Əxlaq və mənəviyyat

Bu yazı ümumi auditoriya üçün olsa da, mən daha çox yaşı 60-I keçmiş insanlarla həmsöhbət olmaq istərdim. Hanı o vaxt bizim nənə-babaların, ata-anaların yaşatdıqları ailə dəyərləri, “olarlar – olmazlar” sərhəsi, kim necə təsəvvür edir, elə də yaşayır. Və yaxud hələ düz əməlli orasını-burasını yuya bilmir, zorla qabağa cumur ki, belə xəstə təxəyyüllərə baş vursun. Bir ekspert xanımımız : “Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir…” deyərək, dolayısı ilə bu cürə xəstə təxəyyüllərin mövcudluğunu təsdiqləmədəmi? Məgər Azərbaycan qızları nudizmə yuvarlanılar? Balaca-balaca uşaqlardır, yaşlarını zorla qabaqlayırlar: davranışları ilə, geyimləri ilə, başlarındakılarla isə bir özləri xəbərdardır…
Günümüzdı bu aşınma elə gedir ki, mənəvi səthdə bir çala-çuxur qalmır, elə kirimişcə, lal-dinməz həm eninə, həm də dərinə axmaqla bütün vücudları hüdudlayır. Uşaqdan uşaq iyi gələr, yoxsa işbazların üstünün qabını dəyişdirib saxta yolla hazırladıqları saxta ətirlərin iyi yox: hər səhər fürsətə salıb mamasının, özündən böyük bacısının ətirindən üstünə səpələyib məktəbə, dərsdən sonra da repetitor yanına gedirlər.
Bu gün davam edən mənəvi aşınmaları ciddi bir hissəsi repetitorluqla bağlıdır. Əvvəllər elm öyrədən məkan bir məktəb idi və çox doğru idi. Məktəb həm təlim verirdi, həm tərbiyə. İndi məktəbin ancaq adı var. İbtidai siniflərdən başlamış ta buraxılış sinfinəkimi hamə repetitor yanına gedir. Bu, bir eybəcər dəb halını alıb. İmkanlıların övladları repetitor yanına gedir, qazancı bu ayın başından o biri ayın başına güclə yetən ailələrdə evuin qadını ataya çəpəki baxır, qabağına boyat yemək qoyur ki, sən necə kişisən, hamının uşağı hazırlığa gedir, bizimki yox. Ata da məcbur olur arvadın dediyi ilə razı olur və yeməklərinə, paltarlarına qənaət edib, uşaqları repetitor yanına göndərirlər. Millət vəkili Etibar Əliyevin Publika.az sayğtında bir yazısı vardı: “İtirilmiş məktəb”. Etibar müəllim yazısının sonunda belə bir fikir işlətmişdi: “…Axırıncı manatını repetitora, məktəbə, təhsil haqqına xərcləyən Azərbaycan insanının övladı vətənpərvər ola bilməz.”

Mən ovaxtı bu fikri tam dəstəkləmişdim və indi də dəstəkləyirəm. Təhsil pulsuzdursa, hər kəs üçün eyni imkanlar və hüquqlar şamildirsə, qoy uşaqlar ümumtəhsil məktəblərində mükəmməl bilik alsınlar. Bu biliklə istəduikləri ali məktəblərə qənul olunsunlar. Var belə uşaqlar.Bir vaxt “Abituriyent” jurnalında işləyərkən, heç bir xüsusi hazırlıq keçmədən məktəbdən qazandıqları biliklə və müəyyən qədər də müstəqil çalışmaqla yüksək bal toplamış abituriyentlərlə çox söhbətlərimiz olub. Bunlara ancaq dövlətin pasibanlığı olurdu, amma illərlə vəsaitlərə, test toplularına, repetitorlara pul sərf etmiş ailə yeri gələndə deyə bilər ki, mənim uşağım atasının ödədiyi vəsait hesabına ali məktəbə daxil oldu və sair. Digər tərəfdən, bu gün bütün məhəllələrdə repetitorluq məntəqələri(şəxsi evlərdə) var. 50 il əvvəl bir az öncə qeyd etdiyimiz kimi, bir təhsil məkanı vardı, hamə da bilirdi ki, dərslər nə vaxt başlayır, nə vaxt qurtarır. Ailə övladını məktəbə yola salırdı, dərslər bitən kimi də müəyyən vaxt ərzində uşaq evə qayıdır. Dərs vaxtı məktəbi tərk edib məktəbdənkənar yerlərdə özbaşına gəzmək, yaşa uyğun olmayan hərəkətlər etmək yox idi, buna imkan verməzdilər. İndi bunlar hamısı var. Bu da azmış kimi, dərsdən sonra da repetitor yanına getmək adı ilə evdən çıxır, bir qədər tez çıxır, bir qədər gec qayıdır. Evdə deyəcək ki, müəllim biraz çox məşğul oldu. Halbuki, həmin vaxtda onlar məhəllədə cəmiyyətin qəbul etmədiyi nadincliklər edirlər. Özü də repetitor yanına gələndə, elə paltarda gəlirlər ki, bu, elm öyrənməyin məramı ilə bir araya sığmır. Yəni, demək istədiyim odur ki, bu gün özəl təhsil sektoru üzərində heç bir nəzarət, qayda-qanun yoxdur. Bu kursları aparanları ancaq hazırlaşdırdıqları şagirdıərin son nəticələri və bu stimulda ildən -ilə qazanclarının artması maraqlandırır. Uşaq niyə bu geyimdə gəldi, telefonla gəldi, otaqda əndazəni aşan hərəkətlər etdi və sair bu kimi hallar maraqlandırmır.
Bugün hər gün qarşılaşdıqları belə mənzərələrdən çox narazıdırlar. Məktəbin, müəllimin nüfuzu get-gedə enməkdədir. Cəmiyyətin arzusu isə təkcə təhsil uğurları qazanan gənclər deyil, yüksək biliklə yanaşı, ahəngdar inkişaf etmiş əxlaqlı, vətənini, torpağını sevən gənclər yetişdrməkdir.
P.S: Mən bu yazını çoxdan yazmışdım. Xəbər bazasında dərcini gözləyirdi. Dörd gün bundan öncə “YeniSabah.az” portalında Şeyla Səmiyevanın psixoloq Aytən Ələkbərovanın bir maraqlı söhbətləşməsi dərc olunmuşdu.Yazı çox xoşuma gəldi. Çox doğru müşahidədir. Buyurun, həmin yazını sizə də təqdim edirəm:

