Tarix: 

Tarixdə bu gün

İlin ilin 237-ci(uzun illərdə 238-ci) günü.

Doğum günləri:

110

1915—Azərbaycan SSR Əməkdar mühəndisi və memarı Tahir Abdulla oğlu Abdullayev 1915-ci il avqustun 25-də Naxçıvan şəhərində anadan olmuşdur.

Tahir Abdullayev 1933-cü ildə Nəriman Nərimanov adına Sənaye Texnikumunu, 1939-cu ildə isə Azərbaycan Sənaye İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnir. Təyinatla Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsinə göndərilir və 1941-ci ilə qədər burada çalışır.

1940-cı ildən SSRİ Memarlar İttifaqına üzv olan Tahir Abdullayev 1941-1944-cü illərdə müxtəlif tikinti idarələrində baş mühəndis vəzifəsində fəaliyyət göstərir. 1944-1951-ci illərdə Şəki şəhərinin Baş memarı vəzifəsinə təyinat alır. 1946-cı ildə Böyük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi fədakarlığa görə “Qafqazın müdafiəçisi” medalı ilə təltif olunur.

1951-ci ildə isə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna direktor təyin olunan Tahir Abdullayev 1992-ci ilə qədər – 41 il burada fəaliyyət göstərir.

Yüzlərlə yaşayış evi, ictimai bina və qurğuların layihə müəllifi olan Tahir Abdullayev, 1993-cü ildən ömrünün sonunadək “Bakıdövlətlayihə” institutunda əmək fəaliyyətini davam etdirmişdir.

“Azərbaycan” mehmanxanasının binası, Sumqayıt şəhərinin Baş planı və bir sıra diğər layihələri ilə milli memarlığımızın inkişafına verdiyi töhfələrə görə Tahir Abdullayev iki dəfə SSRİ Nazirlər Soveti tərəfindən Dövlət mükafatına layiq görülmüş, “Qırmızı Əmək bayrağı”, “Şərəf nişanı” ordenləri ilə təltif olunmuşdur. 1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar mühəndisi, 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü adlarına layiq görülmüşdür.

Paytaxt Bakıdan başqa, respublikamızın bütün şəhərlərinin baş planları, Bakı Dövlət Universiteti, Milli Elmlər Akademiyası, müxtəlif institutlar, poliklinika və xəstəxanalar, məktəb və uşaq bağçaları, yaşayış və s. binaların layihələri bu institutda yaradılırdı.

Tahir Abdullayev “Azərdövlətlayihə” İnstitutuna rəhbərlik etdiyi 41 illik əmək fəaliyyəti dövründə kadrların, xüsusilə, milli kadrların inkişafı, əsl mütəxəssis kimi yetişməsi üçün əlindən gələni əsirgəmir, onlara daim qayğı göstərirdi. Bu mühüm vəzifəni həyata keçirməkdən ötrü öz ətrafına təcrübəli memar və mühəndisləri toplamışdı. Memarlardan Mikayıl Hüseynov, Rasim Əliyev, Tələt Xanlarov, Şəfiqə Zeynalova, Yusif Qədimov, Nəimə Axundova, mühəndislərdən Mədət Xələfov, Eldar Məmmədov, Xalid Nəcəfov, Azad Qocamanlı və başqaları ustad memarlar nəslinin ön sıralarında addımlayırdılar.

Tahir Abdullayev yüksək təşkilatçılıq bacarığına malik idi. Sifarişlərin operativ və vaxtında yerinə yetirilməsi üçün Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində institutun filiallarını yaratmışdı. Bu da regionlardakı obyektlərin layihə-smeta sənədlərinin hazırlanmasının sürətinə və keyfiyyətinə öz müsbət təsirini göstərirdi.

