Etnoqrafiya

  anaveushaq.wordpress.com

    Bizim formalaşmış ilkin sivil  cəmiyyətimiz  Dədə Qorqud  cəmiyyətidir. Bir  dərindən nəzər salın, incələyin. Necə dəyərli əxlaq  kodeksi varmış   bu cəmiyyətdə.  Ailə çox müqəddəsdir,  qadın müqəddəsdir, amma  bu müqəddəsliklərin   hamısının  fövqündə   ata-ər qüruru  dayanır. Bu qürurun əzəməti də, kövrəkliyi də bu ataların, ərlərin  analarının, qadınlarının, qızlarının  cəmiyyətdəki   mövqeyi ilə  müəyyən olunurdu.

  “Baybörənin oğlu Boz ayğırlı Bamsı Beyrək boyu”nda   həm  Beyrək, həm də Baybican bəyin qızı Banu Çiçək obrazlarında  bunun  şahidi oluruq.  Aşağıda həmin  boyu  təqsim edirik.

    

-Bəli, budur. Mən də istəyirəm, oğlum olsun, Bayandır xanın xidmətində durub, qulluq etsin, mən də baxıb fərəhlənim.

Min yerdə ipək xalça döşənmişdi. İç Oğuzun, Dış Oğuzun bəyləri Bayandır xanın söhbətinə toplaşmışdı.Bayandır xanın qarşısında Qarabudaq, sağ yanında Uruz durmuşdu. Sol yanında isə Yeynək bəy durmuşdu. Baybörə bəy bunları gördükdə ah çəkdi. Bunu görən Qalın Oğuzun arxası, Bayandır xanın kürəkəni Salur Qazan Baybörə bəyin üzünə qıyqacı baxaraq dedi:

-Baybörə bəy, niyə belə qəmginsən?

-Qazan xan, necə qəmgin olmayım, zarımayım? Nə oğlum var dayağım olsun, nə də qardaşım. Allah-taala məni qarğayıbdır… Bəylər, taxtım-tacım üçün fikir edirəm. Bir gün ölsəm, yerimdə-yurdumda kimsə qalmayacaq.

Qazan dedi:

-Arzun elə budurmu, Baybörə bəy?

Belə dedikdə Qalın Oğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua etdilər. “Allah-taala sənə bir oğul versin” dedilər.

O zamanlar bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları yerini tuturdu. Baybican bəy də yerindən durub dedi:

-Bəylər mənimçün də bir dua edin. Allah-taala mənə də bir qız versin.

Qalın Oğuz bəyləri əl qaldırdılar, dua elədilər:

-Allah-taala sənə də bir qız versin.

Baybican bəy dedi :

– Bəylər, siz şahid, Allah-taala mənə bir qız verərsə, Baybörə bəyin oğluna göbəkkəsdi adaxlı olsun!

Bunun üstündən bir müddət keçdi. Allah Baybörə bəyə bir oğul, Baybican bəyə bir qız verdi. Qalın oğuz bəyləri bunu eşitdilər, çox sevindilər.

Baybörə bəy tacirləri çağırıb dedi:

-Ay tacirlər, Allah mənə bir oğul Verdi. Rum elinə gedin, oğlum böyüyüncə,  ona yaxşı hədiyyələr gətirin!

Tacirlər gecə-gündüz yol getdilər. İstanbula gəldilər. Danışıq aparıb yaxşı hədiyyələr aldılar. Qayıtmaq üçün yol hazırlığı gördülər.

Artıq Baybörənin oğlu böyümüşdü. Atası onu  “Bamsı” deyə əzizləyirdi. O zamanlar bir oğlan baş kəsməsə, qan tökməsəydi, ona ad qoyulmazdı. Baybörə bəyin də oğlu atlandı, ova çıxdı.

Ov ovlarkәn atasının tövlәsinә gәldi. Onu əmiraxurbaşı qarşıladı, atdan endirdi, qonaq etdi. Yeyib-içib otururdular, Bu yandan da tacirlәr gәlib, böyük Dәrbәnd sәrhәddindә dayanmışdılar. Evnik qalasının kafirlәri, casusluq etdilәr. Tacirlər yatarkәn qәflətәn beş yüz kafir hücum edib, mallarını çaldılar-çapdılar. Tacirbaşı tutuldu, tacirlәrdәn biri qaçaraq Oğuz diyarına gәldi. Baxdı gördü ki, oğuz yurdunun ucqarında bir hündür alaçıq qurulmuş; bir yaraşıqlı, gözәl igid dә sağında və solunda qırx igidlә oturmuşdur. Tacir fikirlәşdi: “Oğuzun yaxşı igidlәrindәndir, gedim kömәk istәyim”. Tacir dedi:

