İbrət

Ana müqəddəsliyinin  gücü  bəzən təbii qanunları belə aşar.

                                                                 Kəlam

Şeyx Şamillə bağlı rəvayətlərin birində deyilir ki,  Şamil etdiyi əməllərə görə həbs edilib zindana atılmış  bir dustağın görüşünə yasaq qoyur. Hətta cəza da elan edir:  kim onun  kiminləsə görüşünə imkan versə,   yüz şallaq vurulsun . Necə olursa, bu qaydanı Şeyxin anası pozur və oğlundan icazəsiz dustağı buraxdırır.  Şeyx Şamil indi nə etsin, onu dünyaya gətirmiş  vücuda 100 şallaq vurdursunmu? Ana buna  dözərmi və eşidib bilənlər Şamili  qınamazlar ki?!

  Nəriman Həsənzadə bu əfsanənin həllini  poetik  şəkildə  belə təqdim edir:

…Anasını döydürsə Şeyx

Düşər səsə,

öz hökmünü pozasıdır, döydürməsə.

Söz-söhbətlər gəzir dağlar diyarını,

Hamı Şeyxin gözləyir son qərarını.

Ana-oğul üz-üzədir,

Hökm qəti!

Bağışlasın?!

Kim eləsin bu cürəti.

Siz ananın əvəzinə, – deyir İmam,

yüz çubuğu mənə vurun… mən oğluyam.

  Bu təsvir poetik   həll olsa da,  hər kəsin beynində, ruhunda, ürəyində   bir təbəddülat yarada bilir.

  Müqəddəs Quranımız da  insanlara bunu belə buyurur. əl-İsra surəsində deyilir:

“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, sən də onlara rəhm et! – de. ”

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!