Təbriklər

Kaş dünyada ölüm-itim olmayaydı. İnsanlar xəstələnməyəydi. Heç kimin ayağı daşa toxunmayaydı. Oxu da daşa tuş olmayaydı. Sevən sevdiyinə qovuşaydı. Ta sona kimi şirin də sonuclanaydı bu həyat hekayəti.
Necə ki kol-kosluğu təmizləyib, yerində bağ salırsan. İllərlə qayğısını, nazını çəkib gülünü-çiçəyini, bar-bəhərini gözləyirsən. Gəlib bar mövsümü çatır, illərlə çəkdiyin qayğıların nəticəsi olaraq yetirdiyin meyvə ağaclarının barını dadırsan, ruhun təzələnir, duyğuların dincəlir. Həyat bağçası da belədir. Nəvən dünyaya göz açanda boyu -50-52 sm olur. Onu qram-qram, mm-mm böyüdürsən. Özü də şirinliyini dada-dada. Hər yaşda da dadına bir ayrı dad qarışır. Bu şirinlik canına, ruhuna yayılmış xüsusi bir daddır.
Süfrədə istifadə etdiyimiz şəkər, əsasən, şəkər qamışı və şəkər çuğundurundan alınır. Amma nəvə sirinliyinin həcmini, çəkisini, rəngini, dadını duyğu üzvlərinin köməyi ilə müəyyən edə bilmək üçün nə ölçü vahidləri, nə də ölçü vasitələri var. Yəni, bu şirinlik həcmsizdir, ölçüsüzdür. Kim nəvə həsrətidə deyil ki… Allah hamıya qismət etsin, ən azından 2+2…

Bu dünyadan doymaq olmur, İlahi,
Aman Allah, dünya necə şirindi.
Fəsil gözəl, həftə gözəl, ay gözəl,
Aman Allah, dünya necə şirindi.
Kim bəxtindən, taleyindən yarıdı,
Kimin bəxti axıracan sarıdı.
Dünya çiçək, insan oğlu arıdı,
Aman Allah, dünya necə şirindi.
Göylərə bax, göyü günlü, yağışlı,
Yerlərə bax, yeri güllü, naxışlı.
Gözəlləri tülək tərlan baxışlı,
Aman Allah, dünya necə şirindi.
Baxmaq üçün bərəsi var, bəndi var,
Gəzmək üçün şəhəri var, kəndi var.
Pətəyi var, şəkəri var, qəndi var,
Aman Allah, dünya necə şirindi.
Səsli gələn səssiz ölmək istəmir,
Heç bir canlı ölüb itmək istəmir.
Hamı gəlir, gələn getmək istəmir,
Aman Allah, dünya necə şirindi.
Bunlar o qədər şirin ola bilməz ki, nəvələr ondan da çox şirindir. Ümumiyyətlə , dadbilmə hissini niyə qəndə, bala görə hiss edirlər.Şirin olan elə nemətlər var ki, onu dilimizə vurmuruq, dadmırıq…Heç vaxt qəndini də 1-2 dilim artıq etmirik. Ozü-özündən şirinlik doğur. Hər saat, hər gün, hər il…
Gözəl şairəmiz Zivər xanım Ağayevanın hiss dünyasında bu şirinlik əsl haqqını tapıb.
Qoy hər kəsə qismət olsun,
Qənddən, baldan şirin nəvə
Ömrümüzün bəzəyidir,
Övladdanda şirin nəvə…
Əsildir nəvə, nəsildir nəvə,
Övladdan da şirindir, şirindir nəvə.
Dövlətdə dəvə, övladda nəvə,
Deyib bu sözü atalar belə…
Nəqərat
Şirin şirindi nəvə, şirindən şirin nəvə,
Övladdan da şirindi, şirindən şirin nəvə…
2 ci bənd
Yerdə şamdır, göydə ulduz,
İstər oğlan, istərsə qız.
Bir gün məni qoymaz yalqız,
Həyatımın nəbzi nəvə…
Əsildir nəvə, nəsildir nəvə,
Övladdan da şirindir, şirindir nəvə.
Dövlətdə dəvə, övladda nəvə,
Deyib bu sözü atalar belə…
Nəqərat
Şirin şirindi nəvə, şirindən şirin nəvə,
Övladdan da şirindi, şirindən şirin nəvə…

Nəvəm Həcərin də bu gün doğum günüdür, mənim də. Onun 10 yaşı, babasının da 70. İkimiz də yubilyar. Bu da Allahın bir lütfüdür.
Ailələrimizdə sevinc yaşayırııq. Dünyanın bütünqız çocuqları indi bizi Həcərdir. Həcər də onların biridir…
Dünyamız sülh icrə davam etsin. Uşaqlar xoşbəxt yaşasın.
P.S. Amma nə olardı nənələrinin “nənə” adı başqa cürə ifadə edilmiş olaydı)).




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.