Müzakirə

Allahın yaratdığı hər kəs, biz də daxil olmaqla, onun buyurduqlarına əməl etməli, əməli-saleh, şükürlü, zikirli bəndələr olmalıyıq. Olmasaq, nə vaxtsa heçliyə uğrayacağımız da gözləniləndir. Toy adətləri dini ritual deyil.

Qurban olduğum yaratdığı üçün kəbinə və sonra da izdivaca yol açır. Qalanı isə xalqın öz ixtiyarındadır. İllərdən bəri yaşadılıb bu günə qədər gəlmiş bir adəti xalqın axmaq adətlərindən biri kimi adlandırmağa heç kimin haqqı yoxdur. Belə qaydalar 1-2 ildə formalaşdırılan qayda-qanınlar deyil. Bunları həyat özü diqtə edib…Bunları xalq zaman-zaman yaşayıb, ağrısını çəkib,yollar arayıb- axtarıb..zaman-zaman sınaqdan keçirib. Faydalı olubsa, qəbul edib. Faydalı olubsa, davam edə bilib, olmayıbsa, tezliklə də öz-özünə yoxa çıxıb. Mağara dövründə kimin qadını, kimin kişisi olmayıb. Bu, bizim ilkinliyimizdir, biz bunu yaşamışıq. Amma zaman keçdikcə insanlar özləri bu yöndəmsiz yaşayış üsullarını rədd edib. Zərrə-zərrə, qram-qram bu gün yaşadığımız ailə-əxlaq qanunlarını yaradıb.
Dədə Qorqud cəmiyyətində vəfat edən ər və yaxud vəfat edən qadın son nəfəsdə öz yoldaşına yeni bir ixdivaca halallıq verirmiş. Uşaqlar atasız böyüməsin, ev təqibvə təhdidlərə məruz qalmasın və s.bunlar olub lap qədimlərdə_ 9-12-ci əsrlərdə. Üstündən neçə əsr keçib, indi Azərbaycan kişisi qadınına deyir ki, “üzündə göz izi var, sənə kim baxdı yarım”. Fikir verirsüinizmi, baxışlarda, mənəviyyatlarda neçə dəyişmələr gedir. Bu gün Qərb ölkələrində biabırçı qaydalar var. Məhz intim anını müşahidə edirlər, bunu digəri edir vəs.. bu gün elə ölkələr var ki, baçı soyunub qardaşının, atasının, başqa yad kişinin yanında, sadəcə, yata bilir. Bizdə isə evin digər oğlu və ya hər hansı bir yad adam gələn kimi gəlin tez qaçıb yaşmaqlanır. Bunlar Allahın , dinimizin buyurduqlarıdır.Amma necəsini xalq özü yaşaya-yaşaya müəyyənləşdirir.
İndi deyirlər ki, bugünkü gənclərimizə yengə lazım deyil.
Kimdir yengə, nədən ibarətdir onun xidməti?
Eşitdiyim, bildiyim, gördüyüm, oxuduğum mənbələr müəyyən fərqliliklərlə, təxminən, eyni məzmundadırlar:


“Azərbaycan toylarında yengə deyilən bir kəs olur. Çox vaxt xala, bibi, dayıarvadı (dayıdostu), əmiarvadı və s. təcrübəli qadın gənc qıza müəyyən məsləhətlər verir, onu toy gününə hazılayır. Bu yengə adəti qədim dövrlərdə olub və maraqlı bir adət də olub. Çünki o vaxtlar qızlar bilmirdi ki, toy gecə olanlar necə olur. Yengənin ikinci rolu isə qızın doğurdan da bakirə olduğunu təsdiq etmək idi. Bəzi yerlərdə həm oğlan, həm də qız yengəsi qapınıın ağzında durur və toy gecəsinin uğurlu olmasına nəzarət edirdi. Lakin indiki dövrdə, məncə, yengəyə ehtiyac yoxdur. Bu adəti yığışdırmaq yaxşı olardı. Onsuz da çox yerdə oğlanlar yengə qadından imtina edirlər. Əgər oğlan qızı bəyənibsə, onu qəbul edibsə,yengənin nə işi var?
Yengələr səhər açılanda bir-birlərinə şirinlik də verirlər. Bəzi yerlərdə yengə bəyin qolundan tutub onu gəlini yanına gətirir və qızı ona tapşırır. Bəzi kəndlərdə yengə üzərlik yandırır, bəzi yerlərdə yengə qızı soyundurur. Çox yerdə belə adət varmış ki, toy gecəsində bakirəlik pozulandan sonra yengə qızın qanlı döşəkağısını (dəsmalını) götürüb çıxardır və qohumlara gözaydınlığı verir. Oğlan qızla cinsi əlaqədən sonra bəzən döşəyin altına pul da qoyurdu ki, sonra yengə onun altından öz pulunu götürərdi. Hər yerin öz adəti var…”
Olsun, fərqlilik olmazsa, mövcudluqü da ola bilməz. Amma toy mərasimlərimizdəki kiçik istisnalarla bütün mərhələlər lazımdır və yaşatmalıyıq, o cümlədən yengəliyi də.
İndiki gənclərin yengədən imtina etməsi evliliyin mahiyyət və məzmununu dəyərsizləşdirir.
Bəzi gənclər təsadüfi tanış olurlar, metroda, işdə, internetdə, tanış olandan sonra çox adiliklə görüşürlər, öpüşürlər-sevişirlər. Bağışlayın, elələri də olur ki, toya kimi lap ər-arvad kimi yaşayırlar da. Əlbəttə, onlara yengə lazım deyil. Yengəlik bakirəlik haqqına bir nəslin məsuliyyətini, cavabdehliyini qoyur ortaya. Yengəlik cəmiyyətin, xalqın, adət-ənənələrimizin hədəfini qoyur ortaya…Ellinizməmi qayıtmalıyıq yenidən? Yengəlik gəlinin dostu, sirdaşı deməkdir, psixoloji dayaqdır gəlinə. Gəlin belə olsa yaxşıdır. Qəzetlərdə o qədər belə faktlara rast gəlmişik ki, gəlin köçəndən 2-3 say sonra məlum olub ki, hamilə imiş.Amma yengəlik gələcəkdə gəlin köçəcək digər qızlara bir həyat dərsi verir. Həyatınızı, izzətinizi qoruyun və üzüağ çıxın. Biz bunu etməsək, vallah, getdikcə rəsmi toy etmək də, elçi getmək də sıradan çıxacaq, nə bilim ey nələr olacaq. Sizin dediyiniz kimi əgər bu yaramaz adətdirsə, bəs toya qədər görüşmək, öpüşmək, həm oğlan evinə, həm qız evinə getmək hansı dinlədir?