İgid, igid, bәy igid! Sәn mәnim sәsimi anla, sözümü dinlә! On altı ildir ki, oğuzların içindәn getmişdik. Danışıq-razılıqla kafirin malını oğuz bәylәrinә gәtirirdik. Böyük Dәrbəndin Pasnik qalası yanında yatmışdıq. Evnik qalasının beş yüz kafiri bizә hücum etdi. Qardaşım dustaq oldu. Malımızı, azuqәmizi çalıb-çapıb getdilәr. Dәrdli başımı götürüb, yanına gәldim. Başına dönüm, igid, mәnә kömәk et!

Oğlan dedi:

-Dediklәrimi yerinə yetirin, mәnim geyimimi, şahbaz atımı gәtirin! Hey! Mәni sevәn igidlәr atlansınlar!

 Tacir dә qabaqlarına düşdü, bәlәdçi oldu. Kafirlər dә bir yerә çәkilib, pul bölüşdürmәkdәydi. Bu vaxt igidlәr meydanının aslanı, pәhləvanların qaplanı Bozatlı oğlan özünü yetirdi.

Tacirlәr dedilәr:

-Bәy igid, sәn mərdlik göstәrib bizi xilas etdin. İndi gәl, bәyәndiyin malı götür!

 İgidin gözü bir dәniz qulunu boz ayğırı tutdu, bir dә altı pәrli gürzlә dәstәyi ağ tozlu yayı. Bu üç şeyi bәyәndi. Dedi:

-Ay tacirlәr, bu ayğırı, bu yayı vә bir dә bu gürzü mәnә verin!

 Belә dedikdә tacirlər pәrt oldular.

İgid dedi:

-Ay tacirlәr, çoxmu istәdim?

 Tacirlәr dedilәr:

-Niyә çoxdur? Amma bizim bәyimizin bir oğlu vardır, bu üç şeyi gәrәk ona hədiyyə aparaydıq!

 Oğlan dedi:

-Әdә, bәyinizin oğlu kimdir?

 Dedilәr:

-Baybörәnin oğlu var, adına Bamsı deyirlәr.

  Baybörənin oğlu olduğunu bilmәdilәr. İgid barmağını dişlәyib dedi:

-Burda minnәtlә almaqdansa, orada atamın yanında minnətsiz almaq yaxşıdır!

Sonra da atını qamçılayıb, yola düşdü. Tacirlər ardınca baxa-baxa qaldı.

Atası tacirlәrin gәlmәsindәn xәbər tutdu, sevindi. Çәtirli çadır, uca alaçıq qurdurdu. Yerə ipәk xalçalar saldı. Keçdi oturdu. Oğlunu sağ yanında әylәşdirdi. Oğlan tacirlәr barәdә bircә söz söylәmәdi.

Gözlәnilmәdәn tacirlәr gәldilәr. Baş endirib, salam verdilәr. Gördülәr ki, o başkәsәn, qantökәn igid Baybörә bәyin sağında oturur. Tacirlәr yanaşıb igidin әlini öpdülәr. Bunlar belә etdikdә Baybörә bәyin acığı tutdu. Tacirlәrә dedi:

-Әdә, әblәh oğlu әblәhlәr! Ata dura-dura oğulunmu әlini öpәrlәr?

 Dedilәr:

-Xan, bu igid sәnin oğlundurmu?.

-Bәli, mәnim oğlumdur!

Dedilәr:

-İndilikdә әvvәlcә onun əlindәn öpdüyümüzdәn incimә, xan. Әgәr sәnin oğlun olmasaydı. Bizim malımız Gürcüstanda getmişdi. Hamımız dustaq olmuşduq.

Baybörә bәy dedi:

-Әdә, mәnim oğlum başmı kәsib, qanmı töküb?

 -Bәli, baş kəsdi, qan tökdü, atdan adam saldı!

 -Aha, onda bu oğlan ad qoymaq hәddinә çatıbmı? 

-Bәli, sultanım, ondan da artıqdır!

