Tarixdə bu gün
İlin 274-cü günü
İlin sonuna 91 gün qalır.
Mühüm hadisələr:
1827 – Rus qoşunu İrəvan qalasını işğal etmişdir.
1918 – Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır. Bu gün Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.

Doğum günləri:

1912 – Məşhur tarixçi alim, etnoqraf Lev Nikolayeviç Qumilyov Rusiyanın Tsarskoe Selo əyalətində şairə Anna Axmatova və yazıçı Nikolay Qumilyovun ailəsində doğulub.
Uşaqlığı Tversk quberniyasının Slepnevo Bejetsko adlanan ərazisində keçib.
Lev Qumilyovu dərin, üslub baxımından olduqca yenilikçi araşdırmaların müəllifi idi.
Levin tarixini araşdırdığı xalqlar və tayfalar arasında Orta və Mərkəzi Asiyadakı köçərilər, Tibet və Pamir xalqları, qədim ruslar, türklər və s. vardı.
Lev Qumilyov 1961-cü ildə “Qədim türklər” mövzusunda tarix üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Türkiyə xalqlarının həyatından bəhs edən “Qədim türklər”, “Hunnlar”, “Xəzəristanın kəşfi”, “Etnogenez və Yerin biosferi” kimi məşhur əsərləri vardır.
Lev Qumilyov 1992-ci ilin 15 aprelində vəfat edib.

90
1935— Tanınmış rejissor, ssenari müəllifi, Əməkdar incəsənət xadimi Ziyafət Abbasov Bakıda anadan olub.
1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində, 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib.
“Mozalan” kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir.
Ziyafət Abbasov bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Kinoaktyor” teatr studiyasının bədii rəhbəri ,
1994-cü ildə kinostudiyanın direktor əvəzi olmuş, 1994-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır.

1948 —Tanınmış şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odər Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, “Məhsul” cəmiyyəti mərkəzi şurasında mühəndis, “Ulduz” jurnalında şöbə müdiri işləmişdir (1981-1990). “Xəzər” toplusunun baş redaktoru olmuşdur (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI Poeziya Festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun “Mirzə Cəlil mükafatı”na (1993) və Moskvanın “Molodaya qvardiya” nəşriyyatının kütləvi tirajla buraxdığı “Sıçrayış” kitabına görə Gürcüstan Nazirlər Sovetinin “Vladimir Mayakovski mükafatı” laureatı olmuşdur.

75
1950 – Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyev İmişli rayonunda anadan olmuşdur.
Qarabağ Һadisәlәri başlayanda İmamverdi cəbhəyə yola düşmüş və düşmənlə ilk döyüşə Cəbrayıl rayonunda atılmışdı. Dörd ermәni tankını mәһv edәn İmamverdi Hadrud rayonunun Şaqax kәndi yaxınlığında iki yüz azğın düşmənə qarşı on altı saat döyüşüb, 28 nәfәr ermәnini məhv edib. Onun son döyüşü 15 noyabr 1991-ci ildə oldu. Qəhrəman döyüşün şiddətli anında aldığı güllə yarasından gözlərini əbədi olaraq qapadı.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
İmişli rayonunda dəfn edilmişdir.
İmişli sakinlәri bu gün İmamverdi Əliyev adı ilә ünvanlanmış küçədən iftixar һissi ilә keçirlәr.
İmamverdi Әliyevn doğulub boya-baş çatdığı Qulubәyli kәnd orta mәktәbi indi igid döyüşçünün adını daşıyır.
İmişli Daxili İşlər Şöbəsi önündə büstü qoyulmuşdur.

65
1960 – Azərbaycanın Xalq artisti Mənsum İsrafil oğlu İbrahimov Ağdamda anadan olmuşdur.
1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni- maarif” fakültəsində təhsil almışdır. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. “Leyli və Məcnun” operasında Məcnun, “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı rollarını ifa etmişdir. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır.
Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində — İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada ləyaqətlə təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyasının professorudur.

1969 – Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədov Cəbrayıl rayonunda anadan olmuşdur.
Ermənilərin torpağlarımıza hücum edəndə Kazım Məmmədov Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə daxil olmuşdu, qəhrəmanın cəbhə həyatı da elə buradan başlamışdır.
1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış ermənilər binaya od vurdular kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Böyük Mərcanlı kəndində dəfn edilib.
Oxuduğu 1 nömrəli orta məktəb qəhrəmanın adını daşıyır.
Kazım Məmmədovun adına üç mükafat təsis edilib.
Vəfat etmişdir:

60
1965 – Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi, Cabbar Qaryağdıoğlunun “Şərq musiqisinin incisi” adlandırdığı Seyid Şuşinski vəfat etmişdir.
Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinsi ifa üçün mürəkkəb muğam olan “Cahangah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra “mayə”yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid “Mənsuriyyə”ni eyni şövqlə oxuyurdu.
Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şerlərinə də müraciət edirdi. Seyid Şuşinski siyasi-ictimai mövzuda şer və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran
ilk xanəndə olmuşdur.
Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox gömək etmişdi, həmçinin “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərmişdi.