Baykal-Amur dəmiryol magistralının (BAM) tikintisi gedirdi. “Ulkan” qəsəbəsi dəmiryol vağzalı ilə birlikdə respublikamız tərəfindən müvəffəqiyyətlə inşa edilmişdi. Sonra ikinci bir stansiyanın – “Anqoya”nın da tikintisi bizim respublikaya həvalə olundu. “Anqoya”nın layihəsi Rusiyanın Novosibirsk şəhərinin “Sibqiprotrans” layihə institutunda işlənmiş və sifarişçi tərəfindən təsdiq edilmişdi. Respublikamızın qarşısında isə bu layihə əsasında stansiyanın yalnız tikintisinin aparılması məsələsi qoyulmuşdu. Ulu öndər Heydər Əliyev bu illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı və BAM-ın tikintisinə rəhbərlik birbaşa ona həvalə edilmişdi. Azərbaycan KP MK-nın göstərişi ilə “Anqoya” stansiyasının vağzalı və qəsəbənin ictimai-ticarət mərkəzi Azərbaycan klassik milli memarlığı üslubunda yenidən layihələndirilib inşa edildi. Tikinti çox yüksək keyfiyyətlə həyata keçirildi. 2008-ci il iyulun 29-da “Anqoya” stansiyasına ulu öndər Heydər Əliyevin adı verildi.

Tahir Abdullayevin layihələri ilə paytaxtımızda və bölgələrimizdə tikilən sosial-mədəni obyektlər, inzibati binalar, məktəb və xəstəxana kompleksləri bu gün də xalqımıza xidmət edir. Heydər Əliyev adına İdman Sarayı, Milli Məclis, Milli Arxiv və Milli Dram Teatrının binaları, çoxsaylı yaşayış evləri Tahir Abdullayevin yadigarları kimi ona əbədi yaşamaq haqqı qazandırmışdır…

Tahir Abdullayev ömrünün sonlarında “Bakıdövlətlayihə” İnstitutunda məsləhətçi kimi işləmişdir.

1926  — Xalq rəssamı  Xalidə Ələkbər qızı SəfərovaGəncə şəhərində anadan olmuşdur.

O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdır.

Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir.

Rəssam Mahmud Tağıyevin həyat yoldaşı, Əkrəm Tağıyevin anasıdır.

Xalidə Səfərovanın yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində “Payızgülü” (1956), “Zinya çiçəyi” (1971), “Bahar çiçəkləri” (1971), “Monmartr gülləri” (1985),[4] ilk əsərləri olan “Gülabdan”, “Qızılgül”, “Çöl çiçəkləri”, “Eyvanda”, “Xrizantemlər”, “Yasəmənlər”, “Zanbaqlar”, “Nərgizlər”, “Nar çiçəyi” kimi əsərlərə rast gəlinir.

Rəssamın yaradıcılığında portret əsərləri də yer almışdır. Bunların sırasına “Qapıçı”, balet artisti “Leyla Vəkilovanın portreti”, rəssam “Maral Rəhmanzadənin portreti”, rəssam “Mahmud Tağıyevin portreti” və başqaları daxildir.

Xalidə Səfərova Azərbaycanın rayon və kəndlərində bir çox natürmort və peyzajlar yaratmışdır. Çəkdiyi rəsmlərdə kənd həyatını təsvir edən rəssamın “Qızılgül dəstəsi”, “Qızılgüllər və sərv ağacı”, “Yağışdan sonra”, “Çinarlar”, “Alma yığan qız” əsərləri xüsusi əhəmiyyətə malikdir. Onun əsərlərində Abşeron, Qarabağ, Ağdam və Azərbaycanın digər rayonlarının təbiəti öz əksini tapmışdır.

1985-ci ildə Xalidə Səfərova Fransaya səfərə çıxaraq Sena sahilinin mənzərələrini, düzənliklərini təsvir etmişdir. Rəssam Provans payızını əks etdirməklə “Provansda payız”, “Arl kafesi”, “Marsel limanı”, “Martinq sahili” və bir çox əsərlər yaratmışdır. O, fərqli variantlarda “Paris Notrdam kilsəsi”, “Bənövşəyi gecə”, “Site” tabloları üzərində işləmişdir. Fransa səfəri zamanı çəkdiyi əsərlərinin bir hissəsi Fransanın Azərbaycandakı səfirliyinin sərgisində nümayiş etdirilmişdir.