Baybörə bәy Qalın Oğuz bәylәrini çağırdı, qonaq etdi. Dәdəm Qorqud gәldi, oğlana ad qoydu. Dedi:

-Sözümü dinlә, Baybörә bәy! Allaһ-taala sәnә bir oğul vermişdir, әlindә qalsın! Ağır bayraq götürәndә müsәlmanlara arxa olsun! Qarşı yatan uca qarlı dağlardan aşarsa, allaһ sәnin oğluna keçid versin! Sәn oğlunu «Bamsım» deyә oxşayırsan; onun adı Boz ayğırlı Bamsı Beyrәk olsun! Adını mәn dedim, yaşını Allah versin!

Qalın Oğuz bәylәri әl götürüb dua etdilәr  “Bu ad bu igid üçün uğurlu olsun!”—dedilәr.

Bәylәr hamı ov üçün atlandılar. Beyrәk Boz ayğırını çәkdirib mindi. Böyük qoşun Ala dağa ova çıxdı. Birdәn oğuz yurdunun üzәrinә bir sürü geyik gәldi. Bamsı Beyrәk birini qovub getdi. Qova-qova bir yerә gәldi çıxdı. Nә görsә yaxşıdır?! Gördü ki, göy çәmәnlikdә bir qırmızı çadır qurulmuşdur. “Görәsәn, bu otaq kimin ola?!”—deyә fikirlәşdi. Xәbәri yox idi ki, alacağı ala gözlü qızın otağıdır. Bu otağa sarı getmәyә utandı. Sonra dedi:

-Nә olursa-olsun, һәr һalda, mәn ovumu tutmalıyam!  Gәlib çadırın önünә çatdı, geyiki qıcıqlandırdı. Baxdı gördü ki, bu otaq onun göbәkkәsmә nişanlısı-adaxlası olan Banıçiçәyin otağıymış.

Banıçiçәk otaqdan baxaraq dedi:

-Ay dayәlәr, bu kimdir,  bizә gücünümü göstәrir? Gedin ondan bir pay dilәyin, görün nә deyir?

 Qısırca yengә deyilәn bir qadın vardı. İrәli gedib pay istәdi. O da “Ay dayә, mәn ovçu deyilәm, һamınızın bәyinin oğluyam”- dedi və soruşdu ki, bəs , bu otaq kimindir?

Qısırça yengә dedi:

-İgid bәyim, bu otaq Baybiçan bәyin qızı Banıçiçәyindir. Bunu eşitcək,  Beyrәyin qanı qaynadı. Әdәblә yavaş-yavaş geri döndü. Qızlar geyiki götürdülәr. Gözәllәr şaһı Banıçiçәyin önünә gәtirdilәr. Banıçiçәk baxdı gördü ki, bu bir sultana layiq, kök sığın-geyikdir. Banıçiçәk dedi:

-Ay qızlar, bu igid necә igiddir?

 Qızlar dedi:

-Vallaһ, sultanım, bu igid üzü örtüklü yaxşı igiddir. Bәy oğlu bəy imiş.

Banıçiçәk dedi:

Hey, һey, dayәlәr, atam hәmişә mәnә sәni üzü niqablı Beyrәyә vermişәm, deyәrdi. Olmaya, bu ola. Çağırın bir xәbәrlәşim.

Çağırdılar, Beyrәk gәldi. Banıçiçək yaşmağlandı, soruşdu: -İgid, hardan gәlirsәn?

Beyrәk dedi:

-İç Oğuzdan!

 -İç Oğuzdan kimlərdənsәn?

-Baybörә bәy oğlu Bamsı Beyrәk dedikləri mәnәm.

 Qız dedi:

-Bәs nә mәqsәdlә gәlmisәn, igid?

 Beyrәk dedi:

-Baybican bәyin bir qızı var, onu görmәyә gәldim!

 Qız dedi:

-O elә qız deyildir ki, sәnә görünә! Amma mәn Banıçiçәyin dayәsiyәm. Gәl indi sәninlә ova çıxaq. Әgәr sәnin atın mәnim atımı keçsә, onun atını da keçәr. Hәm dә ox ataq. Mәni keçsәn, onu da keçәrsәn. Hәmçinin sәninlә güləşək. Mәni bassan, onu da basmış olursan. Beyrәk dedi:

-Yaxşı, indi atlanın!

 İkisi dә atlanıb meydana çıxdılar. At sürdülәr. Beyrәyin atı qızın atını keçdi. Ox atdılar. Beyrəyin oxu qızın oxunu ötdü. Qız dedi:

-Ay igid, heç kimin atı mәnim atımı, kimsәnin oxu mәnim oxumu keçmәyib. İndi gәl sәninlә qurşaq tutaq!

