Tarixdə bu gün

İlin 53-cü günü.

Mühüm hadisələr:

1988 — Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetirib.

1998 — Azərbaycan Respublikası Prezidenti “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalayıb.

Doğum günləri:

1869 – Məşhur yazıçı, dramaturq, jurnalist, ictimai xadim. böyük satirik, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları”  povestini də bu dövrdə yazmışdır.

1896-cı ildə Həlimə xanımla ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuşdur.  Həlimə xanım vəfat etdikdən sonra 15 iyun 1907-ci ildə ikinci dəfə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.http://anaveusaq.az/uploads/posts/2018-

İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.”Molla Nəsrəddin” jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş və 1921-ci ildə orada “Molla Nəsrəddin”in 8 nömrəsini çap etmişdır.

 Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə 62 yaşında vəfat etmişdir.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.

1902— Görkəmli ali, biologiya elmləri doktoru, professor, Əməkdar Elm xadimi  Mirəli Abdulla oğlu Axundov Şəkidə anadan olmuşdur.

Mirəli Axundov 1937-ci ildə Respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmiş və ömrünün son illərinədək həmin kafedraya rəhbərlik etmişdir. Respublikamızda biologiya elmi biliklərinin yayılmasında Mirəli Axundovun xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül-təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi – üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji dəlillərə, müqayisəli-anatomiya dəlilərinə və digər materiallara istinad edilir.

Təhsili

1919 – 1923-cü illərdə Qori Müəllimlər Seminariyasında,

1926 – 1930-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (biologiya ixtisası) təhsil alıb.

1932-ci ildə Moskva Pedaqoji İnstitutunun aspiranturasına (genetika ixtisası üzrə) daxil olub.

Əmək fəaliyyəti

1923 – 1926-cı illərdə həm Zaqatala şəhər ibtidai məktəbinin müdiri olmuş və həm də Zaqatala Sənaye və Kənd təsərrüfatı texnikumunda dərs demişdir.

1937 – 1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin genetika və darvinizm kafedrasının müdiri olub.

Elmi fəaliyyəti

Elmi tədqiqatları XI – XIX əsrlərdə Azərbaycanda bioloji fikrin inkişaf tarixinə və ev quşlarının növ və cins tərkibinin genetik cəhətdən öyrənilməsinə həsr ounub.

1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1966-cl ildə biologiya elmləri doktoru elmi dərəcəsini,

1969-cu ildə professor elmi adını alıb.

Azərbaycanda biologiya elminin tədrisinin yaxşılaşdırılması istiqamətində 30-dan artıq elmi-metodik məqaləsi və 3 kitabı çap olunub.

Azərbaycan dilində ali məktəblər üçün müxtəlif illərdə “Genetika”, “Təkamül təlimi”, “Biologiyaya giriş”, “Darvinizm”, “Darvin təliminin əsasları”, “Yer üzərində həyatın mənşəyi və inkişafı”, “Faktlar milyoneri Ç.Darvin” və s. bu kimi dərslik və dərs vəsaitlərinin müəllifidir. Ümumiyyətlə 200-dən artıq elmi-tədqiqat, elmi-metodik, elmi-kütləvi kitab, broşür, dərslik, dərs vəsaiti və məqaləsi çap olunub.O, gənc təbiətçilər üçün “Gənc quşçulara məsləhət”, “Okeanda bir damla”, “Nəğməli və bəzəkli quşlar” kimi maraqlı kitablar yazmışdır.

Uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin biologiya üzrə “Elmi əsərlər” nəşrinin redaktoru olmuş, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-metodik şurasına rəhbərlik etmişdir.

20 ildən artıq bir müddət ərzində Azərbaycan televiziyasında “Təbiəti sevənlər” verilişinin aparıcısı olmuşdur.

Xalqımızın sevimlisi, müdrik təbiətli Mirəli müəllim 1992 – ci ildə dünyasını dəyişmışdir.

1925 — Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı Mirzə Ağamurad oğlu Cəbiyev Astara rayonunun Hamoşam kəndində doğulmuşdur. 