90

1935 — Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi , Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, – qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şeirlərinə musiqi bəstələnmişdir (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

80

1945 — Azərbaycan SSR-nin Əməkdar artisti Vəfa Nüsrət qızı Fətullayeva Bakıda anadan olub.

İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva Məhərrəm Haşımovun kursuna düşür. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində “Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?” deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçiminin taleyini təyin edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib… Keçib teatrşünaslığa.

Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan Əməkdar artist 21 may 1987-ci ildə – 42 yaşında vəfat edib.

Vəfa Fətullayevnın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq artisti Hökumə Qurbanovadır.

1967— Azərbaycanlı əsgər, “Qırmızı Ulduz” ordeni laureatı Rahib Gülmalı oğlu Məmmədov Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O 1984-cu ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam şəhərində yerləşən Kənd Təsəruffatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumuna daxil olur. Texnikumda bir illik təhsildən sonra, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılır. Hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xeliçavuri qəsəbəsində yerləşən Hərbi hissədə keçir.

Rahib Məmmədov 20 yaşında ikən 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olmuşdur.

Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir.

R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib (Rahib Çanturiya) adlandırıblar.

Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var.

Rahibin oxuduğu orta məktəbdə adına muzey yaradılmışdır. Muzeyə Sahib Məmmədov rəhbərlik edir.

Gürcüstanın Çaladidi kəndində abidəsi qoyulmuşdur. 2012-ci ildə abidə təmir edilmişdir. Abidə üzərində ingilis və gürcü dillərində həkk olunmuş mətndə deyilir:

“1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə”.

1997-ci ildə Rahib Məmmədovun xatirəsinə Qardabani rayonunda beynəlxalq boks turniri keçirilmişdir.

Vəfat etmişdir:

1985 — 1982-ci ilin noyabrında, soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-ın Men ştatından olan məktəbli qız Samanta Rid Smit atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur.

Samanta Smit 29 iyun 1972-ci ildə Amerikada doğulmuşdur.

1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi.

Moskvada, Leninqradda və Krımdakı “Artek” pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi “Yaşayacağıq!” (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır.

Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı “Sovet İttifaqına səyahət” adlı kitabda ifadə etmişdi.

Hər il iyun ayının ilk bazar ertəsi Men ştatında Samanta Smit günü kimi qeyd edilir. Auqusta şəhərindəki Men Dövlət Muzeyinin yanında əlindəki göyərçini havaya buraxan və yanında balaca ayı balası oturmuş Samanta Smitin heykəli qoyulmuşdur. Ayı balası Men ştatını və SSRİ-ni simvolizə edir.

1992 — “Azərbaycan Bayrağı” ordenli Qarabağ döyüşçüsü Xudaverdi Məhəmməd oğlu Abbasov vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.

Xudaverdi Abbasov 9 noyabr 1957-ci ildə Agcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Kəhrizli kənd orta məktəbində 10 il təhsil alıb. Bakı şəhərindəki texniki peşə məktəblərinin birində elektrik qaynaqcısı peşəsinə yiyələnib. 1977-ci ildə ailəliklə Agdam rayonuna köcüblər. Moldaviyada hərbi xidmətdə olub. Orada yaxşı xidmət etdiyinə görə komandanlıq tərəfindən müxtəlif fəxri fərmanlara layiq görülüb. Xudaverdi hərbi xidməti başa vurduqdan sonra Agdama qayıdıb. Rayonda elektrik qaynaqcısı peşəsində calışıb.

1992-ci ilin fevral ayında “Qarabagın müdafiə Şahinləri” dəstəsində döyüşməyə başlayıb. Rota komandiri kimi bütün tapşırıqları layiqincə yerinə yetirib. Naxcivanik, Kətik, Xramort kəndləri ugrunda vuruşub. Xanabad, Orta kənd, Kasaped, Dəmirlər, Aterk əməliyyatlarında, Canyataq, Gülyataq kəndlərinin müdafiəsində böyük qəhrəmanlıqlar göstərib. Xocalı faciəsi zamanı yüzlərlə soydaşımızın xilas olunmasında iştirak edib.

