Tarixdə bu gün

 İlin 52-ci günü

Mühüm hadisələr:

1992 – Azərbaycan Respublikası Fransa ilə diplomatik əlaqələr qurmuşdur.

1992 – Azərbaycan Respublikası Polşa ilə diplomatik əlaqələr qurmuşdur.

1998 – Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hüquqi yardım haqqında Saziş imzalanıb.

Doğum günləri:

1921 — Görkəmli tərcüməçi, tənqidçi, ssenarist, Əməkdar İncəsənət xadimi İshaq İbrahim oğlu İbrahimov Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir.

1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən Cənub-Qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi  fəaliyyət göstərmişdir . Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur . Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir .  1945-1948-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur . “İnqilab və mədəniyyət” jurnalı redaksiyasında ədəbi işçi, məsul katib , Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru , “Azərbaycan” jurnalı redaksiyasında məsul katib , C.Cabbarlı adına “Azərbaycanfilm”də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü , Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, “Ekran” yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində  çalışmışdır.  

1975-1984-cü ilərdə Azərbaycan Yazıçılar İttifaqının katibi işləmişdir .

1987-ci il iyulun 5-də vəfat etmişdir.

1921 — Azərbaycanın Xalq rəssamı Böyükağa Məşədi oğlu Mirzəzadə Bakının Fatmayı  kəndində anadan olmuşdur.

Onun yaradıcılığına müxtəlif dövrlərin avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərmişdir. 1950-60-cı illəri Böyukağa Mirzəzadə yaradıcılığında təşəkkül dövrü kimi qiymətləndirmək olar. Artıq 1950- ci illərdə onun yaradıcılığının aparıcı janrı müəyyən olunur. Portret janrında işləməyə üstünlük verən rəssam əsərlərində ifadəli poza, jest vasitəsilə qəhrəmanların simasını, onların fərdi xüsusiyyətlərini, xarakter və əhval-ruhiyyəsini dəqiqliklə əks etdirməyə nail olub.

Böyükağa Mirzəzadənin fəhlə və kolxozçuların həyatına həsr olunmuş tematik rəsmləri həyat reallığını əks etdirir. Mirzəzadə neft mövzusuna müraciət edərək, industrial mənzərəni yaradır. Eyni zamanda yaddaqalan natürmortlar müəllifi kimi də tanınır.

1960-cı ildə Şıxəli Qurbanovun eyniadlı pyesi əsasında qoyulmuş “Milyonçunun dilənçi oğlu” tamaşası ilə debüt edən rəssam bu quruluşa görə Ü.Hacıbəyov adına Azərbaycan SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan rəssam Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb, zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edib.

3 noyabr 2007-ci ildə Bakıda vəfat etmişdir.

 1939 — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Ənvər oğlu Qasımov Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub

1966-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir.

1966-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbində müəllim işləmişdir.

1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 1970-1974-cü illərdə ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində çalışmışdır.

1974-cü ildə “Azərbaycan ədəbiyyatında süjetli lirika” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.

1995-ci ildə “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” adında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-ci ildə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, 2003-cü ildən isə müdiri vəzifəsinə seçilmişdir.

Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. O, onlarla elmlər namizədi və elmlər doktoru dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi, 40-dan çox namizədlik və doktorluq işinin rəsmi opponenti olmuşdur.

Hazırda Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.

1955 – Tarzən, Əməkdar artist Elxan Mansurov Bakıda, musiqiçi ailəsində doğulmuşdur.

Tar çalmağı uşaq yaşlarından atasından öyrənmişdir. Elxan Mansurov 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 47 ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlamışdır.

Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır. O, uzun illərdir ki, dövrü mətbuatda, radio və televiziyada silsilə verilişlərdə muğamlarımızın təbliği ilə məşğul olur. Atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir. Dəfələrlə xarici ölkələrdə – Finlandiya, Türkiyə, İraq, Rusiya və Orta Asiyada Azərbaycan musiqisini öz ifası ilə təbliğ etmişdir. Onun ifasında yazılmış CD və DVD disklər Fransa, İran, Kanada, Almaniya, Türkiyədə istehsal olunub yayımlanır.

1968 — Texnika elmləri doktoru, professor Mustafa Baba oğlu Babanlı Saatlı rayonunda anadan olub.

1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989–cu ildə gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır.

M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, “Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001-2010-cu illərdə dosent, 2010-2015-ci illərdə professor vəzifəsində işləmişdir.

2010-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.

27 fevral 2008-ci ildə Azərbaycan Texniki Universitetində texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək “materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilmişdir.

M. Babanlının çap olunmuş 138 elmi və elmi-metodik işi vardır. Müdafiədən sonra M. Babanlının 56 elmi və elmi-metodik işi, o cümlədən 2 patent, 20 beynəlxalq və respublika elmi-texniki konfrans materialları, 1 dərslik, 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 fənn proqramı nəşr olunmuşdur.

 1998 — XüsusiTəyinatlı Qüvvələrin leytenantı, Vətən Müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordeni laureatı Əmrah Şahid oğlu Əkbərov Lerik rayonunun Livədirqə kəndində anadan olub.

2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə gedir. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta maktəbdə davam etdirir.

O, 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.2016-cı ildə həmin liseyi bitirmişdir.

Əmrah Əkbərov 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur.2020-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı kimi xidmət etməyə başlamışdır.

Əmrah Əkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Əmrah Əkbərov oktyabr 12-də Hadrut döyüşləri zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında xidməi borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əmrah Əkbərov ölümündən sonra “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”  medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Vəfat etmişdir:

1984 – Məşhur sovet yazıçısı Mixail Şoloxov 78 yaşında vəfat etmişdir.

Şoloxov 24 may 1905-ci ildə Donda anadan olmuşdur.

Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür.

Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daхil olmuşdu. Əvvəlcə arхa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınmışdı.

Miхail Şoloхov “Rusiya tariхi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə və bədii təsir gücünə görə” 1965-ci ilin ədəbiyyat Nobelinə sahib olmuşdur.

1997 – Şərqşunas və tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Ziya Bünyadov 73 yaşında xaincəsinə qətlə yetirilmişdir.

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində  anadan olmuşdur.

1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirib, İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci ildə ona Sovet İttifaqı Qəhramanı adı verilib.

Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib, namizədlik dissertasiyasını müdafiə edib və sonra Azərbaycana qayıdıb.

Alim Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biri idi. Eyni zamanda bir çox dünya alimlərinin elmi əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın həqiqi üzvü,Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib.

Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilib.

Bayramlar və Xüsusi Günlər

Beynəlxalq Ana Dili Günü

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. 

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!