Tarixdə bu gün
İlin 228-ci (uzun illərdə 229-cu) günü.
Doğum günləri:

980 (B.e.ə)— Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sina və ya Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina (latınlaşdırılmış adı Avisenna) Buxarada anadan olmuşdur.
Həmədanda hökmdar tərəfindən saray həkimi, daha sonra isə vəzir təyin edilən alimin bütün dünyada məşhur olan 4 cildlik tibb ensiklopediyası, müxtəlif fəlsəfi kitabları, astronomiya və metafizikaya aid əsərləri var.
Ən məşhur əsəri “Göz həkiminin dəftəri”dir.
Qısa ömründə böyük titullar qazanmışdır: “Hüdcətül-Haqq” (həqiqət carçısı); “Şeyx-ur-Rəis” (böyük, müdrik), “Harami buzurq” (dahi təbib), “Şərəf-ül-Mülk” (ölkənin ən şərəfli insanı) və s.
“Əl Qanun fit Tibb” (Təbabət elminin qanunu) kitabı XII yüzillikdə latın dilinə tərcümə edilərək Avropanın bütün tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunub.
Beş kitabdan ibarət bu ensiklopedik əsərin birinci kitabı anatomiya və qoruyucu həkimlik, ikinci kitabıadi dərmanlar,üçüncü kitabı patologiya, dördüncü kitabı dərmanlar və cərrahi metodlarla müalicə, beşinci kitabı isə müxtəlif dərman tərkibləri ilə əlaqəli təfsilatlı məlumatlar verilib.
Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahı İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdir. Onun fikrincə insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşmalıdır. Bura qida, geyim, burun vasitəsilə düzgün nəfəs alma, bədən quruluşunu həmişə düzgün formada saxlamaq, xasiyyəti tarazlamaq, bədəni “lazımsız tullantılardan” təmizləmək, fiziki və əqli aktivlik daxildir.
Göz ilə də maraqlanan İbn Sina dövrünün seçilən fiziklərindən İbn əl-Haytəm kimi, Göz-şüa Nəzəriyyəsini müdafiə edib və üst göz qapağının xaricə çıxması, davamlı olaraq ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı izahlar verib.
Tibb aləmində psixodiaqnostikanın banisi sayılan İbn Sina 1037-ci il iyunun 18-də mədə xorasının deşilməsindən dünyasını dəyişib və Həmədanda dəfn edilib.

1925 — Azərbaycan yazıçısı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Azərbaycan Dövlət Mükafatı Laureatı Şıxəli Qurban oğlu Qurbanov Bakıda doğulmuşdur.
Şıxəli Qurbanov 1932-ci 1942-illərdə orta məktəbdə təhsil almışdır.
1942-ci ilin iyununda könüllü ordu sıralarına getmişdir. 1946-cı ildə Sovet ordusunda xidmətini davam etdirərkən Sovet İKP üzvlüyünə qəbul edilmişdir.
1947-ci ildə o, APİ-nin Filologiya fakültəsinə daxil olur.1951-ci ildə isə həmin institutu fərqlənmə diplomu ilə bitirir.
Ş.Qurbanov 1956-cı ildə “A.S.Puşkin və Azırbaycan poeziyası”mövzusunda müvəffəqqiyyətlə dissertasiya edərək filoloji elmləri namizədi alimlik dərəcəsi alır. Əvvəlcə, APİ-nin baş müəllimi,1958-ci ildən sonra isə dosenti olmuşdur.Şıxəli Qurbanov 1965-ci ildə “XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
1950-ci ilin ortalarından müxtəlif partiya vəzifələrində çalışmışdır: 1945-55-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,1955-57-ci illərdə Bakı Voroşilov (indiki Səbael) Rayon Partiya komitəsinin I katibi, 1957-61-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri,elə həmin illərdə Azərbaycan KP MK-nın üzvü,1958-63-cü illərdə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilir.1966-cı ilin fevral ayında Azərbaycan Kommunist Partiyasının XXVII qurultayında Şıxəli Qurbanov Azərbaycan KP MK üzvü,birinci pleniumda isə Azərbaycan KP MK bürosunun üzvü və katibi seçilir.
Ş.Qurbanov bacarıqlı və prinsipial rəhbər kimi, dərin zəkasına,xalqa alovlu məhəbbətinə görə, həyat ideyalarına sədaqətinə görə xalqımız tərəfindən sevilirdi.
1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilən Novruz bayramının təşəbbüskarı və təşkilatçısı Şıxəli Qurbanov idi. Qız qalasına doğru insanların axını dayanmırdı, hamının üzündə ürkək sevinc hissləri var idi.Bayram axşamı Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. MK katibi, şair, dramaturq və elmlər doktoru bu addımı ömrü bahasına atmışdı.
1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir.
Şıxəli Qurbanov müxtəlif imzalarla şeirlər yazmışdır.Onun ilk məlum nəsr əsəri “Telefon zəngləri” hekayəsidir. Bu hekayə ilk dəfə 1963-cü ildə “Kirpi” jurnalında, sonra isə “Əcəb işə düşdük” kitabında,daha sonralar 1968-ci ildə ilk əsərləri cildində çap olunmuşdur.
Şıxəli Qurbanovun çap olunan və tamaşaya qoyulan əsərləri bunlardır: “Əcəb işə düşdük”, “Bahadır və Sona”, “Özümüz bilərik”, “Olmadı elə,oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz”, “Sevindik qız axtarır”, “Bitməmiş söhbət”.

