Əfsanə və rəvayətlər

Bir var idi, biri yox idi. Kiçik bir evdə mehriban bir qadın yaşayırdı. Bu mehriban qadının bağında gözəl lalələr bitirdi.

Bir gecə qadın yatarkən gözəl nəğmə səsi ilə oyandı. Pəncərəyə yaxınlaşıb çölə baxdı. Sanki səs lalələrdən gəlirdi. Ancaq qadın heç nə görmədi. Səhəri gün qadın çiçəklərinin yanına gedib diqqətlə onlara baxdı, bu dəfə də o, nə bir şey gördü, nə də səs eşitdi.
Ertəsi gecə qadın yenə eyni səslərlə oyandı. Yatağından qalxıb gizlicə öz bağına getdi. Ay gözəl parlayırdı və çiçəklər yavaş-yavaş o tərəfə yellənirdi.
Qadın diqqətlə çiçəklərə baxdı və gördü ki, hər lalənin yanında bir ana pəri dayanıb, övladına layla oxuyur və laləni beşik kimi yelləyir. Balaca pərilər lalələrin içində gülüb oynayırlar.

Qadın bir az tamaşa edib evinə qayıdır və bundan sonra heç bir lalə dərmir, qonşularına da lalə dərməyə qoymur.
Lalələr günü-gündən böyüyüb rəngarəngləşir, qoxusu bütün bağı və ətrafı qızılgül kimi ətirləyirdi. Onlar il boyu çiçək açdılar və hər gecə ana pərilər övladlarını sığallayır, lalə beşiklərində yelləyirdilər.
Amma bir gün qadın dünyasını dəyişdi və daha oyanmadı. Qonşular lalələri yığıb yerinə tərəvəz əkiblər. Amma bütün tərəvəzlər xarab olmuşdu və o bağda daha gül və göyərti bitməmişdi.
Amma həmin qadının məzarı çox gözəl idi, çünki onun üzərində pərilər oxuyurdular və üzərində xrizantema, bənövşə, lalə kimi yaz çiçəkləri bitərdi.

Mənbə: İnternet




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.