Tarixdə bu gün

İlin 345-cİlin 345-ci günü (uzun illərdə 346-cı).
İlin sonuna 20 gün qalır.

Mühüm hadisələr:

1988 — Ermənistandakı zəlzələ (7 dekabr) zonasına Azərbaycanlı xilasedicilərin ikinci dəstəsini aparan İl-76 təyyarəsi Leninakan yaxınlığında müəmmalı şəkildə qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olanlar hamısı (78 nəfər) həlak olub.
2003 — Azərbaycan prezidenti ilk dəfə Ermənistan prezidenti Robert Köçəryanla Cenevrədə görüşüb. Görüşdə dövlət başçıları ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyi qərara alıblar.

Doğum günləri:

1918 —Xalq yazıçısı, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı Bayram Bayramov Ağdam rayonunun Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur.
Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib.
Ədibin ilk povesti olan “Tək adam” 1954-cü ildə qələmə alınmışdır. Yazıçı povestin mövzusunu kənddən almışdır. Həmin povesti qələmə alanda bir neçə hekayəsi və oçerki çap edilmişdir. Ədibin ikinci povesti olan “Müqəddəs vəzifə” 1955-ci ildə qələmə alınıb. Kollektivləşmə dövrünün hadisələrindən bəhs edən “Yasəmən” povesti istisna olmaqla, ədibin, demək olar ki, bütün əsərlərinin mövzusu müasir həyatdan, əsasən, yazıçının şahidi olduğu hadisələrdən, yaxşı tanıdığı adamların həyatından alınmışdır.

Bayram Bayramovun “Karvan yolu” epopeyasında görkəmli yazıçı-demokrat Cəlil Məmmədquluzadənin həyatına müraciət edilmişdir. Ədib “Mən ki gözəl deyildim” povestində namuslu əməyin, halal zəhmətin və alıntəri ilə qazanılan çörəyin insana gətirdiyi sevinci və qürur hissini öz müsbət qəhrəmanlarının timsalında əks etdirmişdir.
Müəllifin 1960-cı ildə çap olunan “Gördüyümüz günlər” povestində sosializm mühitinin, onun bərqərar etdiyi birgəyaşayış prinsiplərinin müsbət,tərbiyəedici təsiri qabarıq göstərilmişdir. “Gördüyümüz günlər” povestində də “Mən ki gözəl deyildim…” və “Sənsz” povestlərindəki kimi konkret bir gəncin həyat tarixçəsi, daha doğrusu, həyatının bir mərhələsinin təsviri və tənqidi öz əksini tapmışdır. Povestdə hadisələr Böyük Vətən müharibəsi illərində Bakıda cərəyan edir. Həmçinin “Mən ki gözəl deyildim…” və “Sənsz” povestlərində də hadisələr müharibədən sonrakı ilk illərdə baş verir.
1957-ci ildə qələmə alınan “Onun gözləri” povestində Bayram Bayramov müasirlərin həyatını müxtəlif tərəflərdən və müxtəlif problemlər müstəvisində əks etdirmişdir. Müəllifin 1962-ci ildə qələmə aldığı “Sevirsə qayıdacaq” povestində əxlaqi-mənəvi məsələlərə toxunmuşdur. Nasirin 60-cı illərdə qələmə aldığı povestlərindən biri də “Qoz ağacı” povestidir. Həmin povestdə köhnə adət-ənənə, vaxtı keçmiş əxlaq normaları, “atalar və oğullar” problemindəki mühafizəkarlıq əleyhinə yazılmış əsərdir.
Bayram Bayramovun əsərlərində qadın surətləri xüsusi yer tutur. Yazıçı “Sərinlik” povestindəki Firəngiz surətində Azərbaycan sovet nəsrinin qadın surətlərinə münasibətdəki qırx illik təcrübəsini ümumiləşdirmişdir. Yazıçı həmçinin “Oğul həsrəti” əsərində Azərbaycan qadınlarının Böyük Vətən müharibəsində iştirakından bəhs edir.
Yazıçı “Oğul həsrəti” və “Sarı baba” povestlərində Böyük Vətən müharibəsi dövrünün hadisələrini diqqət mərkəzinə çəki
“Yarpaqlar”, “Onun gözləri”, “Xəzinə”, “Bəlalı sevgim”, “Arakəsmələr”, “Fəhlə qardaş”, “Karvan yolu” kimi məşhur romanların müəllifidir.
1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

1986—Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Dövlət Sərhəd Xidmətinin yeganə qadın hərbi pilotu Dilarə Aydın qızı Babayeva Sumqayıt şəhərində anadan olub.
Dilarə Babayeva 1993-cü ildə Sumqayıt şəhəri “Təfəккür” liseyinin birinci sinfinə qəbul olub və 2004-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) verən Dilarə Babayeva, 2008-ci ildə oranı “Artilleriya heyətində hərbi qulluq üçün idarəetmə mühəndisliyi” ixtisası üzrə bitirdi.
Dilarə Babayeva 2012-ci ildən leytenant rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edirdi.
Dilarə Babayeva 2016-cı il avqustun 30-da qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib və həmin gün vəfat edib.

