Tarixdə bu gün
İlin 235-ci (uzun illərdə 236-cı) günü.
Mühüm hadisələr:
1918 — Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan vətəndaşlığı haqqında qanun qüvvəyə minib.
1939 — Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalanmışdır. Məhz bu saziş Almaniyanın Polşanı işğal etməsinə əlverişli zəmin yaratmışdır.
1993 — Azərbaycanda yüksəksəviyyəli domeni .az yaranmışdır.
Doğum günləri:

1943 – Görkəmli aktyor, Xalq artisti Şahmar Ələkbərov Gəncədə anadan olub.
Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb. Teatr İnstitutunun Aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. 1964-cü ildə Azərbaycan İncəsənət İnstitutunu bitirib. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış edib. “Ustalar” tamaşasında qazandığı uğurdan sоnra böyük tamaşaçı auditоriyasının rəğbətini qazanıb. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərоv оnu kinоstudiyanın nəzdində özünün yaratdığı “kinо aktyоrluğu” studiyasına dəvət edib. “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradiо sahəsində də fəal оlub. Оnun radiоda ilk çıхışı “Ulduz” prоqramının aparıcısı kimi оlub. Bundan başqa оnlarca televiziya tamaşasında yadda qalan оbrazlar yaradıb. “Mоlla Nəsrəddin” radiо verilişinin aparıcısı оlub. Bir çох filmlərin dublyajında iştirak edib.
Xalq artisti, Dövlət Mükafatı Laureatı Şahmar Ələkbərov 1992-ci il avqust ayının 12-də vəfat edib.

70
1955 — Əməkdar jurnalist Flora Fətulla qızı Xəlilzadə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. “Azərbaycan təbiəti” jurnalında, “Azərbaycan müəllimi”, “Azərbaycan” qəzetlərində işləyib. Bir müddət “Azərbaycan qadını” jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, “Yadigarlar” verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri” Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür.
1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib. 20- yə yaxın kitabın müəllifidir. Bir çox mükafatların sahibidir.

70
1955 — “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Gəncə şəhərində anadan olmuşdur.
1986-cı ildə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnsititunu bitirib.
2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Siyasi Hüquq İnsititunda Fəlsəfə elmləri doktoru dərəcəsi almışdır.
2006-cı ildə Daxili İşlər Nazirliyi İnsan Alveri Qurbanları üçün Şeltorun direktoru təyin edilib.
2008-ci ilin martından etibarən Zərərin Azaldılması üçün QHT Şəbəkəsinin koordinatoru, İnsan Alveri və Potensial qurbanlar üçün profilaktika mərkəzinin koordinatoru və digər vəzifələrdə çalışır.
1998-ci ildən Qadın Hüquqlarının Müdafiəsi Assosasiyası yanında Dilarə Əliyeva adına “Təmiz Dünya” mərkəzinin rəhbəri, sonra isə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri olub.
Bir çox beynəlxalq, regional və yerli əhəmiyyətli təlimlərdə dinləyici, təlimçi və ekspert qismində iştirak edib.
Bir neçə monoqrafiya və araşdırmanın müəllifidir.
Vəfat etmişdir:

1995— Böyük alim, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Respublikası EA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Aslan Məhəmməd oğlu Aslanov 69 yaşında vəfat etmişdir.
Aslan Aslanov 1926-cı il avqustun 20 də Qazax rayonunda anadan olmuşdur.
Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından 1 il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinfdə müəllim işləmişdir. Sonra Bakıya getmiş və 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə ixtisası üzrə bitirmişdir.
Aslan Məmməd oğlu Aslanov 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə elmlər doktoru elmi dərəcəsini almış, 1976-cı ildə isə professor elmi adma layiq görülmüşdür.
A.Aslanov 1961-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru olmuşdur.
1987-ci ilin martında Azərbaycan Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq Bölməsinin akademik-katibi vəzifəsinə təyin olunan A.Aslanov 1995-ci ilədək bu vəzifəni icra etmişdir. O, həm də 1990-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur.
A.Aslanov Qərb fəlsəfi-estetik fikrinin məsələlərini tədqiq etmiş, milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi təsirinin fəal tərbiyəvi mahiyyətinin estetik aspektlərini araşdırmışdır. 0, Aristotelin “Poetika”sını və Didronun “Qardaşım oğlu Ramo” əsərini, C.Bayronun “Gavur”, A-Tvardovskinin “Vasili Tyorkin” poemalarını Azərbaycan dilinə tərcümə etmişdir. “Səni düşünürəm” (1957), “Qızlar və bənövşələr” (1961), “Nəğməli günlərim” (1985) şeir kitablarının müəllifidir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Aslan Aslanov 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.

2003— Sovet ovet teatr aktrisası. SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin anası Ayşət Maqomayeva (qızlıq soyadı Kinjalova) 81 yaşında vəfat edib.
Oğlu anasınnın əsil-nəcabəti haqqında yazmışdır ki, onun atası milliyyətcə türk, anası isə yarı adıgeyii, yarı rus olub.
Ayşət Maqomayeva 1921-ci il noyabrın 19-da Maykop şəhərində anadan olub.
1936-cı ildə Krasnodar Pedaqoji Məktəbini, 1941-ci ildə isə Rusiya Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Bir müddət Bakıda yaşayıb.
Onun teatr karyerasının əsas hissəsi Çimkənd Rus Dram Teatrında keçib. Burada o, “Şahzadə Turandot”, “Həlim” və “Qara qızılgül” kimi bir çox tamaşalarda oynayıb.
1971-ci ildən 1978-ci ilədək Murmansk Vilayət Dram Teatrında işləyib.
Ayşət Maqomayeva 21 avqust 2003-cü ildə dünyasını dəyişib. Aktrisa ilə vida mərasimi Murmansk Vilayət Dram Teatrında baş tutub.
Murmanskda dəfn olunub.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.