Tarixdə bu gün
İlin 316-cı günü (uzun illərdə 317-ci).
İlin sonuna 49 gün qalır.
Mühüm hadisələr:

1921 — Bakıda Qadın Pedaqoji texnikumu açılmışdır.
1969 — Moskvaya səfər edən Cövdət Sunay SSRİ-ni ziyarət edən ilk Türkiyə Prezidenti kimi tarixə düşüb.
1998 — PKK lideri Abdullah Öcalan Roma hava limanında həbs edilib.
1995 — Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi haqqında ümumxalq səsverməsi (referendum) keçirilmişdir.
2003 — Türkiyə ölüm hökmünü qadağan edən sazişi imzalamışdır.
Doğum günləri:

1936 —Lirik şair, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, şair İbrahim Göyçaylı (Əsgərov İbrahim Məhəmməd oğlu) Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdur.
1943-cü ildə Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1953-1958).
Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Mədəni ticarət”, “Za kulturnuyu torgovli” qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.
Ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş, radionun formalaşmasında xüsusi xidmətləri olmuşdur.
2006-cı ildə prezident İlham Əliyevin qərarına əsasən Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür.
2007-ci il, fevral ayının 24-də, uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat etmişdir.
Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub.

1942— Xalq rəssamı Mirnadir Zeynalov Bakının Buzovna kəndində doğulmuşdur.
1963-сü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının və “Yeni Era” Ümumdünya Sənət Akademiyasının həqiqi üzvüdür.
Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlamışdır. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənmişdir. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan “Tək ağac” (1974), “Köhnə kənd” (1989) əsərlərini xüsusilə fərqlənirlər.
Mirnadir Zeynalovun dəfələrlə fərdi sərgiləri keçirilmişdir. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənmiş, 2013-cü ildə Londondakı “Sothbeys” auksionunda dəyər qazanmışdır. Onun dəyərli əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır.
Vəfat etmişdir:

1965— AMEA-nın həqiqi üzvü olmuş Firuz Əli oğlu Məlikov 63 yaşında vəfat etmişdir.
Firuz Məlikov 1902-ci ildə yanvar ayının 7-də Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur.
F.Ə.Məlikov 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş, 1927-ci ildə ali məktəbi bitirmişdir. 1929-30-cu illərdə Politexnik İnstitutun kənd təsərrüfatı bazasında Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır. F.Ə.Məlikov əvvəlcə burada Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonralar isə Zootexnika-bitkiçilik fakültələrinin dekanı təyin edilmişdir. 1935-ci ilin oktyabr ayında SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ona professor adı verilmişdir. Əməkdar elm xadimi F.Ə.Məlikov Azərbaycanda heyvandarlıq sahəsi üzrə ilk elmlər doktoru olmuşdur. O, 1948-ci ildə “Azərbaycanda Qaragülçülük” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
F.Ə.Məlikov 1948-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasına Azərbaycandan ilk həqiqi üzv seçilmişdir.
1947-ci ildə akademik F.Məlikovun rəhbərliyi altında aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq zərif yunlu “Azərbaycan dağ merinosu” cinsi yaradılmış, ona görə də 1947-ci ildə bütün yaradıcı qrupa SSRİ Dövlət mükafatı verilmişdir. Akademik F.Məlikovun elmi rəhbərliyi ilə iri buynuzlu heyvanların yeni cinsləri də yaradılmışdır. 1959-cu ildə təsdiq edilən həmin heyvan Qafqaz qonur malı adlandırılmışdır.
1958-ci ildə F.Ə.Məlikov Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsində işləmişdir.
Akademik F.Ə.Məlikov onlarla elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. O, Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Universitetində isə Genetika kafedrasında professor idi. Ömrünün son dövründə, 1962-1965-ci illərdə F.Ə.Məlikov Azərbaycan Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru işləmişdir.
Firuz Əli oğlu Məlikov 250-dən çox fundamental elmi əsərin müəllifidir. Bunların arasında dərsliklər, dərs vəsaitləri, elmi-kütləvi əsərlər vardır.
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu 1979-cu ildən onun adını daşıyır. Gəncə şəhərində akademik F.Ə.Məlikovun yaşadığı küçəyə onun adı verilmişdir.

1992— Azərbaycanın Milli Qəhrəmanı Rafael Əvəz oğlu Əsədov Gəncədə anadan olub.
1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya məktəbinə daxil olmuşdur. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirmişdir.Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdir.
1991-ci ildən Əsədov Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olmuşdur.
1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Rafael Əvəz oğlu Əsədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bayramlar və xüsusi günlər:

Konstitusiya Günü
Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.ın Konstitusiya Günü kimi qeyd olunur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.