 Beyrәk dәrһal atdan endi. Gülәşmәyә başladılar. İki pәhlәvan kimi bir-birinә sarmaşdılar. Gah Beyrәk qızı, gah da qız Beyrәyi yerә vurmaq istәyir. Beyrәk sarsıldı, fikirlәşdi ki, əgər bu qıza basılsam, Qalın Oğuz içindә başıma qaxınç, üzümә rişxənd olacaq.

Qeyrәtә gәldi və tez də qarmalayıb qızın sinәbağını   әlə keçirdi. Döşündәn tutdu. Qız qurcandı. Bu dәfә Beyrәk qızın incә belindәn yapışdı, fırladıb arxası üstә yerә vurdu. Qız dedi:

-İgid, Baybicanın qızı Banıçiçәk mәnәm!

 Beyrәk üç öpdü, bir dişlәdi: “düyün qanlı olsun*, xan qızı! —dedi. Sonra barmağından qızıl üzüyü çıxardı, qızın barmağına keçirdi: “Bu üzük aramızda nişan olsun, xan qızı!»—dedi.

Beyrәk qızdan ayrılıb, evlәrinә gәldi. Ağsaqqallı atası soruşdu:

-Oğul, bu gün oğuz yurdunda nә gördün, nә eşitdin?» Dedi:

-Nә görәcәkdim, oğlu olan evlәndirmiş, qızı olan köçürmuşdür…

Atası dedi:

-Oğul, yoxsa sәni evlәndirmәk lazımdır?

-Bәli, ağsaqqallı əziz ata, evləndirmәk lazımdır. 

 Atası dedi:

-Oğuzda kimin qızını alıb verim?

 Beyrәk:

-Ata, mәnә bir qız alıb ver ki, mən yerimdәn durmadan o durmuş olsun! Mәn qaracıq atıma minmәdәn o minmiş olsun! Mәn döyüşə getmәmiş o mәnә baş gәtirsin!

Ata, mәnә belә bir qız alıb ver.

Atası Baybörә xan dedi:

-Oğul , sən qız yox, özünә bir yoldaş-silahdaş istәyirsәnmiş. Oğul, bәlkә istәdiyin qız Baybican bәyin qızı Banıçiçәkdir?

Beyrәk dedi:

– Bәli, ağsaqqallı әziz ata, mәnim istәdiyim elә odur.

  Atası dedi:

-Ay oğul, Banıçiçәyin bir dәli qardaşı vardır, adına Dәli Qarcar deyərlər. Qız istәyәni öldürür.

-Beyrәk dedi:

-Yaxşı, bәs nә edәk?

 Baybörə bәy dedi:

-Oğul, Qalın Oğuz bәylәrini evimizә dәvәt edәk, necә məslәһәt görәrlәrsə, ona uyğun da iş görәk.

Bütün Qalın Oğuz bәylәrini çağırıb, evlәrinә yığdılar. Zәngin qonaqlıq verdilәr. Qalın Oğuz bәylәri dedilәr: -Bu qızı istәmәyә kim gedә bilər?» Mәslәһәt gördülәr ki, Dәdә Qorqud getsin.

Dәdә Qorqud dedi:

-Dostlar, madam ki, mәni göndәrirsiniz, bilirsiz ki, Dәli Qarcar bacısını istәyәni öldürür. Məni göndərirsinizsə, barı, Bayındır xanın tövlәsindәn iki şahanә yüyrәk at gәtirin: biri keçibaşlı Keçәr ayğırı, biri dә toğlubaşlı Duru ayğırı. Birdәn qaç-qov olarsa, birisini minim, o birini yedәklәyim.

Dәdә Qorqudun sözu ağıllarına batdı. Getdilәr, Bayındır xanın tövlәsindәn o iki atı kәtirdilәr. Dәdә Qorqud birini mindi, birini yedәklәdi, ulusu ilə sağollaşıb yola düşdü:

-Dostlar, sizi allaһa tapşırdım!

Bu vaxt Dәli Qarcar da öz uca evini, hündür otağını qara yer üstündә qurdurmuşdu. Yoldaşları ilә nişan qoyub atırdı. Dәdәm Qorqud da o yandan gәldi. Baş endirib tәzim etdi. Dil-ağız edib, hörmәtlә salam verdi. Dәli Qarcar ağzını köpüklәndirdi. Dәdə Qorqudun üzünә baxdı. Dedi:

-Aleykümsalam! Ay әmәli azmış, yolundan dönmüş, qadir Allaһ ağ alnına qada yazmış! Ayaqlıların buraya gәldiyi, ağızlıların buradakı sudan içdiyi yox idi. Sәnә nә oldu? Әmәlinmi azdı? Ağlınmı azdı? Әcәlinmi gәldi? Bu aralarda neylәyirsәn?

