Tarixdə bu gün

İlin 365-ci və sonuncu günü

Mühüm hadisələr:

1812 —   Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Talış (Lənkəran) xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər.
Talış xanlığının süqutu ilə müharibə faktiki başa çatdı.
“Gülüstan” sülh müqaviləsi (12 oktyabr 1813) ilə Şimali Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) Rusiyaya birləşdirildi.
1989 – İstanbulda dünya azərbaycanlılarının ilk konqresi işə başlayıb.Bu, azərbaycanlı diasporunun təşəkkül tapması istiqamətində əlamətdər hadisə idi.


1991 – Danimarka Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulub.
1991 – İspaniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 1992-ci il fevralın 11-də yaradılıb.
1998 —  ci il  dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədini keçərək Cənub Azərbaycandakı soydaşlarımıza qovuşublar. Bu hadisə Azərbaycan tarixinə ümumxalq həmrəyliyi aksiyası kimi düşdü..

Doğum günləri:

1907 – Tanınmış Azərbaycan yazıçısı Eynulla Xankişi oğlu Ağayev Bakının Ramana kəndində  doğulmuşdur.
 İbtidai təhsilini kənd məktəbində almışdır. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyil göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini “Gənc işçi”, “Kommunist”, “Yeni yol” qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi “Balıqçı Kamil” 1928-ci ildə Tiflisdə buraxılan “Qızıl şəfəq” jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda “Kommunist” qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur. Bu illərdə həm də qiyabi yolla pedaqoji institutda təhsil almış, 1935-ci ildə institutu bitirdikdən sonra “Yeni yol” Ədəbiyyat və incəsənət şöbəsində müdir, sonra isə məsul katib işləmişdir.
II dünya müharibəsinin ilk günlərindən səfərbərliyə alınmışdır. Kerç döyüşlərində ağır yaralanmış, müalicədən sonra yenidən ön cəbhəyə qayıtmışdır. 416-cı Taqanroq diviziyasının tərkibində ağır döyüş yolu keçmiş, Mozdok, Kuban, Krım, Qərbi Ukrayna, Polşa, Çexoslovakiya, Macarıstan uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, Krakovda hərbi xəstəxanada müalicədən sonra, 1946-cı ilin martında ordudan tərxis olunmuşdur. “Qırmızı ulduz”, “Şərəf nişanı”, “Hərbi xidmətə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər İkinci Dünya müharibəsinin qələbəsi uğrunda” və b. orden və medallarla təltif olunmuşdur. 1946-cı ilin mayından “Azərbaycan pioneri” qəzetinin məsul redaktoru olmuş, bütün yaradıcılığını gənc nəslin yetişdiriliməsinə həsr etmişdir.
1978-ci il noyabnn 5-də Bakıda vəfat etmişdir.
Bakı şəhər orta məktəblərindən biri onun adını daşıyır.

1914 — Sovet İttifaqı Qəhrəmanı Bahyəddin Şahvələd oğlu Mirzəyev İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur.
1936-cı ildə İsmayıllı RHK-dan orduya çağırılmışdır. Müharibə illərində Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir.
Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğurundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdi.
Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir.
1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu. Kapitan Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq etdi.
Berlin uğurunda gedən döyüşlərdə yaralanıb.
SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli fərmanına əsasən, Mirzəyev Bahəddin Şahvələd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeni, “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir.
15 aprel 1987-ci ildə 73 yaşında vəfat etmişdir.
Şamaxı şəhərində adına küçə var.

1920— Azərbaycanın Əməkdar mədəniyyət İşçisi, tanınmış şair Zeynal Əliabbas oğlu Cabbarov Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur.
Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində , 1937-1941-ci illərdə APİ-nin Ədəbiyyat fakültəsində təhsil almışdır. Eyni zamanda  mətbu orqanlarda fəaliyyət göstərmişdir.
1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində Ana dili və ədəbiyyat müəllimi olmuşdur.
İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941-1942-ci illərdə piyada məktəbində kursant olmuş, kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan baş leytenant rütbəsində tərxis olunmuşdur.
1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında “Natəvan” adına klubun müdiri, “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi, “Pioner” jurnalının məsul katib vəzifələrində işləmişdir. 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir. Onun ilk kitabı “Xanıma” n”da cəbhə şeirləri toplanmışdır.
Puşkin” adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir.
1977-ci il yanvarın 20-də Bakıda vəfat etmişdir.

