Tarixdə bu gün

İlin 199-cu (uzun illərdə 200-cü) günü
Mühüm hadisələr:
1925 – Adolf Hitlerin “Mənim mübarizəm” kitabı çapdan çıxmışdır.
2000 – ATƏT-in Bakı Ofisinin rəsmi açılışı olmuşdur.
2016 – ANS televiziyası və ANS ÇM radiosunun fəaliyyətinin dayandırılması.
Doğum günləri:

1918 – Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994-1999) Nelson Mandela 1918-ci ildə Cənubi Afrikanın kiçik bir kəndində doğulub: “Nelson” adını isə sonralar ona məktəbdə müəllimi vermişdi.
Mandela Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub. Həbsdən çıxandan sonra Nelson Mandela ANC-in prezidenti olub.
Mandela Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub. Həbsdən çıxandan sonra Nelson Mandela ANC-in prezidenti olub.
1964-cü ilin qış aylarında ona ömürlük həbs cəzası kəsildi. 1968-69-cu illər arasında, 12 ay ərzində onun anası öldü və ən böyük oğlu yol qəzasında öldürüldü, amma Mandelaya onların dəfn mərasiminə getməyə icazə verilmədi. Mandela və digər ANC liderləri həbsdə və ya mühacirətdə olarkən Cənubi Afrikada qaradərililərin yaşadığı hissələrdə yaşayan gənclər ağdərili azlığın hakimiyyətinə qarşı savaşmağa çalışırdılar. Yüzlərlə ölənlər və minlərlə yaralananlardan sonra üsyan dayandırıldı.
1980-ci ildə mühacirətdə olan Tambo Mandelanı azad etmək üçün beynəlxalq kampaniyaya başladı.
1993-cü ilin dekabr ayında Mandelaya və de Klerkə Nobel Sülh Mükafatı verildi. Beş ay bundan sonra, Cənubi Afrikanın tarixində ilk dəfə olaraq bütün irqlər demokratik seçkilərdə iştirak etdilər və cənab Mandela prezident seçildi.
Mandela 5 dekabr 2013 -cü ildə 95 yaşında) vəfat etmişdir.

1927 – Azərbaycanın Xalq rəssamı Tokay Məmmədov Bakıda anadan olmuşdur. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. İlk təhsilini anasından alıb. Balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi. Zivər xanımın sənət həmkarı Pyotr Sabsay da öz növbəsində həmişə Tokaya düzgün istiqamət göstərib. Sonralar P.Sabsay qeyd edirdi ki, “Tokay uşaqlıqdan heykəltəraşlıq sənəti ilə maraqlanırdı, bu uşağın gələcəkdə gözəl sənətkar olacağına şübhəm belə qalmamışdı. Artıq onun yaradıcılığı bizə məlumdur”.
Tokay Məmmədov yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin “Şərəf nişanı”, “Xalqlar dostluğu”, “Şöhrət” ordenləri ilə təltif olunub. Hazırda 80 yaşlı heykəltəraş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yetişən gənc heykəltəraşlara dərs deyərək sənətin sirlərini onlara öyrədir.
Vəfat etmişdir:

