İbrət

Qaranlıq bir otada dörd şam sakitcə yanırdı.
Otaqda səssizlik olduğu üçün şamların pıçıltısı aydınca eşidilirdi. Qapının arxasında dayanan uşaq diqqətlə onların söhbətinə qulaq asırdı.
Birinci şam “Mən SÜLHəm, ancaq heç kim mənim yanmağıma kömək etmək istəmir. Nə qədər yanmaq istəsəm də, bilirəm ki, sönəcəyəm” dedi və söndü.
İkinci şam “Mən SƏMİMİYYƏTəm, ancaq heç kim bir – birinə qarşı səmimi olmur. Mənim də yanmağımın artıq mənası qalmadı” – deyərək söndü və qaranlığa qərq oldu.
Üçüncü şam “Mən SEVGİyəm, ancaq insanlar məni özlərindən uzaqlaşdırmağa çalışırlar. Onlar artıq öz yaxınlarını da sevmirlər” – deyərək bir göz qırpımında söndü.
Pıçıltıların kəsildiyini eşidən uşaq içəri girdi. Sönmüş şamlara baxaraq hönkür – hönkür ağlamağa başladı.
Dördüncü şam uşağa təskinlik verərək, “Qorxma nə qədər ki, mən yanıram heç bir şam sönə bilməz. Çünki mən ÜMİDəm” – dedi.
Gözləri parıldayan uşaq şamı götürərək o biri şamları yandırdı…

Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!