Dilimiz varlığımızdır


Başqa sözlə, hər hansı yaxşı bir obyektdə mütləq mənfi cəhətləri, qüsurları axtarıb tapmağa cəhd göstərmək mənasında işlənir. Bu mənanı Mark Tven öz əsərində belə ifadə etmişdir:”Alimlər günəşdə ləkə tapıb, bundan sevinməyə başladılar. Bu isə başqalarının qüsurlarına, bədbə ixtliyinə sevinmənin misilsiz nümunəsidir”.


Məşhur astronom Kepler 1607-ci ildə ilk dəfə günəşdə ləkələr olduğunu müəyyənləşdirmişdi. Bir neçə il sonra müxtəlif alimlər bir-birindən xəbərsiz olaraq günəşdə ləkə müşahidə etdiklərini elan etmişlər. Bunlar hollandiyalı İohan Qoldşmidt, ingilis Qorriot və italyan Qalileo Qaliley idilər. Elm tarixində bu kəşf adətən Qalileyin adı ilə bağlnır. Qaliley yazırdı:”Günəşin səthində bu ləkələr aramsız olaraq yaranır və çox uzun və ya çox
qısa müddət ərzində itir”. O zaman üçün bu kəşf böyük sensasiya idi. İlahi, müqəddəs günəşə ləkə tapmışlar! Kilsə alimin bu kəşfinə kəskin müqavimət göstərməyə başladı. Həmin kəşfdən xəbər tutan ruhani başçısı demişdi:” Oğlum, Aristotelin əsərlərini oxu, yəqin ki, o ləkə ya sənin baxdığın boruda, ya da gözündə imiş”.
Başqa bir mənbədə isə belə deyilir: Bir dəfə XVIII əsrin bir mürtəce katolik professorunu Günəşdə ləkələr olduğuna inanmaq üçün teleskopla baxmağa dəvət etdikdə, o, astronom
Kirxerə belə cavab vermişdi:”Faydasız cəhd göstərirsən, mənim oğlum. Mən Aristoteli iki dəfə başdan-ayağa oxumuşam, ancaq Günəşdə ləkələrin olmasına dair orada heç bir işarəyə rast gəlməmişəm. Deməli, belə ləkələr mövcud deyildir”.
Qalileydən üç əsr sonra – 1915-ci ildə professor A.L.Çijevski sübut etdi ki, günəşin üzündəki o ləkələr yer üzərində bütün canlıların həyatına bu və ya başqa şəkildə təsir göstərməkdədir. Adətən, günəşdə ləkənin meydana gəlməsi dəhşətli dərəcədə güclü partlayışla müşayiət olunur. Belə partlayışlardan birini alimlər 1960-cı ilin 12 noyabrında müşahidə etdilər. Partlayışdan altı saat sonra günəş hidrogeni atomlarından ibarət nəhəng
bulud parçaları Yer ilə toqquşdu. Bu zaman həmin buludun sürəti saniyədə 6500 km idi. Yerdə nələr baş verməmişdi? Kompasların əqrəbi bir tərəfdən başqa tərəfə fırlanmağa başlamışdı. Yerdə güclü maqnit tufanı bütün radioəlaqəni kəsmişdi. Uçuşda
olan təyyarələr ilə nəzarət stansiyasının əlaqəsi pozulmuşdu. Teletaypların verilişini təmin etmək mümkün deyildi. Şimalda elektrik lampaları tufan zamanı olduğu kimi yanıb-sönürdülər.


Avtomobil qəzaların sayı çoxalmış, infarkt olanların miqdarı xeyli artmışdı. Bu xaotik vəiyyət bir həftədən artıq davam etmişdi. Daha sonralar məlum oldu ki, günəşdəki ləkələr nisbət
etibarı ilə olduqca aşağı temperaturun nəticəsidir. Alimlər həmin ləkələrin temperaturunu ölçmək üçün uzun müddət çalışmalı olmuşlar. Nəhayət, yapon alimi M.Makite həmin ləkələrin spektrini öyrənməklə müəyyən etmişdir ki, günəşin bu ləkə olan hissələrində temperatur Selsi ilə 2475 dərəcədir. Belə temperatur günəşin digər sahələri ilə müqayisədə soyuq polyusu xatırladır: Günəşdə hərarətin orta ölçüsü 6000 dərəcəyə çatır.
Qurban Yusifzadə “Günəş və insan” adlı ədəbi-fəlsəfi oçerkində yazır:”Günəşin səthində qəzəblənmiş adamın üzündə olduğu kimi, çoxlu qırışıqlar, “ləkələr” müşahidə olunur. Bu
“ləkələr” haqqında alimlər çox düşünür və müxtəlif mülahizələr söyləyirdilər:…Alimlər günəş “ləkələr”inin və onların maqnit sahələrinin ölçülərini də dürüstləşdirirlər”.
İfadə ədəbi-bədii dilimizdə müxtəlif şəkillərdə işlədilir.
H.Cavidin “Xəyyam” dramında “Birinci tələbə” deyir:

Nə tühafdır bu günəş, baxdıqda
Gözlər ən kəskin işıqdan yorulur.
Ləkə varmış, – deyə Xəyyam onda
Yeni şeylər düşünür, doğrumudur?


C.Məmmədquluzadənin “Sabir barəsində xatiratım” adlı yazısında deyilir: “Nə üçün dünya belə qurlubdur ki, gün ləkəsiz olmur və qızılgül tikansız bitmir?!
S.Vurğunun “Fərhad və Şirin” dramında Fərhad “şöhrətçin…günəşin üzündə ləkə var deyən” şəxsləri xatırlayır.
N.Xəzrinin “Qoruyaq sevgini” şeirində deyilir:

…Ürəyə şübhədən
Kölgə düşməsin.

Əzizim, Günəşdə
Ləkə varsa da
Sevgi Günəşinə
Ləkə düşməsin.
Ədəbiyyatşünas Qulu Xəlilov “V.İ.Lenin və ədəbiyyat məsələləri” kitabında yazır:”Böyük Qorkinin bu sözləri bədii və elmi yaradıcılıqla məşğul olan hər bir adama aiddir:

Deyirlər həqiqət günəşə bənzər,
Mən ləkə görürəm günəşdə fəqət.
Ürəyim ikrahla bulanar, küsər
Zərrəcə ləkəli olsa həqiqət”.
Bəzən bu ifadədə “gün(əş)” əvəzinə “ay” işlənir.
M.İbrahimovun “Yaxşı adam” pyesi Azərin bu sözləri ilə başlanır:”Əziz dostlar, ürəyimi sizə açacağam ki, bu başdan hər şeyi biləsiniz və məni on dörd gecəlik ayın da üzündə ləkədən
başqa bir şey görməyən bədxahların sözünə görə yox, ağlınızın, vicdanınızın hökmünə görə mühakimə edəsiniz”.

Musa Adilov – Filologiya elmləri doktoru, professor ( “Niyə belə deyirik” kitabından )

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!