60
1965 – Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) Bakıda vəfat etmişdir.
Əliağa Vahid 18 fevral 1895- ci ildə Bakıda doğulmuşdur. İlk təhsilini mollaxanada almış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: “Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s. yazmış, “Kommunist” qəzetində, “Molla Nəsrəddin” jurnalında əməkdaşlıq etmişdir. “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə (“Döyüş qəzəlləri”, 1943; “Qəzəllər”, 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

1987 – Teatr xadimi, aktyor Nüsrət Fətullayev 74 yaşında vəfat etmişdir.
Sırf səhnə ilə bağlı olan, teatr-dekorasiya sənətçisi Nüsrət Möhsün oğlu Fətullayev ömrünün son günlərinə kimi yaradıcılıq axtarışlarından qalmayıb. Milli teatr rəssamlığımızın inkişafında və formalaşmasında böyük xidmətlər göstərib.
Nüsrət Fətullayev 25 sentyabr 1913-cü ildə Lənkəran rayonunda doğulmuşdur. 1930-1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun “31-43” (“Eskadranın məhvi”) dramının tamaşası ilə Akademik Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə icra edib. Sənətdəki xidmətlərinə görə respublikanın bir sıra mükafatları ilə təltif edilmişdir.
Milli etnoqrafiyanı dərindən bilirdi. Nüsrət Fətullayev tərtibat rəssamlığında klassik üslub ənənələrini yaşadırdı. Ancaq o, dövrün qaynar, mürəkkəb, təzadlı, işıqlı ruhunun rəng təzə-tərliyinə, təravətli ovqatına da cəsarətlə can atırdı. Onun tərtibatında janr-üslub qarışıqlığı olmurdu, ancaq müxtəlif formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi həm tamaşaya möhtəşəm obrazlılıq gətirir, həm də tamaşaçını heyrətdə saxlayırdı.

1992– Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyev Vətən naminə döyüşlərdə canını qurban vermişdir.
Kərəm Mirzəyev 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi.
1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlamışdır. Baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür. 30 yaşını yenicə başa vurmuş Kərəmin gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa plana keçirdi.
Vətən torpağının xilas olması Kərəm Mirzəyevin hələlik yeganə arzusuna çevrildi. Bir sıra döyüşlərdə əsl qəhrəmanlıqlar göstərdi. Qızğın döyüş nöqtələrindən çəkinmədi. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdur. “Laləzar” əməliyyatının keçirilməsində böyük xidməti olmuşdur. 1992-ci il aprel ayında keçirilən bu əməliyyat zamanı erməni quldur dəstəsi tam məhv edildi. Ermənilərin başçısı Karen döyüş meydanında gəbərdildi, onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdilər.
1992-ci il oktyabr ayının əvvəlləri idi. Erməni quldurları Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edən Kərəm 1992-ci il 1 oktyabrda Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi və qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Qubadlı rayonunun Xanlıq kəndində dəfn edilmişdir.
Xanlıq kənd orta məktəbi onun adını daşıyır, bu məktəb hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərir.

1992 – Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılov vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
İlqar İsmayılov 29 mart 1959-cu il Bakı şəhərində doğulmuşdur. 1966-1976 illərdə Bakı şəhərindəki 45 saylı orta məktəbində oxumuşdur. Daha sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitunda təhsil almışdır. 1981-ci ildə hərbi xidmətə çağırılımış, 1983-cü ildə ordudan tərxis edilmişdir.
Apardığı döyüşlərdə o, düşmənin Onun şücaəti nəticəsində ermənilərlə vuruşan xeyli xarici vətəndaş ələ keçirilmişdir. Onun rəhbərliyi ilə 128 nəfər döyüşçümüz Qızartı yüksəkliyini erməni basqınçılarından azad etmişdir. İgid komandir 1992-ci il 1 oktyabr qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.

1992 – Azərbaycanın Milli Qəhrəmanı Əli Məmmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Əli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır.
1975-ci ildə Macarıstanda hərbi xidmət keçmişdir.
1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Əli Məmmədov 1992-ci ildə erməni təcavüzə başlayanda cəbhəyə yazılır.
Onun döyüş yolu Laçından başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır və əbədiyyətə qovuşur.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır.
Bayramlar və xüsusi günlər:

- Beynəlxalq Musiqi Günü isə UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilmişdir.
Bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.
Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlamışdır. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilmişlər. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarmışlar.
Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqs Azərbaycan musiqisinin qaynaqlarından soraq verir.

2. Dünya Dostluq Günü 1958-ci ildə bir neçə Cənubi Amerika ölkəsində qeyd olunmuşdur. Xüsusilə Paraqvayda. 27 Aprel 2011-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən rəsmi Beynəlxalq Dostluq Günü kimi 30 İyul elan edilib. Ancaq Hindistan kimi bəzi ölkələr d Dünya Dostluq Gününü Avqust ayının ilk bazar günü olaraq qeyd edir.

3 .BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.
Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.