Dədә Qorqud dedi:

– Gen әtәyinә, dar qoltuğuna qısılmağa gәlmişəm. Tanrının әmriylә, peyğәmbәrin rәyi ilә Aydan arı, gündәn duru bacın Banıçiçəyi Bamsı Beyrәyә dilәmәyә gәlmişәm!

Dәdә Qorqud belә dedikdә Dəli Qarcar dedi:

-Әyә, nә dediyimi edin, Qara ayğırı yaraqlı gәtirin!

 Qara ayğırı yaraqlı gәtirdilәr. Dәli Qarçar atlandı. Dәdә Qorqud ümidini üzüb gözlәmәdi, qaçdı. Dәli Qarcar ardınca düşdü. Toğlu başlı Duru ayğır yoruldu. Dәdә Qorqud Keçi başlı Keçәrә sıçrayıb mindi. Dәdəni qova-qova Dәli Qarcar on ox mәsafәsini keçdi, arxadan Dәdә Qorquda çatdı. Dәdәnin yaddaşı canlandı, tanrıya sığınıb, dua oxudu. Dәli Qarcar qılıncını әlinә aldı, Qolunu yuxarı qaldırıb hücum etdi. Dәli bәy Dәdәni vurmaq istәdi. Dәdә Qorqud dedi:

-Vursan, әlin qurusun!

Allahın әmri ilә Dәli Qarcarın әli yuxarıdan asılı qaldı. Dәdә Qorqud vilayәtin ruhani ağası olduğu üçün dilәyi qәbul olundu. Dәli Qarcar dedi:

Amandır, kömәk et! Tanrının birliyinә şübhә yoxdur! Sәn mənim әlimi sağalt, tanrının әmri ilә, peyğәmbәrin rәyi ilә bacımı Beyrәyә verim.

Dәli Qarcar dediyini də  üç dәfә tәsdiq elәdi. Günahına tövbә etdi. Dәdə Qorqud dua eylәdi. Allaһın әmri ilә dәlinin әli sap-sağlam oldu.

Döndü, dedi:

Dәdә, bacımın yolunda mәn nә istәsәm, verәrsәnmi? Dәdә ded:

-Verәrik, de, görәk nә istәyirsәn?

 Dәli Qarcar dedi:

-Min buğra gәtirin ki, maya görmәmiş olsun. Min dә ayğır gətirin ki, ilxıya girmәmiş olsun. Min dә qoyun üzü görmәmiş qoç gәtirin. Min də quyruqsuz-qulaqsız köpәk gәtirin. Min dә birә gәtirin mәnә! Әgәr bu dediyim şeylәri gәtirərsinizsә, bacımı verdim. Amma gәtirmәsәn, bu dәfә öldürmәdim, o vaxt öldürərәm!

 Dədә döndü, Baybörә bәyin evinә gәldi, Baybörә bəy dedi:

-Dәdә, oğlanmısan, qızmısan?

 Dәdә: «Oğlanam!»—dedi.

-Bәs Dәli Qarcarın әlindәn necә xilas oldun?

Dәdә dedi:

-Allahın kömәyi, әrәnlәrin sәyi ilә qızı aldım.

 Beyrәyә, anasına vә bacılarına müjdәçi gәldi. Sevindilәr, şad oldular. Baybörә bәy dedi:

-Dәli nә qәdәr mal istәdi?

Dәdə dedi:

-Yarımasın Dәli Qarcarı, heç mümkün olmayan mal istәdi!

– Baybörә bәy dedi:

-Axı, nә dilәdi?

 Dәdә dedi:

-Min ayğır istәyibdir ki, ilxıya girmәmiş olsun. Min dә buğra istәdi ki, maya görmәmiş olsun. Min dә qoç dilәyibdir ki, qoyun üzü görmәmiş olsun. Min dә quyruqsuz-qulaqsız köpək istәyib. Min dә qaraca-qaraca birәlәr dilәdi.

Daha sonra dedi:

-Bu şeylәri gәtirsәniz, bacımı verərәm. Gәtirmәsәn, gözümә görünmәyәsәn, yoxsa sәni öldürәrəm!

