-
Təsisçidən : “Ana və Uşaq”saytının yeni ünvanı – II yazı
Baş redaktordan Bir saytın yaradılmasında məqsəd nə olur: saytı idarə edən həm özü zənginləşir, gündə yeni nə isə bir şey öyrənir, həm də digərlərinə ötürür. Saytda paylaşılan yazıların və şəkillərin təlqin etdiyi hisslər həm məlumatlandırmaq, həm də aşıladığı dəyər baxımından cəmiyyətin ideallarına uyğundur.
-
“Analıq qadının gözəlliyini tamamlayır”
Hikmət bağçası /Kəlamlar Ən cazibədar qadın ancaq yoldaşına bağlı olub, cazibədar görünən qadındır. Bill Ballans Analıq qadının gözəlliyini tamamlayır. Düma Qadın nə qədər az xoşuna gələrsə, o qədər vəfalı olar. Kəlam
-
Təsisçidən : “Ana və Uşaq”saytının yeni ünvanı – I yazı
Baş redaktordan Dünyanın istənilən şəhərində və ya kəndində yaşayan insanlar bu sosial şəbəkələr vasitəsi ilə bir-biri ilə həmin virtual məkanlarda ünsiyyət qurur: məktublaşır, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak edir, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxuyur, alış-veriş edir, radio dinləyir, televiziya verilişlərinə tamaşa edir, gündəlik hadisələr barəsindəki məlumatları çevik şəkildə öz aralarında paylaşırlar. İnternet …
-
Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir (II yazı)
Uşaqlar dünyanın ən böyük səadətidir Bəs niyə ailələr çoxuşaqlı ailə olmaqdan qaçırlar? Axı 30-40 il bundan əvvəl Azərbaycan ailələrinin əksəriyyətində ən azından 4-5 uşaq olurdu. Belə ailələr həmin dövr üçün azuşaqlı ailələr hesab olunurdu. Fəqət, indi iki və üçuşaqlı ailələr çoxuşaqlı ailə kimi tanınır.
-
Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir (I yazı)
Uşaqlar dünyanın ən böyük səadətidir Bir məktubdan: “Biz iki bacı bizə “qızlarım, ulduzlarının” deyərək sevən bir ana ilə böyüdük . Atam “Matchbox” avtomobil kolleksiyasını heç zaman bizimlə paylaşamadı. Mən o vaxtdan sevə-sevə əzizlədiyim “Barbi”ləri “gələcəkdə qızıma verərəm”,- deyə saxladım . Bəli, o gün gəldi və mən hamilə qaldım. Arzularımda həmişə qız uşağım olsun deyə duaçı…
-
“Oğlum, gördünmü burda nə qədər analar yatır”
Əfsanə və rəvayətlər Bir ananın gözünün ağı-qarası bir oğlu vardı. Oğul da anasını çox istəyərdi, hər gün öpüb oxşayardı onu. Amma anası yaşa dolduqca onu dərd-fikir alardı ki, mən anasız necə dözəcəyəm. Hətta, o qədər fikir çəkir ki, günü-gündən sınıxmağa başlayır. Anası səbəbini soruşanda, oğlunun gözündən yaş sel kimi axardı. Ana oğlunun başını sinəsinə sıxıb…
-
Qız övladlarınız olanda daha çox sevinin
Uşaqlar dünyanın ən böyük səadətidir Son illər Azərbaycanda doğulan uşaqlar arasında oğlanlar qızlara nisbətən üstünlük təşkil edir. Allahın qüdrətinə şükür edirəm. Amma Peyğəmbərimizin “Övladlarınız arasında fərq qoymayın, əgər qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim” kəlamını beynimdə dolandıraraq fikirləşirəm:
-
Qız uşaqlarının azalmasının gerçək sirri nədir?
Müzakirə “Oğlan olsun, qız olsun, fərqi yoxdur. Hər ikisi Allahın payıdır, təki sağlam və xeyirli bir övlad olsun” deyirlər. Mən də belə eşitdim hər zaman. Amma bir neçə qızı olub, Allahdan öğlan uşağı da arzulayan bilirəm, görmüşəm. Bu da təbiidir. Burada söhbət övladın hansınasa üstünlük verməkdən getmir. Sadəcə, ata-ana qızını hansısa ailəyə gəlin göndərdiyi kimi,…
-
Qadın nə istəyir
Qadın, ana, ailə dəyərləri Kişilər qadınların çox şey istədiyini fikirləşirlər. İnsanların çoxu da bunu təsdiqləyir, ictimai mediada zarafatların əsas mövzusu da bununla bağlı olur. Hətta, qadınlar özləri də bunu təsdiq edirlər. Doğurdan da qadın çox şeymi istəyir? Daha doğrusu, bir qadın nə istəyir? Əslində, bir qadın çox şey istəmir.