Yengə olan şəxsin adı, özü son dövrlər gülüş, istehza hədəfinə çevrilib. Hətta elələri var ki, yengəlik təklif edəndə daş atıb başlarını tuturlar. Dədə-babaların seçdiyi yengə xanım-xatın, bir nəslin bakirəlik kimi şərəfinə müvəkkil seçilmiş səlahiyyətli vəkil olub. Onları pul maraqlandırmayıb. Heç “O olmasın, bu olsun” da da yengə qapı pusmayıb. “Qapını pusmaq” məcazi mənada işlədilmiş sözdür. Danışığımızda da deyirlər ki qapını pusursan, məni pusursan? Yəni izlənmək, gözlənmək anlamındadır bu söz. Adını çəkdiyimiz komediya kamil sənət nümunəsidir. Məsələləri yumoristik hala salmaq komediyanın bir üsuludur. Əslində, mən o səhnəni tam fərqli anlayıram: indi dingildəyən bəzi yengələr belə edirlər. Niyə belə edilməlidir ki? Sən ədəb-ərkanla yengəliyini etsən, nə olacaq ki? Niyə yengə özü də bir az bəzəyib sabahısı gün qonşuda özü kimi arvadlara söhbət mövzusu hazırlamalıdır? Yengə anadır, bacırdır. Türkiyədə böyük qardaşın yoldaşına deyirlər yengə)
Son olaraq demək istəyirəm ki, xalqımızın elə-gözəl qayda-qanunları var ki, onlara hörmət etməklə bərabər yaşatmalıyıq. əgər etməsək, 1-2 əsrdən sonra bizim milliliyimiz kim bilir necə olacaq.
Bəli, yengə lazımdır. 2024-cü ilin ilk 3 ayı arzında evlənənlər və boşananlar haqqında məlum statistikaya baxanda, adamı dəhşət bürüyür. Evlilik, ailə öz mahiyyətini itirməyə doğru gedir, biz də seyr edirik. 3 ayda 169 nikah bağlanılıb, 167 nikah pozulub. Mən elə hesab edirəm ki, bu 167 nəfərinn əksəriyyəti ( 80-90%-i) yengə istəməyənlər olub: yarısı qadın boşananlar, yarısı da kişi boşananlar.

İnternetdə oxudum ki, azyaşlı uşaqları olan azərbaycanlı bir ana uşaqlarını ataraq, türk turistə qoşularaq Türkiyəyə qaçıb. Çox güman ki, o da yengəsiz gəlin olub. El adəti ilə oğulları üçün elçi gedən, elçiliyə qohum-əqrəbanın hörmətli şəxslərini aparır, eləcə də qız tərəfi bu mərasimə özlərinin hörmətli şəxslərini dəvət edir, sanki, hər iki tərəfin böyükləri eyni dərəcədə bir-birlərinı zəmanət verirlər, öhdəlik götürürlər. Sovet dövründə toyun səhəri günü “Üzəçıxdı” mərhələsi olurdu. Gəlin cəmiyyətə təqdim olunurdu ki, Allahın rizası ilə bu kişinin qızı adı, sanı üstündə filənkəs kişinin ailəsinin gəlini oldu və cəmiyyət bunu qəbul edirdi.Bu, məsuliyyət demək idi. İndi heç kimi belə şeylər maraqlandırmır Toy etmək, qız almaq, boşamaq bir su içim kimi asan prosesdir. Qız bəyənmək də, ailəlikcə məsləhətləşib qərara gəmək də, elçi getmək də, nişan taxmaq da, evdın çıxarkən arxasınca daş atmaq da, gəlin qarşılayarkən ayaqları altında qurban kəsmək də, eləcə də digər b3tün mərhələlərtoya kimi ailə quracaq gənclərlə birlikdə, onların arxasınca gələn gənclərə də həyat və yaddaş dərsliyidir. Bu ardıcıllıqlardan keçərək qurulan ailər daha davamlı, daha sədaqətli olurlar. Amma indiki gənclər bunları sms-lə, telefonla əvəzləyib, özlərini doğmalarının, qohumlarının dualarından məhrum edirlər. Düşünməli və dədə-babaların miras qoyub getdikləri ailə-əxlaq məcəlləsinə tapınmaq lazımdır. Yoxsa bizdə də getdikcə Fransadakı, Niderlanddakı kimi adi münasibətlərə çevrilə bilər qadın kişi münasibətləri….






Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.