Baybörә bәy dedi:

-Dәdә, mən üçünü taparsam, ikisini sәn taparsanmı? Dәdә Qorqud dedi:

-Bәli, xanım, tapacağam.

Baybörә bәy onda: “İndi, Dәdә, köpәklə birәni sәn tap”,—dedi. Özü isə tövlə-tövlə atları üçün getdi. Min ayğır seçdi. Dәvәlәrinin arasından min buğra-nәr seçdi. Qoyun sürülәrindәn min qoç seçdi. Dәdә Qorqud da min quyruqsuz-qulaqsız köpәklә min dә birә tapdı. Bunları götürüb Dәli Qarcarın yanına getdi. Dәli Qarcar eşitdi, qarşısına gәldi.   Ayğırları görәndә bәyәndi. Dәvәlәri də görüb bәyәndi. Qoçları bәyәndi. Köpәkləri görәndә qah-qah güldü və dedi:

-Dәdә, bәs mәnim birәlәrim hanı?

Dәdә Qorqud dedi:

-Hey, oğul ,  o itmilçәyi kimi adamı dәli elәyәr. O, bir acıqlı canlıdır. Ona görә dә bir yerdә yığıb saxlamışam. Gәl gedәk, kökünü götür, arığını qoy qalsın.

Dәdә Qorqud Dәli Qarcarı birә olan yerə gətirdi. Dәli Qarcarı soyundurub ağıla saldı. Birәlәr Dәli Qarcarın bәdәninә daraşdılar. Dəli Qarcar gördü birәlәrlә bacarmır, qışqırmağa başladı:

-Dədә, kömәk! Allah eşqinә, insaf elә! Qapını aç, çıxım. Dәdә Qorqud dedi:

-Oğul, Qarcar, qarğayıb elәmәyәsәn, bu tapşırdığın şeydir, götur! Nә oldu, belә özünü itirdin? Köklәrini seç, arığını qoy!

Dәli Qarcar dedi:

-Vay, Dәdә sultan, Allah bunların kökünü dә götürsün, arığını da! Bir mәni qapıdan çölә çıxar, kömәk elə.

 Dәdә qapını açdı. Dәli Qarcar çıxdı. Dәdә gördü ki, birәlәr Dәlinin canına elə daraşmışdır ki, başı-bәdәni birәdәn görünmür. Üz-gözü bәlli deyil.

Dәli Qarcar Dәdәnin ayağına düşdü:

-Allah eşqinә, mәni xilas et!

 Dәdә Qorğud dedi:

– Get, oğul, özünü suya vur!

Dәli Qarcar qaçaraq gedib suya düşdü. Birәlər  suda axdı getdi. Gәldi paltarını geydi, evinә getdi. Böyük toy һazırlığını gördü.

 Oğuz zamanında evlәnәn Һәr igid ox atardı. Oxu düşәn yerdә dә gәlin otağı qurardı. Beyrәk xan da oxunu atdı, oxu sancılan yerdә otağını qurdurdu. Adaxlısından bir bәylik qırmızı qaftan gәldi. Beyrәk geydi. Bu iş yoldaşlarına xoş gәlmәdi. Pәrt oldular. Beyrәk dedi:

-Niyә pәrt oldunuz?

 Dedilәr:

-Necә pәrt olmayaq? Sәn qırmızı qaftan keyirsәn, biz isə ağ qaftan!

 Beyrәk dedi:

– Belә şeydәn ötrü niyә һalınızı pozursunuz? Bu gün mәn geymişәm, sabah naibim  geysin. Qırx günәdәk sıra ilә geyinәk, Ondan sonra bir dәrvişә verәk!

Kafirin casusu, bunları görüb, getdi Bayburd һasarının bәyinә xәbәr çatdırdı:

-Nə oturursan, sultanım, Baybican bәy o sәnә verәcәyi qızı Beyrәyә verdi. Bu gecә gәlin gedәcәkdir.

O mәlun yeddi yüz kafirlә atlanıb yürüşә çıxdı. Beyrәk apalaca gәlin otağında yeyib-içib xәbәrsiz oturmuşdu. Gecә yuxusu vaxtı kafirlәr һucum etdi. Naib qılıncını siyirib hücuma keçərək: “Mәnim başım Beyrәyin başına qurban olsun!”—dedi.   Bu savaşda Naib yaralandı və hәlak oldu.