1927 —Azərbaycanın Əməkdar rəssamı Rasim Hənifə oğlu Babayev Bakı şəhərində anadan olmuşdur. Rasim Babayev 1945-1949-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və 1949-1956 –cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır. Boyakarlıq və dəzgah qrafikası janrlarında işləmişdir. “Daşkəsən”, “Sumqayıt”, “Qobustan”, “Xınalıq” linoqravüra silsilələrinin, habelə “Ölüm Düşərgəsi”, “Qardaş Xatirəsi”, “Dağlar”, “Yer”, “Göy” və s. boyakarlıq əsərlərinin müəllifidir. R.Babayev kitab tərtibatı və illüstrasiyası(Rabindranat Taqorun “Fəlakət”, Nazim Hikmətin “Kəllə” əsərləri və s.) sahəsində də çalışmışdır. Bir sıra uşaq kitablarına rəngli illüstrasiyalar çəkmişdir. (Süleyman Sani Axundovun “Qorxulu Nağıllar” və s.). İfadəli monumental kompozisiya, lakonik xətlər və rənglər R. Babayevin yaradıcılığı üçün səciyyəvidir. Əsərləri bir sıra xarici ölkə sərgilərində nümayiş etdirilmişdir. Tretyakov qalereyasında (Moskva) və Şərq xalqları incəsənəti muzeyində (Moskva) əsərləri var.
Xalq rəssamı Rasim Babayevin yaradıcılığında Qobustan, Səma və bu qəbildən olan əsərləri ilə yanaşı yaradıcılığında xüsusi yer tutan “Xəyalpərəst div”, “Söhbət” əsərləri onun yaradıcılıq diapozonunun nə qədər geniş olduğunu göstərir. Bundan əlavə ekspozisiyada rəssamın “Püstə ağacı” (kətan, yağlı boya), “Sahil” (orqalit, yağlı boya), “Torpaq” (kətan, yağlı boya), “Səma” (kətan, yağlı boya) əsərləri nümayiş etdirilir.
29 oktyabr 2014-cü ildə Sankt-Peterburqda Rus Muzeyinin Mərmər Sarayında Rasim Babayevin əsərlərinin sərgisi keçirilib. Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Özünəməxsus ifa tərzinə, səs tembrinə malik olan Firudin Mehdiyev “Böyük dayaq” filmində Yastı Salman  obrazı ilə yaddaşlara köçüb. Firudin Mehdiyev ixtisasca opera müğənnisi olub. Səhnədə bir çox rolları canlandırıb.  Onun filmlərdə göstərdiyi yüksək aktyorluq qabiliyyəti   hamını heyran edirdii. Lakin çox təəssüflər olsun, indiki gənc nəsil Salman obrazını  dəfələrlə izləsələr də, Firudin Mehdiyevi tanımır.
Firudin Mehdiyev həm opera, həm də kino tarixində bu gün də xatırlanmasına səbəb olacaq işlər görüb.
1957-ci ildən Opera və Balet Teatrında çalışıb.
Dramatik tenordur.  Əsas rolları: Leylinin atası (“Leyli və Məcnun”), Həmzə bəy (“Koroğlu”), Babakişi (“Sevil”), Xan (“Gəlin qayası”, Şəfiqə Axundova), Əziz (“Söyüdlər ağlamaz”), Rəşid bəy (“Xanəndənin taleyi”, Cahangir Cahangirov), Van Qoqun qardaşı (“Van Qoq”, Nevit kodallı), Spalanitsani (“Hofmanın nağılları”, Jak Offenbax), Radames (“Aida”), kanio (“Məzhəkəçilər”), Birinci əsir (“İnsanın taleyi”).

1927–Tanınmış opera müğənnisi, aktyor, Əməkdar artist Firudin Mehdi oğlu Mehdiyev аnаdаn оlub.
Özünəməxsus ifa tərzinə, səs tembrinə malik olan Firudin Mehdiyev “Böyük dayaq” filmində Yastı Salman  obrazı ilə yaddaşlara köçüb. Firudin Mehdiyev ixtisasca opera müğənnisi olub. Səhnədə bir çox rolları canlandırıb.  Onun filmlərdə göstərdiyi yüksək aktyorluq qabiliyyəti   hamını heyran edirdii. Lakin çox təəssüflər olsun, indiki gənc nəsil Salman obrazını  dəfələrlə izləsələr də, Firudin Mehdiyevi tanımır.
Firudin Mehdiyev həm opera, həm də kino tarixində bu gün də xatırlanmasına səbəb olacaq işlər görüb.
1957-ci ildən Opera və Balet Teatrında çalışıb.
Dramatik tenordur.  Əsas rolları: Leylinin atası (“Leyli və Məcnun”), Həmzə bəy (“Koroğlu”), Babakişi (“Sevil”), Xan (“Gəlin qayası”, Şəfiqə Axundova), Əziz (“Söyüdlər ağlamaz”), Rəşid bəy (“Xanəndənin taleyi”, Cahangir Cahangirov), Van Qoqun qardaşı (“Van Qoq”, Nevit kodallı), Spalanitsani (“Hofmanın nağılları”, Jak Offenbax), Radames (“Aida”), kanio (“Məzhəkəçilər”), Birinci əsir (“İnsanın taleyi”).