Xudaverdi Abbasovun Agdərə rayonunun Mehmanə kəndinin azad edilməsində əvəzsiz şücaəti olub. Kəndin müdafiəsini onun komandirlik etdiyi rota təmin edirdi. Ermənilərin Mehmanə kəndinə növbəti hücumu zamanı igid döyüşcü düşmənlə son nəfəsinədək döyüşüb, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib və elə bu döyüşdə də 24 avqust 1992-ci ildə qəhrəmanlıqla Şəhid olub. 25 avqust tarixində Xudaverdi Abbasov Kəhrizli kənd qəbiristanlıgında torpaga tapşırılıb.

16 sentyabr 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Xudaverdi Abbasova “Hərbi Xidmətlərə görə” medalı təltif edilmişdir.

2002 — Görkəmli tənqidçi, filologiya elmləri doktoru (, professor, Azərbaycan Dövlət mükafatı laureatı , Azərbaycanın Əməkdar elm xadimi , Azərbaycan Milli Tarixdə bu gün – 25 avqustElmlər Akademiyasının müxbir üzvü Yaşar Vahid oğlu Qarayev 66 yaşında vəfat etmişdir.

Yaşar Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində xırda sənətkar ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada 31 saylı şəhər orta məktəbini bitirmişdir. ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1954-1958).

Sonra Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini işləmiş, həmin şöbəyə başçılıq etməklə yanaşı, institutun direktoru vəzifəsində çalışmışdır (1987).

Ədəbi fəaliyyətə 1955-ci ildə “Lenin tərbiyəsi uğrunda” və “Azərbaycan gəncləri” qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlamışdır. Bundan sonra müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətuatda müntəzəm çıxış etmişdir. Məqalə və kitabları “Yaşar”, “Q.Yaşar”, “Y.Qarayev” imzaları ilə dərc olunmuşdur.

Azərbaycan Yazıçılar İttifaqının tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri olmuşdur (1976-1991). Azərbaycan Yazıçılar Birliyinin katibi işləmişdir (tənqid və ədəbiyyatşünaslıq üzrə) (1991-?). Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Yaradıcılıq Akademiyası rəyasət heyətinin üzvü və humanitar bölməsinin həmsədri (1990-?) seçilmişdir.

Həmçinin Azərbaycanda daimi fəaliyyətdə olan Şəhriyar konqresi komitəsinin sədri (1993-?), “Ədəbi proses” adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olmuşdur. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqquz cildlik dünya ədəbiyyatı tarixi, “Çoxmillətli Sovet ədəbiyyatı tarixi (inqilaba qədərki dövr)” və Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı yeddicildlik “Azərbaycan ədəbiyyatı tarixi” monumental əsərlərin müəlliflərindən biri idi.

Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışmış, Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə şurasının sədri, ədəbiyyat institutu elmi şurasının sədri, Memarlıq və İncəsənət İnstitutunun, Türkmənistan EA Dil və Ədəbiyyat İnstitutu elmi şurasının, Azərbaycan Dövlət nəşrkomu yanında redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, Mədəniyyət Nazirliyi bədii şurasının, “Yazıçı” nəşriyyatının bədii şurasının, “Azərbaycan” və “Ulduz” jurnalı redaksiya heyətinin, “Bilik” Cəmiyyəti rəyasət heyətinin, ensiklopediya elmi redaksiya heyətinin üzvü olmuşdur.

Eyni zamanda SSRİ Yazıçılar İttifaqı rəyasət heyəti yanında tənqid və ədəbiyyatşünaslıq şurasının, Azərbaycan Yazıçılar İttifaqı M.F.Axundov adına mükafat komissiyasının üzvü idi. “Füzuli Vəqfı” fondunun rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərmişdir (1994-?).

2002-ci il avqustun 25-də vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yaşar Qarayevin “Seçilmiş əsərləri” 5 cild – AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq anadan olmasının 80 illik yubileyi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin 2015-ci il, 14/5 nömrəli Qərarına əsasən “Seçilmiş əsərləri” 5 cilddə hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!