Otuz doqquz igidlə Beyrәk dustaq getdi, Dan yeri qızardı, günəş doğdu. Beyrәyin atası-anası baxıb gördü ki, gәlin otağı görünmәz olmuşdur. Ah-vay etdilәr, ağılları başlarından çıxdı. Gördülәr ki, yurdda bir quzğun, bir tazı dolaşır. Otaq yerlә-yeksan, naib isә hәlak olmuşdur. Beyrәyin atası böyuk çalmasını götürüb yerә çırpdı. Dartdı, yaxasını yırtdı. “Oğul, oğul!”—deyib yüyürdu, zarıldadı. Ağbirçəkli anası ağladı, kildir-kildir göz yaşını tökdü, ağ üzünə acı dırnaq çaldı. Al yanağını dartdı, qarğı kimi qara saçını yoldu. Ağlayıb-sızlayıb evinә gәldi.

Baybörә bәyin qızıl tağlı hündür evinә şivәn düşdü. Qız-gәlininin qәhqәhәli gülüşü kəsildi. Ağ әllәrә qızıl xına yaxmadılar. Yeddi bacı ağ  çıxarıb, qara donlarını geydilәr. “Vay, bәy qardaşımız! Muradına, arzusuna çatmayan yalqız qardaş!”—deyib һönkür-һönkür ağlaşdılar. Beyrәyin nişanlısına xәbәr çatdı. Banıçiçәk qaralar geydi, ağ qaftanını çıxardı. Payız alması kimi al yanağını dartdı, yırtdı. “Vay, al duvağımın yiyəsi! Vay, alnımın-başımın ümidi! Vay, şah igidim, şahzadә igidim. Doyunca üzünə baxmadığım, igid xanım! Hara getdin, mәni yalqız qoyub, igid xanım?! Göz açaraq gördüyüm, könül verib sevdiyim, bir yasdıqda baş qoyacağım! Yolunda öldüyüm! Qurban olduğum! Vay, Qazan bәyin dostu! Vay, Qalın Oğuzun sevimlisi Beyrək!”— döyib zarzar ağladı. Bunu eşidən Qıyan Sәlcik oğlu Dәli Dondaz ağ çıxardı, qara geydi. Beyrəyin yar-yoldaşları ağ çıxarıb qara geydilәr. Qalın Oğuz bәyləri Beyrək üçün böyük yas tutdular. Ümidlәrini üzdülәr.

Bu hadisәdәn on altı il keçdi. Beyrəyin ölü-dirisini bilmәdilәr. Bir gün qızın qardaşı Dәli Qarcar Bayındır xanın divanına  gәldi. Diz çöküb dedi:

-Ağıllı xanın ömrü uzun olsun! Beyrәk diri olsaydı, on altı ildәn bәri gәlәrdi. Beyrәyin diri olduğu xəbәrini gәtirәn bir igid olsa, qızılı tikişli, naxışlı çuxa, qızıl-gümüş verәrәm. Ölüm xәbәrini gәtirәnә bacımı verәrәm.

Belə dedikdә,   Yalançı oğlu Yalancıü  dilləndi:

-Sultanım, mən gedim, ölüsu-dirisi xәbәrini gәtirim!

 Sәn demә, Beyrәk Yalançı oğluna bir köynәk bağışlayıbmış:geymәyib saxlayırmış. Getdi, һәmin köynәyi qana-mana batırdı, gәtirib Bayındır xanın önünә atdı. Bayındır xan dedi:

-Әdә, bu nә köynəkdir?

 Yalancıq dedi:

-Beyrәyi Dәrbәnddә öldürmüşlәr, bu da nişanıdır, sultanım!

 Bәylәr köynәyi görәndә һönkür-һönkür ağlaşdılar, zarıldadılar. Bayındır xan dedi:

-Әyә, niyә ağlayırsınız, biz bunu tanımarıq. Adaxlısına aparın, görsün. O,  yaxşı bilәr. Çünki o tikibdir, yenә o tanıyar

. Getdilәr, köynәyi Banıçiçəyә apardılar. Banıçiçəy görən kimi tanıdı və “Odur!” dedi. Dartıb yaxasını yırtdı. İti dırnaq ilә ağ üzünü aldı-cırdı. Payız alması kimi al yanağını yırtdı. “Vay, göz açıb gördüyüm, könül verib sevdiyim! Vay, al duvağımın sahibi! Vay, alnımın-başımın ümidi, Beyrәk xan!”— deyə ağladı.

