İbrət

Bir Çin şahzadə taxta çıxacaqdı, ancaq qanunlara görə daha əvvəl evlənməsi lazım idi. Uyğun bir namizəd tapmaq üçün regiondakı gənc qızları hüzuruna çağırdı. Qulluqçulardan birinin qızı da şahzadəni sevirdi. O da şəhzadənin hüzuruna gəlmək istədi. Anası nə qədər dilə tutsa da, qızını yola gətirə bilmədi.

Gözlənilən gün gəldi… Gənc qızlar ən gözəl paltarlarını geyinib, xoşa gəlmək üçün bəznib-düzənib şah sarayına üz tutdular. Şahzadə qızların hər birinə bir qədər toxum verdi. Bunu saxsı qaba əkmələrini və yetişdirdikləri gülü ona gətirmələrini tapşırdı. Şahzadə ən gözəl gülü yetişdirən qızı özünə həyat yoldaşı olaraq seçəcəkdi. Hamı toxumu götürüb evlərinə qayıtdı. Xidmətçinin qızı da ona verilən toxumu alıb dibçəyə əkdi və qulluq etməyə başladı. Nə qədər qulluq etməsinə baxmayaraq, dibçəkdə heç bir cücərti baş qaldırmadı. Qız narahat olduğundan müdriklərələ məsləhətləşdi, amma bir fayda görmədi. Altı ayın sonu gəlib çatdı, amma dibçək hələ də bomboşdu. Amma o, şahzadəyə təqdim edəcəyi bir çiçək olmasa da, deyilən gün və saatda boş dibçəklə saraya getməyə qərar verdi. Saraya çatanda gördü ki, digər qızlar gözəl çiçəklə gəlmişlər. Hamı səbirsizliklə şahzadənın gəlməsini və onun qərarını gözləyirdi. Nəhayət, gözlənilən an gəldi. Şahzadə salona daxil oldu, qızların arasında gəzdi, dibçəklərə bir-bir nəzər saldı. Sonda isə xidmətçinin qızını özünə həyat yoldaşı seçdiyini bildirdi. Hamı təəccüblənmişdi. Digər qızlar bu qətrara reaksiya göstərdilər, etiraz etdilər. Boş dibçəklə gələn qız necə yoldaş olaraq seçilirdi? Şahzadə vəziyyəti belə açıqladı:”Bu gənc xanım ən dəyərli çiçəyi hazırlayıb mənə təqdim etdi. O çiçəyin adı dürüstlük çiçəyidir. Çünki sizə payladığım toxumların hamısı saxtadı və çiçək açmaları mümkün deyil”…

Mənbə: İnternet




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.