Sərbəst səhifə

Bu gün heç bilmirəm, nə üçün, nədən,
Səma da mavidir, torpaq da mavi.
Görürəm dünyanı başqa rəngdə mən,
Ağaç da mavidir, yarpaq da mavi.
Mavidir, yarpaq da mavi…
Amma biz bilirik səma, torpaq, ağac, yarpaq, hər şey niyə mavidir. Bir şirin, ağıllı qızımız var, gözəl şəkillər çəkir. Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin VI A sinif şagirdidir: Məsumə Hüseynli. Palitrasında daha çox mavi tonlardan istifadə edir. Bəlkə Məsumənin mavi çalarları bu maviliyi bir qədər də fəal edir. Səma, dəniz onsuz da bilirik mavi olur. Amma bu qızcığazın səması da, dənizi də hər kəsdə bir başqa assosiativlik doğurur. Mavi rəng sülh, əmin-amanlıq, etibar, sədaqət deməkdir. O, həm də müdriklik, sakitlik və mərhəmət rəmzidir. Məsumənin adı ilə bu anlamlarda bir varislik olmamış deyildir.

“Məsumə” məsum, pak, günahsız anlamlarını ifadə edir. Heç şübhəsiz bu balaca yavrunun ilk sənət addımlarını belə motivasiya edən də genlərindəki bu cür xüsusiyyətlərlə bağlı olmasıdır. Təqdim etdiyimiz şəkillərdə özü də mavi geyimsə, sağlnda mavi sular, başının üstündə mavi səma… Hələki seyr edir, torpğımızın əsrarəngizliklərinə dalır, genetik yaddaşına köçürür.Bizim Qeysər Kaşıyeva, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə, Xalidə Səfərova kimi çox məşhur qadın rəssamlarımız olub. Onlar da bir vaxt bizim Məsumə balamızın həmyaşıdı olublar. Bəlkə kimlərsə də gələcəkdə bu mövzudan söz açanda, məşhur qadın rəssamlarımızın sırasında yazacaqlar: Məsumə Hüseynli…

Bu gün onun şagird dəftərində, yapma, applikasiya məşğələlərində fəaliyyətləri onun gələcək böyük sənət üçün ilk cəhdllər və səylərdir… İnanırıq və arzu edirik…Hələliksə ona can sağlığı, uzun ömür arzulayırıq. Onun pərvazlanması üçün ömür həsr edənvalideynlərini və əlbəttə ki, elm yollarında uğura aparan müəllimlərini də təbrik edirik.




Ad günün mübarək…
Hörmətlə: anaveushaq.wordpress.com




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.