Beyrәyin ata-anasına xәbər çatdı. Baybörәnin böyük düşәrgәsinә şivәn duşdü. Ağ çıxardılar, qara geydilәr. Qalın Oğuz bәylәri Beyrәkdәn bütün ümidlәrini üzdülәr. Yalançı oğlu kiçik nişanını eylәdi. Böyük toy günü üçün vaxt qoydu. Beyrәyin atası da tacirlәri çağırdı, yanına gәtirib dedi:

-Ay tacirlər, gedin iqlim-iqlim arayın, Beyrəkdən bir xəbər gәtirin, görum, doğrudanmı ölmüşdür?

Tacirlәr һazırlıq gördulәr. Gecə-gündüz yol getdilәr. Tәsadüfən Parasarın Bayburd hasarına gәlib çatdılar. Kafirlәrin şadlıq künlәri idi. Hәr biri yemәk-içmәkdә idi. Beyrәyi dә gәtirib qopuz çaldırırdılar. Beyrәk uca çardağdan baxdı, tacirlәri gördü. Bunları gördükdə soraqlaşdı. Görәk, xanım, necә soraqlaşdı. Atasını, anasını, Dəli Dondazı, Qazan xanı soruşdu.

Eşitdilərindən sonra Beyrәk qalxdı, ağlaya-ağlaya qırx igid yoldaşının yanına gәldi. İri çalmasını götürüb yerә çırpdı. Dedi:

-Hey, mәnim qırx yoldaşım! Bilirsizmi nәlәr olub? Yalançı oğlu Yalancıq mәnim ölüm xәbәrimi aparmışdır. Atamın qızıl tağlı hündür evinә şivәn düşüb. Qaza bәnzәr qızı-gәlini ağ çıxarıb qara geymişdir. Göz açaraq gördüyüm, könül verib sevdiyim Banıçiçәk Yalançı oğlu Yalancığa getmәli olmuşdur. Bunu eşitdikdә qırx igid böyük çalmalarını götürüb yerә vurdu, hıçqırahıçqıra ağlaşdı, inlәdi. Deyirlәr ki, kafir bәyinin bir bakirә qızı vardı. Hәr gün Beyrәyi görmәyә gәlirdi. 0 gün yenә gәldi. Baxdı gördü Beyrәk pәrtdir. Qız dedi:

-Niyә pәrtsәn, xan igidim? Hәmişә gәlәndә sәni şәn görürdüm. Gülәrdin, oynardın. İndi nә oldu sәnә?». Beyrәk dedi:

-Necә pәrt olmayım? On altı ildir ki, sәnin atanın dustağıyam. Ata-anaya, qohum-qardaşa hәsrәtәm. Bir    qaragözlü ssvgilim vardı.Yalançı oğlu Yalancıq deyilәn bir kişi var, gedib yalandan mәnim öldüyümü demiş, sevdiyim qız da ona getmәli olmuşdur.

Qız Beyrәyә aşiq olmuşdu, ona görә dә dedi:

-Әgәr sәni hasardan örkәnlә aşağı sallasam, sağ-salamat ata-ananın yanına getsәn, mәni burda gәlib halallıqla alarsanmı?

 Beyrәk and içdi:

-Oğuz yurduna salamat çatsam, gәlib sәni halallıqla almasam, qılıncımla doğranım! Oxuma sancılım! Yer kimi çatlayım, torpaq kimi sovrulum!

 Qız da örkәn gәtirib, Beyrәyi hasardan aşağıdüşməsinə kömək etdi. Beyrәk aşağı baxdı. Allaһa şükr edib,  yola düşdü.

Beyrək yolda bir ozana təsadüf edir. Ozan Yalancı oğlunun   toyuna gedəcəyini söyləyir. Beyrək də ona qoşulub   alıb toya gəlir. Toyda qopuzu çalaraq şeirlər söyləyir. Bu Qazan bəyin diqqətini cəlb etdi. Onun Beyrək olduğu anlaşıldı və Baybörə bəyə  “muştuluq” apardılar.

Bamsı Beyrək Yalançı oğlunu öldürmək istədi, ancaq Yalancı oğlu gəlib onun qılıncı altından keçdi, Beyrək də onu əfv etdi. Qazan bəy Beyrəyin toyunu etmək istədi. Beyrək Bayburd hasarında əsir olan dostlarını qurtarmayınca toy etməyəcəyini bildirdi. Oğuzlardan bir neçə atlı götürüb hasara hücum etdi və dustaq yoldaşlarını qurtararaq  geri qayıdıb toyunu etdi.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!