“Son vaxtlar tələbə qızların arasında nişanlananların, ailə həyatı quranların sayı xeyli artıb.
Çox təəsüflər olsun ki, biz hazırda məktəblərdə bunu daha çox müşahidə edirik. Ən böyük səbəblərdən biri odur ki, 9-cu sinifdən sonra repititor yanına gedən qızlarımız birdən-birə böyüyürlər. Hazırlığa gedən qızlarımız 10-cu və 11-ci sinifdə məktəbə getmirlər. Getmədikləri üçün də uzun dırnaqlardan, müxtəlif boyalardan istifadə edirlər. Nəticədə həddən artıq böyük görünürlər”.
Ekspert bəzən 18-19 yaşlı qızların 2-3 oğlanla münasibəti ola bildiyini deyib:
“Dost, sinif yoldaşı və ya tələbə yoldaşı olmalıdır. Bunlar hər yaş dövründə insana lazımdır. Amma sevgi münasibətlərində onlar çox tez addım atırlar. Buna səbəb informasiyannı çoxluğu və gənclərin yeniyetmə dövründə idarə olunmamasıdır. Buna isə birbaşa evdə valideynlər və məktəbdə psixoloqlar nəzarət etməlidirlər”.

Ekspert əvvəlki dövrlərə baxdıqda indiki yeniyetmələrin öz fikirlərini çox rahatlıqla ifadə edə bildiyini vurğulayıb:
“Görürük ki, hər şey Avropadakı kimi açıq-aşkardır. O zamanlar biz gizlədə bilirdik, utanırdıq. Amma indi 14-15 yaşlarından sonra hər şeyə özlərini hazır hiss edirlər. “Mən uşaq deyiləm, mənim öz həyatım, hüquqlarım var. Mən istədiyim zaman ailə qura bilərəm” deyirlər. 16-17 yaşındakı qızlar “Biz ailəyə hazırıq” deyə sanki üsyan edirlər. Amma cinsi hazırlığın olması ailəyə hazır olmaq demək deyil”.
A.Ələkbərova erkən evliliklərin, boşanmaların dərs gedişatına birbaşa təsir göstərdiyini bildirib:
“Ali məktəbə qəbul olan bir çox qızlarımız ailə hayətı qurduğundan dərslərini çatdıra bilmirlər. Buna görə onlar ali məktəbdən uzaqlaşırlar, təhsillərini “dondururlar”. Qurduğu ailə ilə öz xəyallarındakı həyata uyğun olaraq yaşıya bilmədikləri zaman sanki birdən “oyanırlar”. Belə olduğu zaman da “Mən ayrılıram. Öz ayaqlarımın üzərində duracam və öz kariyeramı quracam” deyirlər. Sonra da yenidən ali məktəbə getmək istəyirlər”. Nəticədə arada bir neçə il itir, bir çox planlar yarımçıq qalır.”
Diqqət:
Oxuyun və münasibət bildirin.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.