1921 — Azərbaycanın dövlət xadimi, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında Daxili İşlər naziri və digər üksək vəzifələrdə fəaliyyət göstərmiş Behbud xan Azad xan oğlu Cavanşir terrorun qurbanı olmuşdur.
Soyadından da göründüyü kimi, o, Şuşanın təməlini qoyan Pənahəli xanın nəslindəndir. 13 yaşında Tiflisdə alman dili təmayüllü Tiflis Real Məktəbinə daxil olub. 1902-1907-ci illərdə Almaniyada Flayberq Dağ-Mədən Akademiyasında təhsil alıb və daha sonra ingilis dilini öyrənmək üçün Londonda 1 il kurs keçib. 1907-ci ildə Vətənə dönüb və Şibayevin neft mədənlərində baş mühəndis, iri neft sənayesi firmalarının direktoru çalışıb
Difai” təşkilatının qurucularından olub. Bakı Müsəlman xeyriyyə cəmiyyətinin rəhbərliyinə seçilib. Behbud xan Rusiyada və Avropada ali təhsil alan azərbaycanlı gənclərə öz vəsaiti hesabına təqaüd verib, ana dilli mətbuata yardım göstərib. 1918-ci ilin iyununda Azərbaycan Cümhuriyyətinin hökumət kabinetində daxili işlər naziri (1918-ci il iyunun 17-dən oktyabrın 6-dək), sonra sənaye və ticarət naziri (1918-ci il oktyabrın 6-dan) təyin olunub. İçərişəhərdə ilk polis məktəbini yaradıb, Gəncədə ilk polis orqanlarının, Qarabağda özəl birliklərin qurulmasına nail olub. 1918-ci ilin dekabrında Fətəli xan Xoyskinin kabinəsi istefaya çıxanda, Behbud xan Cavanşir də tutduğu vəzifələri tərk edib. 1919-cu ildən Bakıda “Dəyanət” kommersiya şirkəti açıb və uğurlu xarici ticarətlə məşğul olub. Bolşevik işğalından sonra həbs edilib. Bolşeviklər neft sahəsindəki bacarığını, xarici ticarətdəki uğurlarını dəyərləndirib onu həbsdən buraxıblar. Behbud xan N. Nərimanovun tapşırığıyla neft-mədən avadanlığı almaq üçün Cənubi Qafqaz Soveti Xarici Ticarət təmsilçisi kimi Almaniyaya ezam olunub. Behbud xanın bu səfərə həyat yoldaşı və qardaşları ilə birgə çıxdığını vurğulayan bəzi araşdırıcılar bu səfərlə onun ölkədən mühacirət etmə niyyətində olduğunu güman edirlər.
Behbud xan 1921-ci il iyulun 18-də İstanbulda qaldığı “Pera Palas” otelin önündə “Daşnaksutyun” erməni terror təşkilatının üzvü Misak Torlakyantərəfindən qətlə yetirilib.

1941 – Əfsanəvi qəhrəman Hüseyn Balaəli oğlu Əliyev faşizmə qarşı müharibədə qəhrəmancasına həlak olmuşdur.
Əliyev Hüseyn Balaəli oğlu 25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində doğulmuşdur. Bakı şəhəri, Dəyirman küçəsi, 8 nömrəli evdəki 39 nömrəli ibtidai məktəbdə oxumuşdur. Sonra”Qırmızı dəmirçi” fabrik-zavod məktəbində (FZM) təhsil almışdır. Sonra Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnmışdir.
1940-cı ildə Yeysk HDT-çilik məktəbini bitirmişdir.
BVM başlayanda Baltik Donanmasının HHQ-ndə Tallində, sonra isə Leninqradda xidmət etmişdir.
Leytenant Hüseyn Əliyev qırıcı təyyarəçi idi. 49 döyüş uçuşu keçirmişdir.
18 iyul 1941-ci ildə düşmənin 3″Yunkers-88″ təyyarəsi ilə döyüşə girmiş ölümcül yaralanmışdır. Kabinədə partlayan düşmən mərmisindən onun bədəni 30-qədər qəlpə yarası almışdır. Buna baxmayaraq təyyarələrdən 2-sini vurmuşdur. Öz təyyarəsini salamat yerə endirmiş, təyyarənin kabinəsində partlayan mərmidən aldığı çoxlu yaralardan həlak olmuşdur.
Ölümündən sonra “Lenin ordeni” ilə təltif edilib.
N.K.Çukovskinin “Baltik səması” romanında, V.Ketlinskayanın “İradə” hekayəsində onun qəhrəmanlığından bəhs edilmiş, Məmməd Rahimin “Leninqrad göylərində” poeması ona həsr olunmuşdur.
“Azərbaycan film” kino studiyası onun haqqında Hünər əbədidir (film, 1967) adlı film çəkmişdir.Pirşağı qəsəbəsində büstü qoyulmuşdur.
Adına qəsəbədə küçə var.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.