Tarixdə bu gün

Uzun illərdə ilin 60-cı günü.

29 fevral tarixi 4 ildən bir təqvimə düşür.

Doğum günləri:

1952— Kimya üzrə fəlsəfə doktoru Mehparə Rəsul qızı Səfərova Qax rayonunda anadan olmuşdur. 1969-cu ildə orta məktəbi qızıl medalla bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qədul olmuşdur.

1974-cü ildə universitetdə təhsilini əla qiymətlərlə başa vurduqdan sonra o, təyinatla AMEA Aşqarlar Kimyası İnstitutuna göndərilmiş və öz elmi fəaliyyətinə “Transmissiya yağlarına aşqarlar” laboratoriyasında mühəndis vəzifəsində başlamışdır. 1974-1993-cü illər ərzində institutun hazırki “Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları” laboratoriyasında mühəndis, kiçik elmi işçi, elmi işçi vəzifələrindən böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1976-cı ildə institutun aspiranturasına qəbul olmuş, 1982-ci ildə “Ditiofosfat, ksantoqenat və ditiokarbomat turşularının bəzi efirlərinin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmiş və “Neft kimyası” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2002-ci ildə isə baş elmi işçi elmi adına layiq görülmüşdür.

Mehparə Səfərova transmissiya, sənaye və motor yağlarına tiokarbonat və ditiofosfat turşularının efirləri əsasında aşqarların sintezi və onların əsasında aşqar kompozisiyalarının tərtibi sahəsində çalışmış, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldıqdan sonra da bu sahədə elmi tədqiqatları davam etdirmiş, yeyilməyə və siyrilməyə qarşı bir sıra yüksək təsirli aşqarlar sintez etmişdir. M.Səfərova bu işlərlə paralel olaraq mühafizəedici aşqarlar və sürtkülər sahəsində də elmi-tədqiqat işləri aparmışdır. Laboratoriyada 9.054-75 №-li ГОСТ-a uyğun olaraq mühafizəedici aşqarların 5 sınaq üsulunun təşkilində onun əməyi böyük olub. M. Səfərova 1987-ci ildən etibarən eyni zamanda institutun Elmi şurasının katibi kimi Elmi şuranın işinə köməklik etmişdir. O, 1993-cü ildən institutun elmi katibliyinin işində yaxından iştirak etmiş, 1994-cü ilin may ayından institutun elmi katibi olmuşdur. M.Səfərova elmi katib kimi institutun cari və perspektiv elmi-tədqiqat işləri proqramlarının tərtibində, aralıq və yekun elmi hesabatların yazılmasında və tərtibində yaxından iştirak edir. İnstitutda doktorantura və dissertantura yolu ilə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında, elmi kadrların attestasiyasında, institutun elmi seminarlarının təşkilində və keçirilməsində də əməyi böyükdür. M.Səfərova elmi katib vəzifəsini bacarıqla yerinə yetirməklə yanaşı institutun “Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları” laboratoriyası ilə əməkdaşlıqda öz elmi fəaliyyətini davam etdirir. O, üzvi kimya və neft kimyası sahəsində “Yerli xammal və yeni aşqar kompozisiyası əsasında gəmi və stasionar elektrik stansiyalarında istifadə edilən gəmi qazturbin yağının yaradılması” layihəsinin (EİF-2010-1(1)-40/35-4) yerinə yetirilməsində icraçı kimi iştirak etmişdir.

1968 — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Aprel döyüşlərinin və Vətən müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda anadan olmuşdur.

Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.

Ona Polkovnik rütbəsini Heydər Əliyev özü  təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif etmişdir.

Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olmuşdur. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib.

2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

Vəfat etmişdir:

1968 — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Xalq artisti Fatma xanım Qədir qızı Qədri 60 yaşında Bakıda vəfat etmişdir.

Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır.

Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar (“Cancur Səməd”, M.Əfəndiyev; J.B.Molyerin “Zorən xəstə” əsərinin təbdili), Sürucuin (“Hind qızı”, Ə.Hamid), Oa-Şen (“Çin tanrısı”, F.Pavlovun “Tunc büt” əsəri üzrə), Gülüş və Sevil (“Sevil”, C.Cabbarlı), Xumar (“Şeyx Sənan”, H.Cavid), Esmeralda (“Paris Notrdam kilsəsi”, V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar (“Anamın kitabı”, C.Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa (“Dubrovski”, A.S.Puşkin), Xuraman (“Vaqif”, S.Vurğun), Cülyetta, Emiliya (“Romeo və Cülyetta”, “Otello”, U.Şekspir), Luiza (“Məkr və məhəbbət”, F.Şiller), Larisa, Katerina (“Cehizsiz qız”, “Tufan”, A.Ostrovski), Polina (“Ögey ana”, O.Balzak), Gültəkin (“Aydın”, C.Cabbarlı), Məhəbbət (“Məhəbbət”, M.İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Yavər Yaqub oğlu Əliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Yavər Yaqub oğlu Əlıyev 27 iyun 1956-cı ildə Bakı çəhərində neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olmuşur. Yavər Zabrat hava limanında işə düzəldiyi ilk gündən baçarığı və peşəkarlığı ilə diqqəti cəlb etmişdir. İdarənin rəhbərliyi onu əvvəl Mİ-4, Mİ-2 vertolyotlarına pilot, sonra Mİ-8 vertolyotuna ikinci pilot və daha sonra komandir təyin edir.

Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə Yavər və onun dəstəsi əsl fədakarlıq göstərərək, nəyə qadir olduqlarını sübut etdilər. Çətin və təhlükəlı uçuşlar… Onlar əhalini dağ rayonlarından çıxarır, Qarabağın ayrı-ayrı bölgələri ilə hava körpusu yaradırlar.

Yavər Əlıyev 1992-ci il yanvarın 28-də dəhşətli bir xəbər alır. Yoldaşlarının idarə etdiyi Mİ-8 vertolyotu düşmən tərəfindən vurulmuşdu. Azərbaycanın cəsur oğulları Viktor Seryoqin, Ərəstun Mahmudov, Səfa Axundov həlak olmuşdular. İgid şahin Şuşaya gələrək, düşmən atəşi altında onların cəsədlərini götürə bilmişdi.

O, Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasında da böyük işlər görüb. 1992-ci il fevralın 14-də MDB hərbi hissələrindən Azərbaycana bir neçə Mİ-24 hərbi vertolyotunun göndərilməsində onun böyük xidməti olub.

Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar edib. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirmişdir. Bu uçuşlar zamanı ermənilər ağır itkilər vermişdir.

 1992-ci il fevralın 29-u… Yavərin sonuncu uçuşu. Yavər növbəti döyüş tapşırığını yerinə yetrərlkən  qəhrəmancasına   həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğlu ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri  adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb onun adını daşıyır. Milli Aviasiya Akademiyası onun adını daşıyı

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!