1932 – Şair Bəhmən Vətənoğlu Kəlbəcər rayonunun Seyidlər kəndində аnаdаn olmuşdur.
1960-1965-ci illərdə qiyabi yolla Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.
1965-1970 –ci illərdə Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim işləmişdir .
1970-1993-cü illərdə Seyidlər kənd orta məktəbində direktor olmuşdur.
Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər Təhsil şöbəsinin metodisti işləmişdir.
“Haqqa qardaş yaranmışam”, “Allahsız dünya”, “Vətən bizi bağışlamaz”, “Qaldı ürəyimdə dağı dağların”, “Nə yaman aldatdın Bəhməni, dünya” şeir topluları nəşr olunmuşdur.
Bəhmən Vətənoğlu 2004-cu il sentiyabrın 30-da  vəfat etmişdir.

1933— Azərbaycan Dövlət Mükafatı Laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olmuş Eldar Yunis oğlu Salayev Naxçıvan şəhərində dünyaya gəlmişdir.
1970-1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda Elmi işlər üzrə direktor müavini işləmişdir.
1980-cı ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib.
1983-1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir.
Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alimdir. Əsas işləri yarımkeçiricilərin tədqiqinə müxtəlif halların enerji spekterlərinin öyrənilməsinə aiddir. Salayev sürətli elktronlar dəstəsi vasitəsilə ilk dəfə laylı kristallarda induksiyalanmış şüalanmanı aşkara çıxarmış və bu sinif yarımkeçiri-cilərdə qeyri-xətti optik xassələri öyrənmişdir. Həmin tədqiqatlar lazer şüaları çevricilərinin yaranmasına imkan vermişdir. Salayevin rəhbərliyi ilə yarımkeçiricilər əsasında deflektor, deşifrator, fotoqəbuledicilər, elektron mikrosoyuducuları, metroloji tətdqiqatlar üçün qurğular yaradılmışdır. Yüksəkixtisaslı kadrların hazırlanmasında xidməti vardır.
Ölkədə və xaricdə çap olunmuş onlarla elmi əsər və monoqrafiyanın müəllifidir.
 Eldar Salayev 20 iyun 2022 –ci ildə 88 yaşında vəfat etmişdir.

1946 – Azərbaycan Respublikası Xalq artisti Yalçın İmran oğlu Rzazadə Lənkəran rayonunda ziyalı ailəsində doğulub.
1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun Kino və dram aktyorluğu fakültəsini bitirib.
1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirib.1979-cu ildə Əməkdar artist, 1999-cu ildə Xalq artisti adına layiq görülüb.
2 dəfə karate üzrə çempion olub. Gözəl qəlbə sahib mehriban, gülərüz, şən və zarafatcıl olmaqla seçilən bir insandır. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Vokal və pop musiqi kafedrasının müdiri  işləmişdir.
Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın “Dan ulduzu” ansamblına dəvət olunur.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub.
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazmışlar. Oxuduğu orkestrlərdən-Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, “Dan Ulduzu” İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.
Bu illərdə Yalçın Rzazadə “Od içində” filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”,”Bayquş qayıdanda”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.
 Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat etmişdir.

Vəfat etmişdir:

1934 — Əməkdar incəsənət xadimi,  məşhur yazıçı, teatrşünas, kinoşünas, aktyor və rejissor olmuş Cəfər Cabbarlı Bakıda vəfat etmişdir.
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirmişdir.
Cabbarlının yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. 1916-cı ildə qələmə aldığı “Nəsrəddin şah” C.Cabbarlının ilk tarixi pyesidir.
Cəfər Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair “Ulduz və ya Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür.
Cəfər Cabbarlı “Trablis müharibəsi” tarixi faciəsi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur. Yazıçının “Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı.
C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri olub. 1923-cü ildən başlayaraq C.Cabbarlı “Qız qalası” adlı əfsanəvi poemasını “Maarif və Mədəniyyət” jurnalında dərc etdirmişdir. “Qız qalası” 1922-1923-cü illərdə yazılmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazmışdır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.
C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayıb. 1931-ci ildə C.Cabbarlı “1905-ci ildə” pyesini tamamlayıb teatra vermişdir. Əsər xalqlar dostluğundan bəhs edir.
Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də, səhər saat 4-də vəfat edib.
Əsərləri: “1905-ci ildə” (1937), “Qız qalası” (1937), “Almas” (1937), “Firuzə” (1939), “Yaşar” (1950), “Aslan və Fərhad” (1957), “Sevil” (1959), “Gülzar” (1965), “Ölkəm” (1965), “Dilarə” (1970), “Od gəlini” (1971), “Ey dan ulduzu” (1979), “Aslan və Fərhad” (1980), “Gülzar”(1982), “Əsərləri” (1984), “Ədirnə fəthi” (1996) və s.

