Tarixdə bu gün

İlin 362-ci günü (uzun illərdə 363-cü). İlin sonuna 3 gün qalır.

Mühüm hadisələr:

1997 — “Ankara” metrosu istifadəyə verilib

1989 — Cəlilabadda vəziyyəti nizama salmaq üçün rayona milis dəstələri yeridilib, kütləvi həbslər aparılıb. Buna cavab olaraq xalq raykom və milisin binalarını dağıdıb. Toqquşmalar zamanı 150 nəfər xəsarət alıb.
1994 — Azərbaycan Respublikası Kamboca ilə diplomatik əlaqələr qurmuşdur.

1994 — Bakıda Cəlil Məmmədquluzadənin Ev muzeyi açılıb.

Doğum günləri:

1920 – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, akademik Firudin Qasım oğlu Köçərli Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur.
1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. 1936-cı ildə Gəncə Pedoqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirərək doğma kəndində müəllimlik fəaliyyətinə başlamışdır.
F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Universitetinin Tələbə həmkarlar təşkilatının sədri olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, 1958-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnistitutunun direktoru vəzifəsində işləmişdir. Ömrünün son anı olan 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərmişdir.
F.Köçərli 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. 1968-ci ildə SSRİ AEAK-nın qərarı ilə ona fəlsəfə tarixi üzrə professor elmi adı verilmişdir.
F.Köçərli 1966-cı ildə Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.
3 iyun 2005 -ci ildə 84 yaşında vəfat etmişdir.

1936 — Azərbaycan və SSRİ Xalq artisti Zeynəb Yəhya qızı Xanlarova Bakı şəhərində anadan olmyşdur.
O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir.
Dünyanın əksər ölkələrində konsertlər vermişdir.

1941 — Tanınmış şair Şahmar Əkbər oğlu Əkbərzadə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur.
1958-ci ildə Şuşa Pedaqoji texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır.
“Kommunist” qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə “Mədəniyyət” qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.

Vəfat etmişdir:

1991 — Goranboy rayonunun könüllülər batalyonunun döyüşçüsü  Yaşar Ağalar oğlu Rəhimov   Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Yaşar Ağalar oğlu Rəhimov 12 yanvar 1947-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Kirovabad (indiki Gəncə) şəhərində texniki peşə məktəbini bitirmiş, Kirovabad (indiki Gəncə) şəhər Enerji təchizat şöbəsində işləmişdir. 1 dekabr 1991-ci il tarixində Goranboy rayonunun könüllülər batalyonuna yazılmış, rayon ətrafında gedən döyüşlərdə iştirak etmişdir. 28 dekabr 1991-ci il tarixində Todan kəndi uğrunda gedən döyüşlərdə aldığı ağır güllə yarasından şəhid olmuşdur. Yaşadığı Dəliməmmədli şəhərində dəfn edilmişdir.
Yaşar Rəhimov gənclik illərində futbol idman növünə böyük həvəs göstərmiş, doğulub boya-başa çatdığı Faxralı kəndinin, Dəliməmmədli qəsəbəsinin və Qasım İsmayılov rayonunun yığma futbol komandalarında qapıçı kimi çıxış edmiş, Kirovabadın “Dinamo” klubunun əvəzedici kollektivinə dəvət almışdır.
Goranboy rayonu Faxralı kənd uşaq bağçasına şəhid Yaşar Rəhimovun adı verilmişdir.
Dəliməmmədli səhərinin küçələrindən biri şəhid Yaşar Rəhimovun adını daşıyır.

1993 — Milli ordunun əsgəri Bəxtiyar Məmmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Bəxtiyar Məmmədov 1962-ci il fevralın 12-də Ağdam rayonunun  Quzanlı kəndində anadan olub. 1979-cu ildə orta məktəbi bitirəndən sonra Ağdam Kənd təsərrüfatı texnikumuna daxil olub. Təhsil aldığı müddətdə sovet ordusuna çağrılıb, ikiillik hərbi xidmətini başa vurandan sonra Vətənə qayıdıb,təhsilini davam etdirib.
1993-cü ilin iyunun 30-da Bəxtiyar Milli Orduya çağrılır. Milli Qəhrəman Yelmar Ömərovun başçılıq etdiyi bataliyonun tərkibində Mərzili , Novruzlu, Çəmənli kəndləri uğrunda döyüşlərdə  iştirak edir.
Onun son döyüşü 1993-cü il dekabrın 28-də olub. İyirmiyə qədər əsgərlə döyüşə girən batalyon Mərzili-Novruzlu arasında ermənilərlə qəfil üz-üzə gəlir. Ağır döyüşdə əsgərlərimiz düşmənin 4 zirehli texnikasını sıradan çıxarırlar. Batalyon komandiri Y.Ömərov və bir neçə başqaları yaralansalar da, döyüşdən sağ çıxa bilirlər.
Yeddi nəfər həlak olan əsgərlərimizi, o cümlədən Bəxtiyarı isə döyüş meydanından çıxarmaq mümkün olmur.

Tarixi gün və bayramlar:

Dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” filmi də var idi.
Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaqdır. Ona maraq tezliklə sönəcəkdir. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.
Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışlar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.

Azərbaycanda isə Milli Kino Günü hər il avqustun 2-də qeyd edilir.
Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!