Tarixdə bu gün

İlin 169-cu (uzun illərdə 170-ci) günü

Mühüm hadisələr:

1979 – Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri Leonid Brejnev və ABŞ prezidenti Cimmi Karter Vyanada strateji silahların azaldılmasına dair müqavilə imzalamışlar.

1988 – Türkiyə prezidenti Turqut Özal Ankara Atatürk İdman Salonunda Qartal Dəmirağ adlı sui-qəsdçinin silahlı hücumuna məruz qalmışdır.

1993 – Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Bakını tərk etdi.

Doğum günləri:

1924 — Naxçıvan MSSR əməkdar müəllimi, SSRİ-nin  Xalq müəllimi İsrafil Xudaverdi oğlu Şükürov  Ermənistan SSR-in Qabaqlı kəndində anadan olmuşdur.

1947-ci ildən Sov.İKP üzvü olmuşdur.

Böyük Vətən müharibəsinin iştirakçısıdır.

1948-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1954-cü ildə isə  APİ-ni bitirmişdir.

1948-1957-ci illərdə Naxçıvan MSSR-in indiki Babək rayonunun Təzəkənd və Şıxmahmud kənd məktəblərində müəllim, Payız və Sust kənd məktəblərində direktor işləmişdir.

1957-ci ildən həmin rayonun Didivar kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

I dərəcəli Vətən Müharibəsi, “Şərəf Nişanı” ordenləri və medallarla təltif edilmişdir.

1980-ci ildə Naxçıvan MSSR əməkdar müəllimi, 1984-cü ildə SSRİ xalq müəllimi fəxri adına layiq görülmüşdür.

1967 — Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Abuzər oğlu Behbudov Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra Səfiyar 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur.

Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər.

1992-ci il mart ayının 11-ində qəflətən həyəcan siqnalı verilir. Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alırlar. Öz PDM-i ilə döyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir. O, Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsilə qarşılaşsa da, geri çəkilmir. Cəsur döyüşçünün PDM-i vurulur. Ermənilər onu ağır yaralı vəziyyətdə əsir götürürlər. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan mərd döyüşçümüz düşmənə heç bir sirr vermədiyi üçün ayaqlarına məftil bağlayaraq üzərinə neft töküb yandırırlar.

Gənc zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə Ağdam Rayon Milis şöbəsinin köməkliyilə almaq  mümkün olur.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992 ci il tarixli 833 saylı Fərmanı ilə Səfiyar Abuzər oğlu Behbudova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir. Təhsil aldığı 6  nömrəli tam orta məktəb qəhrəmanımızın adını daşıyır.

Vəfat etmişdir:.

1947 — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant  Şirin Vəli oğlu Mirzəyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Əslən,  Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir.

1991-ci ildə  Vətən  torpağı təcavüzə məruz qalanda, bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu  yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi.

 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon Ərazi özünümüdafiə taborunun komandiri seçildi.

 Şirin Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək   qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğluna ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri  adı verilmişdir.

Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.

2010 – Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub.

1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 2005-ci ildə orta təhsilini başa vurub.

2005-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini ganındaca  məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il taixli sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilmişdir.

2010-cu ildə rejissor Etibar Məmmədov  təərfindən Mübariz İbrahimova həsr edilən “Müqəddəs zirvə” adlı film çəkilmişdir.

2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin açılışı olub. Həmin ildə “Palmali” şirkətinin Türkiyədə hazırlatdığı tanker onun şərəfinə “Mübariz İbrahimov” adlandırılıb.

 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.

2016-cı

ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılmışdır.

Bayramlar və xüsusi günlər:

İlk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilmiş “İnsan və vətəndaş haqları bəyannaməsi”ndə rast gəlinir. Baxmayaraq ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda İngiltərə və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.

XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş “İnsan hüqüqları haqqında ümumi bəyannamə” olmuşdur.

1950-ci ildən başlayaraq,   hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd edilir.

1966-cı ildə BMT-nin başçılığı altında “Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq pakt” və “iqtisadi, sosial və mədəni hüquqlar haqqında pakt” qəbul edilmişdir.

Avropada insan haqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli № 2231 nömrəli sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!