Tarixdə bu gün

İlin 160-cı (uzun illərdə 161-ci) günü.

Mühüm hadisələr:

1992 — Azərbaycan Respublikası Türkmənistan ilə diplomatik əlaqələr qurmuşdur.

1992 — Azərbaycan Respublikası Pakistan ilə diplom1993 — Heydər Əliyev Naxçıvandan Bakıya gəlmişdir.

1993 — Heydər Əliyev Naxçıvandan Bakıya gəlmişdir.

Doğum günləri:

1946 —Azərbaycanın görkəmli tarzəni, Xalq artisti Vamiq Məmmədəli oğlu Məmmədəliyеv Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub.

1953 – 1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd məktəbində orta təhsil alıb.

İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb. Bir müddət sonra 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar “Bahar” xalq çalğı alətləri ansamblını yaradır. 1967 – 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb.

1972-76-cı illərdə isə Asəf Zеynallı adına Bakı Musiqi Tеxnikumunda, 1980-85-ci illərdə Üzеyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsеrvatoriyasında tar üzrə ali təhsil alan Vamiq Məmmədəliyеv bu tədris ocaqlarında Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyеv, Sərvər İbrahimov kimi magikanlardan muğamın sirlərini, ifa tеxnikasını və xanəndəni müşayiət formalarını mənimsəmişdir.

Bu gün musiqidən, qəzəliyyatdan, muğamlardan bəhs еdən mədəni tədbirləri, xatirə gеcələrini, məclisləri Vamiq müəllimsiz təsəvvür еtmək qеyri-mümkündür.

27.05.2018-ci il tarixdə Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27.05.2018-ci il tarixli Sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülmüşdür

1969 —”Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi Həsənqulu Qaçay oğlu Qasımov Qubadlı rayonunun Qayalı kəndində anadan

1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı qəsəbə orta məktəbini bitirmişdir.

1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir. Ordudan tərxis olunandan sonra könüllü olaraq orduya yazılmış, erməni təcavüzünə qarşı vətənin müdafiəsinə qalxmışdır. Onun döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdır. Həsənqulu Qasımov Laçın şəhəri işğal olunarkən el arasında “Qorxmazçılar” adı qazanmış taqımı ilə köməyə gəlmiş və 108 nəfəri mühasirədən çıxarmışdır. Sonra Qasımovun başçılıq etdiyi taqım Qubadlı rayonuna göndərilmişdi. O, Ermənistanın sərhədində yerləşən Yuxarı Cibikli kəndi və  həmin ətrafdakı yaşayış məntəqələrini mərdliklə  müdafiə etmişdir. Onun taqımı nümunəvi taqımlardan olduğu üçün rayonun ən qaynar nöqtələrinə köməyə də göndərilirdi.

Qasımovun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə olduSaat təxminən altı radələrində, qəflətən güclü artilleriya hücümu başladı. O, döyüşçülərə öz mövqelərinə çəkilməyə əmr verib, özü səngərə doğru qaçdı. Həmin vaxt düşmənlərin atdığları mərmilərdən biri onun yanında partladı. Tibb bacısının səylərinə baxmayaraq, Həsənqulu Qasımovu xilas etmək mümkün olmadı.

İgid döyüşçü Qubadlı Şəhidlər Xiyabanında dəfn edilib.

Vəfat etmişdir:

1989 —Görkəmli müğənni və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı Rəşid Məcid oğlu Behbudov 74 yaşında Moskvada vəfat etmişdir.

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

  Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edib və tezliklə bəstəkar Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayıb. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanıb. Həmin il Ermənistan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib.

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rәşid Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazmışdır.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

1992 —29 yaşında Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Vüqar Mürsəlov 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlmişdir.

1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik Texnikumuna daxil olaraq

oranı əla qiymətlərlə başa vurub. Hərbi xidmətiniə Belorusiyanın Brest şəhərində keçirib və qvardiya baş çavuşu, tankçı adları ilə ordudan tərxis olunub.

1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib və torpaqlarımızın müdafiəsində iştirak edib. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə ölüm – dirim mübarizəsinə qalxıb.

Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə vuruşmuş və qəhrəmanlıqla həlak olmuşdur.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur.

Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var.

2021— “Şöhrət” ordenli kino rejissoru və aktyor, Xalq artisti Ramiz Hacı Ağa oğlu Əzizbəyli 72 yaşında Bakıda vəfat etmişdir.

Ramiz Əzizbəyli 1848-ci i iyulun 19-da Bakı şəhərində anadan olub.

M.A. Əliyev adına ADİİ-nun Mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə   rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu “Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 1 avqust 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!