1990 — Vətən müharibəsində qəhrəmanlıq göstərən, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş mərd oğullarımızdan biri olan Cəfərli Cəfər Babacəfər oğlu Yardımlı rayonunun Avun kəndində anadan olub.
2018-ci ildə Azərbaycan Ordusu sıralarına yazılan Cəfər Cəfərli hərbi xidmətini başa vurduqdan sonra, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq qulluq etməyə qərar verib.
O, Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda döyüşüb. Qubadlı uğrunda gedən döyüşdə yaralansa da, sağalandan sonra yenidən cəbhəyə qayıdıb.
Cəfər Cəfərli noyabrın 3-də Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid olub. Nəşi şəhadətindən 40 gün sonra tapılan şəhid 14 dekabr, 2020-ci ildə doğulduğu Avun kəndində dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cəfər Cəfərli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Vəfat etmişdir:

1933 — Görkəmli yazıçı Əbdürəhman bəy Haqverdiyev 63 yaşında Bakıda vəfat etmişdir.
Yazıçı 17 may 1870-ci ildə Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində anadan olmuşdur.İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin Şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq” (1896) əsərlərini yazmışdır. “Dağılan tifaq” (1899) Peterburqda nəşr edilmişdir. Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini (“Ata və oğul”, “Ayın şahidliyi”) yazıb “İki hekayət” adı ilə çap etdirmişdir.
1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış, İrana – Mazandaran vilayətinə səyahət etmişdir (1907). “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, eləcə də tamaşanı idarə etmişdir. “Nicat” cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, “Ceyranəli”, “Xortdan”. “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə, felyeton çap etdirmişdir.
Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada Yerli komitənin sədri (1922), Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924). Bunlardan başqa ədib Şеkspirin “Hamlеt”, Şillеrin “Qaçaqlar”,Vоltеrin “Sоltan Оsman”, Zоlyanın “Qazmaçılar”, Andеrsеnin “Bülbül”,”Şahın təzə libası”, Lanskоyun “Qəzəvat”, Çirikоvun “Yəhudilər”,Kоrоlеnkоnun “Qоca zəng çalan” əsərlərini də tərcümə еtmişdir. Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur.

1993 — Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elşad Əhədov 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur.
Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsindəki, sonra Lənkəran rayonundakı hərbi hissələrdə rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son döyüşü 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə olub. Bu döyüşdə Elşad güllə yarası almış və həyta vida etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Təzə Alvadı kəndində dəfn edilmişdir.
Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.

Bayramlar və xüsusi günlər:

Beynəlxalq “Dağlar Günü”

11  dekabr  Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü kimi qeyd olunur.

Ötən əsrin sonlarından BMT tərəfindən hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur. Ölkəmizdə də uşaqlara diqqət və qayğı getdikcə artmaqdadır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanmış “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: “Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir”. Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşuqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur.

 Təbii ki, uşaqların diqqətini çəkən, onların maraq dairəsinə daxil olan vərdişlərdən biri də televiziyadır. Hər bir kanalın uşaqlar üçün ayrıca redaksiyası var və mütləq də olmalıdır. Bu sarıdan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ənənələrə söykənərək uşaqlar üçün proqramlar hazırlanması diqqət çəkir. İstər AzTV-də, istərsə də onun “Mədəniyyət” kanalında uşaq və gənclərə həsr olunan verilişlərin təkcə adlarına fikir verək: “Təmas nöqtəsi”, “Tələbə dünyası”, “Mən də uşaq olmuşam”, “Çoxbilmişlərdənsinizmi?”, “Mən azərbaycanlıyam”, “Müasir Azərbaycan gəncliyi”, “Biləyən”, “Bəbək”, “Ana dili” və s. əlbəttə, bu verilişlərin hər biri haqqında ayrıca danışmaq da olar. Təqdir edəsi cəhət budur ki, hər bir verilişdə tamaşaçının yaşı nəzərə alınır. Çalışılır ki,fidanlara, onların dünyagörüşünə, təfəkkürünə uyğun mövzular seçilsin. Uşaq baxdığı hər bir şeydən mənəvi qida alsın. Öz yaşıdlarının uğurlarından, qabiliyyətlərindən xəbər tutsun. Nəticədə öz potensialına, marağına uyğun məşğuliyyət tapsın. Kimi müntəzəm kitab oxumağı ilə, kimi rəsm çəkməyi, kimi musiqi alətlərində ifa etmələri ilə fərqlənsin. Uşaqlar arasında aparılan yarışma və müsabiqələr də məhz bumənada maraqlı qurulur. Xüsusilə də verilən sualların cavabları hər bir uşağın təfəkkürünü, dünyagörüşünü, həyata baxışını əks etdirir.

Flora Xəlilzadə

BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır.
BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq Dağlar Günü kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.
“Dağlar Günü” hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur.
2009-cu il dekabrın 11-i “Dağlar fəlakət təhlükəsinin idarəedilməsi” adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.i günü (uzun illərdə 346-cı).

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!