdi, sular axdı-qarışdı, dövran təzələndi- təzəkləndi, yəni guya sivil, modern, ekstravaqant bir dünyaya doğru gedirik kimi “düşmüşük yolların ağına, bəxtimizin sorağına…”

Güllərə su səpə-səpə bu mahnını oxuyan da bir Robot aşiqdir… Sinəsinə, beyninə proqramlaşdırıb yerləşdiriblər . düyməzinə toxunan kimi başlayır izhar etməyə.

Odun nə olduğunu bilməzdi babalarmız. Göydən ildırım parçası düşüb ağacları yandırmışdı. Onlar da bu alovun ətrafına toplşmışdılar: işıq, istilik saçdığını görüb onu sönməyə qoymamışdılar, meşəni bir qıraqdan qırıb gətirmişdilər bu ocağa ki, gecə-gndüz yansın. Daha sonra bu odda çay qaynatmağaı, ət parçaları bişirməyi, müdafiə olunmağı mənimsəmişdilər… Amma üzü bəri gəldikcə, nəsillər dəyişdikcə kökümüzü, ilkinliyimizi unutuq. Bir də gördük II əsrin 60-cı illəridir. İnsan deyir mənə Yer kifayət etmir, mən Aya çıxmalıyam: gedib gəzib gəldi də.. Sonra zənənləri çıxarmağa başladılar.Kərbəlayı demiş, abır-həyamızı əldən aldılar. Yerdə özgə kişi görəndə həyadan bir həftə üz qızartısı getməyən tükəzbanlar, rəhmətlik Nəsibə xanım demiş, neçə il bir yastığa baş qoyub bircə dəfə bir-birlərini maç eləmiyən ulularımızın varisləri indi özgə kişilərlə bir qutuya oturub çıxdılar göyün 7-ci qatına. Onda heç bizim kəndlərin çoxunda işıq da yoxuydu.. Kimsə bilmədi ki, onlar orda “nağərirlər”, nə edirlər. Amma nağərirdilərsə, nə edirdilərsə, yerə düşən kimi hamısına “qeroy” adı veriurdilər. Yerdəki binəvalara isə hər uşağa görə 5-10 manat müavinət, bir az da “urrey”. Bir az da bu yana gəldik: işıq icad etdilər, indi hər evdə oldu bu, televizor icad etdilər. Axşam qaş qaralan kimi yatan adamlar indi görməmiş kimi səhərə qədər işığı yandırdılar, telviziyon bağlanana kimi böyrünü kəsdirib durdular. Proletar yazıq da “gözdüyüf-gözdüyüf “yatdı. Əsəbləşib yatdı, “davleniyası” qalxdı.. Beləcə, gündən-günə səhnədən çıxmağa başladı, nüfuzu, rolu əsaslı-əsassız bir çox təsirlərə məruz qoyuldu. Hansı həyətə yaxınlaşırdın “mini uşaq bağçası” idi elə, seyə-gülə qabağına yüyürrdülər. İndi yarım saat “çağereysən, qapıyı açan”, bir hay verə yox.

Daha sonra mobil telefonlar çıxdı. Aylarla-illərlə uzaq yerdə yaşayan əzizlərinə həsrət qalan Fatmamız, Tükəzbanımız indi bir çəpər o tərəfdə Zalxayla gündə 5 -10 dəfə sms-ləşir, mail açır. sanki insanlar, evlər arasında hər gün gözəgörünməz hasar ucaldılır. Hara baxlrdın, küçədə, metroda, işdə, dərsdə, iclasda hamı bu “şeytan ixtirası” ))) kimi nəsnəyə gözünü dikib durub. Yol gedirsə, qarşısına quyu çıxsa, quyuya düşəcək, xəbəri də olmayacaqdı. Bu nizamda sevgi və sevgi vasitələri də modernləşdi. Başladılar telefon sevgisinə, telefon eyş-işrətinə. Gecə-gündüz bultozla sevgi sms-ləri, porno kliplər, əttökən mahnılar mübadilə etməyə. Hətta bu məqsədlə bultozunu açıq qoyanlar vardı və yaxud özü bultozlarını açıq qoyanların hamısıyla “mazaqlaşır”dılar.

Bir qədər də keçdi kompüter içad etdilər, kinoteatrların, televiziya ekranlarının qapanmasına fitva verildi. İndi rahatca özün istəyən kimi pulsuz-parasız nə qədər istədi: gündüz saat 2-də, gecə 04 –də, evdə, küçədə, avtomobilində (axı sənin planşetin də var) baxa bildi belə klip və filmlərə.

Babalarımızla o dünyada görüşmək   nəsibimiz olacaqsa, imtina edəcək bizdən. Qanımız , ruhumuz çəkməyəcək onları, yad görünəcəyik öz ruhumuza.

Hələ Robotlardan heç nə demədim. Bu texnologiyalar çıxanda düşünmüşdük ki, bir çox texniki əməliyyatları insan əli olmadan bunlar edəcək, insan əməyi yüngülləşəcək, beləliklə, qəza hallarının aşağı düşməsinə də səbəb olacaq bu. Robot saata, beşikdə körpəni tərpədib layla çalan, onu yatdıran dayəyə qədər ixtira etdilər. Hamı heyran qaldı ki, insan zəkası nələr yaradır. Amma insan fikirləşmədi ki, zəkanı üstələyən belə ixtiralar elə onun özünə qarşı da çevriləcək, onu sıradan çıxaracaq.

Yaponiya araşdırmaçılarının sonuncu nailiyyətlərində robot insandan fərqlənmir.

Danimarkalı müəllifin “Geominoid DK” adlanan robotu Geominoid-in üçüncü nəsli hesab olunur.

Allah, biz hara gəlib çıxdıq?! Qardaşım, dostum, daha mənə eşqdən danışamayın. Körpəmizi robort dayə böyüdəcək, qızlarımız canlı ürəyi, qəlbi, içi dolu sevgi-hiss olan proletar ürəyinə sahib çıxmayıb, tanımayıb, yanından “vızzz” keçib gedib Robort “qədeşə” aşiq olacaqsa, mən belə dünyada qalım-qalmayım? Lap o, səninçün gülləri sulasa da, dəmir qollarına alıb yatağına belə aparsa da, yatmazdan əvvəl, proqrama əsasən, səninlə bir “medlenni” rəqs etsə də…. yenə proletarın bir tükünə dəyməz. İnsana çanlı hiss lazımdır, robot yoxxx..

Kəndinizə qayıdın..Proletarların qəlbində Allah sevgisi var, bağışlayacaqdır…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı