Tarixdə bu gün

İlin 17-ci günü.
Mühülm hadisələr:
2001 — Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycannın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul etmişdir.
Doğum günləri:

100
1926 – Azərbaycanın Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgün (Ələkbərzadə Mədinə Nurulla qızı) Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyətinə burada toxuculuq karxanasında başlamışdır. O, 1948-52 -ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Filalogiya fakültəsində təhsil almışdır.
Mədinə Gülgünün onlarla kitabları çap olunmuşdur. Bu əsərlər bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Onun əsərlərinin başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Şairənin bir şox lirik şeirlərinə mahnılar bəstələnmişdir.
Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

1929 — Azərbaycanın Əməkdar mədəniyyət işçisi Davud Ramazan oğlu Zöhrabov Bakıda doğulub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. İncəsənət institutunda Mədəni- maarif ixtisasına yiyələndikdən sonra — 1966-cı ildə Moskvada Kinematoqrafçılar İnstitutunun “Kino-istehsalat təşkilatçılığı” kursunu bitirib və orada “Möhkəm qoz” (“Krepkiy Oreşok”) filmində direktor kimi təcrübə keçib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Davud Zöhrabov 11 sentyabr 2005-ci ildə vəfat edib.

1942 – Ağır çəkidə çıxış edən əfsanəvi peşəkar ABŞ boksçusu, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi Məhəmməd Əli anadan olub.
1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə isə WBA versiyası üzrə dünya çempionu olmuşdur.
3 dekabr 2012-ci ildə 70 yaşında vəfat etmişdir.

1978 — İgid kəşfiyyatçı və şəhid qəhrəmanımız, “Azərbaycan Bayrağı” ordeni laureatı Nizami Səfi oğlu Ələkbərovun doğum günüdür.
Nizami Səfi oğlu Ələkbərov Ağdam rayonunun Quzanlı kəndində anadan olub.
Doğma Qarabağı erməni təcavüzünə məruz qalanda o da əsgər kimi silaha sarıldıl, düşməndən son ana qədər qisas almışdır.
1997-ci ilin aprel ayında növbəti kəşfiyyat tapşırığını yernə yetirib qayıdarkən düşmənlə üz-üzə gəlmiş, qeyri-bərabər döyüşdə sona kimi vuruşmuş və sonda düşmən əlinə düşməmək üçün yoldaşları ilə birgə qumbara ilə özünü partlatmışdır.
Şəhidlərimizin nəşi həmin il oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində erməni cəsədləri ilə dəyişdirilərək, iki gün sonra 16 oktyabrda Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib
Nizamı Səfi oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Vəfat etmişdir:

1940 – Görkəmli ziyalı, jurnalist, “Tərbiyət” kitabxanasının yaradıcısı, İranda Məşrutə inqilabının iştirakçısı Məhəmmədəli Tərbiyət vəfat etmişdir.
Məhəmmədəli Tərbiyət 26 may 1877-ci ildə Təbrizdə dünyaya gəlib. Təbrizdə yeni tipli “Tərbiyət” mədrəsəsi və kitabxana açıb, “Gəncineyi-fünun” jurnalını nəşr etdirib, “İttihad” qəzetinin redaktoru olub. Yaxın Şərq və Avropa ölkələrinə səfər edib, bir müddət Bakıda iranlıların “İttihad” məktəbində müdir işləyib. İran inqilabının fəal iştirakçısı olub, onun məğlubiyyətindən sonra Berlində və İstanbulda mühacirətdə yaşayıb. 1921-ci ildə İrana qayıdıb, Cənubi Azərbaycan Maarif İdarəsinin rəisi, Təbrizin bələdiyyə rəisi olub. Bir neçə dəfə İran Milli Məclisinə deputat seçilib.
“İran və fars mətbuatı dəftərindən səhifələr” əsərində XX əsrə qədərki Cənubi Azərbaycan mətbuat və mətbəə tarixini işıqlandırıb. Onun qədim dövrlərdən XX əsrin 30-cu illərinədək yazıb-yaratmış Azərbaycan şair, yazıçı, rəssam, nəqqaş, xəttat, musiqiçi, alim, jurnalist və digər mədəniyyət xadimləri haqqında geniş məlumatlar toplanan “Danişmandani- Azərbaycan” əsəri Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə dair mühüm mənbədir.
Alim, maarifçi demokrat, ictimai xadim Mirzə Məhəmmədəli xan Sadıq oğlu Tərbiyət 1940-cı il yanvarın 17-də vəfat etmişdir.

2018 – Məşhur rəqqas, Xalq artisti Mirməmməd Mircəfər oğlu Məmmədov (Böyükağa Məmmədov) vəfat etmişdir.
Böyükağa Məmmədov 1927-ci il yanvarın 23-də Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra 5 nömrəli peşə məktəbində oxumaqla yanaşı, həm də məktəbin rəqs kollektivində fəaliyyət göstərib. Burada rəqsin sirlərini yaşıdlarına öyrədib. Müharibənin ağrı-acısını yaşayan kiçik Mirməmmədin atası, qardaşı və bacısı müharibəyə aparılır. Ehtiyat əmək qüvvələri məktəbinin ansamblına yazılması onun gələcək fəaliyyətində mühüm rol oynayır.
Həyatın ritmlərini xalq rəqsində tapan rəqqasın zəngin yaradıcılıq yolu vardır. 1955-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirir, 1946-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs ansamblının solisti olur. 1965-ci ildə respublikanın Xalq artisti adına layiq görülür. 1966-cı ildə Texniki və bədii yaradıcılıq evi, Y.Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri təyin edilir. 1971-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayır. 1951-ci ildə tələbə və gənclərin Berlin, 1953-cü ildə Varşava və 1957-ci ildə Moskvada keçirilən dünya festivallarının laureatı olur. O, 1960-cı ildən “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.
Azərbaycan rəqslərini Fransa, İsveçrə, İran, Əfqanıstan, Polşa, Almaniya, Macarıstan, ümumilikdə 123 ölkədə ləyaqətlə təmsil edən Böyükağa Məmmədov ömrünün 70 ilə yaxın böyük bir dövrünü bu sənətin inkişafına həsr edib. Bu illər ərzində sənətinin onlarla davamçısını yetişdirib, nəsillər arasında sənət varisliyinin möhkəmlənməsinə töhfələr verib. Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə müxtəlif orden və medallara layiq görülüb, Prezident təqaüdçüsüdür.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.