1925 —Azərbaycanın Xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan və SSRİ Dövlət Mükafatları Laureatı Bəxtiyar Mahmud oğlu Vahabzadə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur.
1942-1947 -ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır . 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir .
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. 1964-cü ildə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

1956 — Axıska türk əsilli Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Söhrab oğlu Aznaurov və ya “Topçu İsgəndər” Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir.
1963-cü ildə orda məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışıb.
1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axıska türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib.
Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin baharında könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır.1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.
Aznaurovu “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur. Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.
1993-cü il 18 apreldə Gədəbəyin “Örükdaş”da gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan xalqı arasında “Topçu İsgəndər” kimi tanınırdı.
Onun şərəfinə Gədəbəy rayonunun Şınıx kəndinin Mormor yüksəkliyində “İsgəndər qalası” və “İsgəndər postu” adlandırılıb. Aznaurovun istifadə etdiyi “KS19” topu isə hələ də nümunə olaraq saxlanılır. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə onun adı verilib. Gədəbəydə “N” saylı hərbi hissənin önündə isə büstü ucaldılıb.
Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı məktəb onun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. Şəmkir rayonunda 2 saylı orta məktəbdə isə onun adına “Xatirə muzeyi” yaradılıb. Muzeydə Aznaurovun həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman – Məzahir Rüstəmov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilmişdir.
Azərbaycan Respubliksı Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Vəfat etmişdir:

1998 – Tanınmış tərcüməçi və mətnşünas, filologiya elmləri doktoru, professor Qulamhüseyn Fətulla xan oğlu Beqdeli 79 yaşında İranda vəfat etmişdir.
Qulamhüseyn Beqdeli 1919-cu ilin baharında İranda Tehran şəhərində doğulmuşdur. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran Xalq Partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.
Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. Bakı Ali Partiya məktəbinə daxil olmuşdur (1947). Sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə alınmış, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət verilmişdir. Təhsilini davam etdirmiş, Bakı Ali Partiya məktəbini bitirmişdir (1958). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi işləmişdir (1958-ci ildən). “Marağalı Əvhədinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1960). “Nizaminin “Xosrov və Şirin” poeması və bu mövzunun Yaxın və Orta Şərq ədəbiyyatında işlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1968).
1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Nizami, Qətran Təbrizi, Əvhədi, Nəvai əsərlərindən tərcümələri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçısı və təbliğatçılarından biridir. Klassik şairlərin həyatı və yaradıcılığı barədə külli miqdarda elmi məqalələri dərc olunmuşdur.
1998— Azərbaycanın xalq yazıçısı Yusif Səməd oğlu Vəkilov (Yusif Səmədoğlu) Bakı şəhərində 62 yaşınsa vəfat etnişdir.
Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakıda Səməd Vurğunun ailəsindədünyaya göz açmışdır.
1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957–1958). “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960–1965), C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965–1969)[1], baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (1969–1976), “Ulduz jurnalının baş redaktoru (1976–1987), “Azərbaycan” jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur(1990). Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
-ci il avqustun 16-da vəfat etmişdir.

2001 — Məşhur Azərbaycan tarixçisi, Milli Elmlər Akademiyasının müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov 81 yaşında vəfat etmişdir.
Mahmud İsmayılov 1920-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. O, 1941-ci ildə təhsilini başa vurub Qusar rayonunda tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1942-ci ildə orduya çağırılaraq İkinci Dünya müharibəsində iştirak etmişdir.
Mahmud İsmayılov 1946-cı ildə ordudan tərxis edilmiş və həmin ildən ömrünün sonunadək həyatını Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə bağlamışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda laborantlıqdan institutun direktoru müavinliyinə qədər müxtəlif vəzifələr tutmuşdur.
Mahmud İsmayılov 1949-cu ildə namizədlik, 1960-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin öyrənilməsinə həsr etdiyi əsərlərinin tarixşünaslığımızda xüsusi yeri vardır. Alimin Azərbaycan iqtisadiyyatının, xüsusilə də neft sənayesinin inkişafı tarixinə dair apardığı tədqiqatlar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, çoxcildlik “Azərbaycan tarixi”nin müəlliflərindən və redaktorlarından biri idi. Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı dövrdə Mahmud İsmayılovun çap etdirdiyi elmi-publisistik yazıları tarixi saxtalaşdıran erməni millətçilərinə tutarlı cavab idi.
Mahmud İsmayılov bədii yaradıcılıqla da məşğul olurdu. Azərbaycan xalqının keşməkeşli taleyi, böyük tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyəti onun romanlarında öz əksini tapmışdır.
Mahmud İsmayılovun tarix elminin inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, Əməkdar elm xadimi adına layiq görülmüş, bir sıra orden və medallarla təltif edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.