1992 — Azərbaycanın hünərvər oğlu  Nazim Ağakişi oğlu İsmayılov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Nazim  İsmayılov 30 oktyabr 1959-cu ildə  Bakıda doğulmuşdur.
Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Sabunçu rayon 80 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Neft Akademiyasının Neft qaz-mədən fakültəsinə qəbul olunmuşdur. 1978-1980-ci illərdə Vladimirov vilayətinin Kovrov şəhərindəki tank hissəsində hərbi xidmət keçmişdir. Nümunəvi xidmətinə görə valideynlərinin ünvanına dəfələrlə təşəkkür məktubları gəlmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirərək Sabunçu rayonundakı “Balaxanıneft”(o zaman “Leninneft”) Neft-Qaz Çıxarma İdarəsində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 8 il idarənin 6-cı mədənində sahə rəisi işləmişdir. İşlədiyi kollektivdə böyük hörmət sahibi idi. Neft sənayesi sahəsində peşəkar mütəxəssis kimi yetişmiş gənc Nazimə üç xarici ölkədən iş təklifi gəlmişdi. Hətta, o, fəaliyyətini xaricdə davam etdirmək üçün lazımi sənədlərini də hazırlamışdı.
90-cı illərinin əvvəllərindən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını qəsb etməsi, onların Dağlıq Qarabağ və ətraf rayonlarda törətdikləri vəhşiliklər Nazimi gələcək planlarından daşındırdı. O, Vətənin harayına biganə qala bilmədi. Gəncliyində anasını itirən Nazim Azərbaycan sevgisini xəstə atasının, həyat yoldaşının və üç körpə qız övladının ona olan ehtiyacından üstün tutdu. 28 oktyabr 1993-cü ildə Sabunçu rayonunda yaradılmış könüllü dəstəyə qoşularaq alay komandiri kimi cəbhəyə yola düşdü. İlk döyüşünə doğma Ağdam rayonundan başladı. Nazimlə birgə onun komandiri olduğu alayın hər bir əsgəri bütün döyüşlərdə əsl cəsurluq, rəşadət nümunəsi idilər.
27 dekabr 1993-cü ildə onun rəhbərliyi ilə bir neçə uğurlu əməliyyat aparıldı. Ağdamın Sofulu, Məhəmmədəli, Boyəhmədli kəndləri və bir neçə strateji yüksəklik heç bir itki vermədən erməni təcavüzkarlarından təmizləndi. 3 iriçaplı pulemyot qənimət götürüldü. Qərargah Boyəhmədli kəndinə köçürüldü. Ermənilər yüksəklikləri geri qaytarmaq üçün dekabrın 28-də əks-hücuma keçdilər. Nazimin komandirlik etdiyi alay son ana qədər müdafiə olunandan sonra düşməndən təmizlənmiş kəndə çəkildi. Onlar axşam saat 4-də mühasirəyə düşdülər. 7 saatlıq döyüşdən sonra mühasirəni yara bildilər. Mühasirədə qalanları xilas etmək üçün növbəti dəfə hücuma keçdilər.
Nazimin iş yoldaşı, döyüş dostu və qərargah rəisi Adil Mürsəlov o anları illər sonra belə xatırlayacaqdı:
”      “Beş gün idi ki, şiddətli döyüşlər gedirdi. Nazim xəstələnmişdi, qızdırma içində yanırdı. Qərargaha qayıtması üçün nə qədər dilə tutsam da, sözümə qulaq asmadı. O, heç vaxt kimsəni darda qoymazdı. Son nəfəsinə qədər Azərbaycan uğrunda vuruşdu. Dekabrın 31-də, günorta saat 3-ün yarısında Nazimi vurdular…”     “
Beləliklə, Güllücə kəndi uğrunda bu döyüş onun son döyüşü oldu. Nazim ömrünün ən şirin çağında həyata vidalaşıb əbədiyyətə qovuşdu və şəhidlik zirvəsinə yüksəldi. O, Bakı şəhəri Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Ailəli idi, Sevinc, Səbinə və Zeynəb adında üç qızı var.
Vaxtilə təhsil aldığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli orta məktəb və Bakı şəhəri Bakıxanov qəsəbəsinin mərkəzi prospektlərindən biri indi Nazim İsmayılovun adını daşıyır.
Yaşadığı binada Şərəf lövhəsi vurulmuşdur.

Tarixi günlər və bayramlar:

1991 – ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.


Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.


1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!