Tarixdə bu gün
İlin 30-cu günü.
Mühüm hadisələr:
1992 –Azərbaycan və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) arasında diplomatik əlaqələr qurulub.

2003 –Bakıda Azərbaycan və Ukrayna arasında hərbi əməkdaşlıq sazişi imzalanıb. Ukraynanın müdafiə naziri Vladimir Şkidçenko ölkəsinin Ermənistanla hərbi əlaqələr qurarkən Dağlıq Qarabağ münaqişəsin diqqətə aldığını bildirib.
Doğum günləri:

1936—Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə anadan olub.
Araz Dadaşzadə 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin Tarix fakültəsində davam etdirmiş və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirmişdir.
Arif Dadaşzadə 1957-1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində işləmişdir. 1960-1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. O, 1963-1966-cı illərdə burada kiçik elmi işçi, 1968-1976-cı illərdə isə İnstitutun Orta əsrlər şöbəsinin baş elmi işçisi olmuşdur. Tədqiqatçı alim 1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini işləmişdir.1988-ci ildən ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmışdır.

1948 — Xalq artisti Elxan Yahya oğlu Əhədzadə Bakıda musiqiçi ailəsində anadan olub.
İlk sənət təhsilini 1967-ci ildə C.Cabbarlı adına Kinostudiyanın “Kino aktyoru” kursunda Adil İskəndərovun sinfində almışdır. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və bir çox tamaşalarda çıxış etmişdir. R.İbrahimbəyovun “Kto pridyot v polnoç” əsərində Makedon, “Solovyinnaya noç”da serjant Atayev və s. kimi rollar yaratmışdır. 1972-1977-ci illərdə İncəsənət İnstitutunun “Musiqili Komediya aktyoru” fakültəsini bitirib və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışmışdır. Bu müddət ərzində R.Hacıyevin “Mama, ya jenyus” “Kavkazskaya plemyanitsa” və “Çelovek iz Lamançi” əsərlərində baş rolları ifa etmişdir. Sonralar bir müddət Rəşid Behbudovun “Mahnı Teatr”ında fəaliyyət göstərmişdir. Həmçinin bu müddət ərzində o kinostudiyada “Çətrimiz buludlardır” və “Üzü küləyə” filmlərində baş rollara çəkilmişdir. E.Əhədzadə 8 oktyabr 2010-cu il tarixində Bakı səhərində vəfat etmişdir
Vəfat etmişdir:

2012 — Xalq rəssamı Oqtay Yunis oğlu Şıxəliyev 80 yaşında Bakıda vəfat etmişdir. Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olub. 1947-ci il Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmuşdur. 1952-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur. Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən ilk yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdır, Respublika Gənclər Festivalının qalibi olur. Elə əsl yaradıcılıq fəaliyyətinə bu ildən başlayır. Sərgilərdə nümayiş olunan ilk işlərində O. Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edir. O.Şıxəliyevin əsərləri sənətsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. Bunlardan “Uşaq aləmi” univermağı, uşaq kafesi, “Ceyran” kafesi, “Turist” mehmanxanasının bədii tərtibatında, Dövlət sirkinin və digər binaların interyerlərini bəzəyən təsvirlər maraqlıdır. Həmin əsərlər kompazisiya müxtəlifliyi və bitkinliyi, işlənmə texnikası ilə diqqəti cəlb edir.

2016 – Filologiya elimlər doktoru, professor Əlimirzəyev Xalid Əlimirzə oğlu 84 yaşında vəfat etmişdir.
Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 1964-cü ildə namizədlik, 1972-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki idi.
1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. “Məhəbbət yaşadır” pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət “Bələdçi” kitabı çapdan çıxıb.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.