 Böyük Vətən müharibəsi başlayanda, Mirzə Cəbiyevin  16 yaşı vardı. 18 yaşı tamam olan kimi  özü könüllü olaraq orduya getmişdir.

1944-cü ildə kiçik leytenant rütbəsi alaraq 43-cü Ordu tərkibində cəbhəyə (III Belarus cəbhəsi) göndərilmişdir. Belorusiya, Litva, Polşa uğrunda döyüşlərdə iştirak etmiş, Almaniyada döyüşmüşdür.

Baş leytenant Mirzə Cəbiyev 1945-ci ilin 6 aprelində Keniqsberq şəhəri ətrafındakı döyüşlərdə komandir olduğu bölmə ilə kanalı keçərək   qarşıdakı düşmən istehkamını   ələ keçirmiş və qələbə bayrağını istehkamın üzərinə sancmışdır. Bu döyüşdə o şəxsən düşməndən 13 nəfər əsir götürmüş, döyüşdə yaralansa da, öz vəzifəsini qələbəyə qədər icra etmişdir.

19 aprel 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

O, Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşən gənc azərbaycanlı olub.

10 fevral 1978-ci ildə 52 yaşında vəfat etmişdir.

1924 — Görkəmli bəstəkar və pedaqoq, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov Şuşada anadan olub. 1948-ci ildə Konservatoriyanı bitirib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru , Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çağlı Alətləri Orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləyib. Yaradıcılığında оperetta janrı əsas yer tutur. “Ulduz” (1948), “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan ay subaylıq” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım” (1971), “Məhəbbət gülü”,”Subaylardan görəsiz”, “Gurultulu məhəbbət” operettaları Azərbaycan Musiqili Kоmediya Teatrının səhnəsində bu gün də оynanılır. Bundan başqa, оnun “Bahadır və Sоna”, “Sоlğun çiçəklər” оperaları, bir neçə kantata, “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz” simfоnik muğamı, simfоnik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), “Tarantella”, “Rəqs-tokkata”,”Rondo”, “Aşıqvari”, Qanun aləti üçün yazdığı “Poema”(“Rapsodiya”) və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.

Süleyman Ələsgərоv 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.

1967 — Azərbaycanın Milli Qəhrəmanı Rövşən Şəmil oğlu Hüseynov Ağdam rayonunda anadan olmuşdur.

1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər.

Rövşən Hüseynov tələbələrlə birlikdə “N” saylı batalyona təhkim etmişdilər. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi. Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını, hətta onlarla canlı qüvvəsini məhv edə bildi.

 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır. Rövşənin başçılıq etdiyi taqım  gərgin döyüşlərdən sonra  mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər,  lakin özləri də mühasirəyə düşdülər. Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək,  tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir.  Bu zaman tələbələrdən ikisi həlak olsa da,  digərləri isə mühasirədən çıxa bildilər. Rövşən isə  döyüş meydanında qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

1955 — Azərbaycanın Milli Qəhrəmanı Faiq Qəzənfər oğlu Rəfiyev Füzuli rayonunda anadan olmuşdur.

1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. 1990-cı il 20 Yanvar hadisəsindən sonra DİN-ə müraciət eərək  Vətənə dönmüşdür. Təcrübəsi nəzərə alınaraq  Faiqi Xocavənd rayonuna sahə müvəkkili göndərirlər.

Faiqin həyatının ən narahat günləri beləcə başlamış oldu…Dəfələrlə qaynar döyüşlərə atılaraq  əsgərlərimizun yanında olmuş, dinc sakinlərin  təhlükəsiz ərazilərə köçürülməsinitəmin etmişdir.  girər şücaətlə Vətənin hər qarış torpağı uğrunda qəhrəmancasına vuruşdu.  Rövşən  Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq nümunələri göstərmişdi.

Koçbəy kəndi erməni quldurlarının yuvasına çevirilmişdi… Faiq kəndi  faşistlərdən təmizləmək üçün plan hazırlayır…Hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkilsələr də,   evlərdə hələ gizlənən quldurları  var isi. Faiq  təcrübəlimilis işçisi kimi  bunu  bilirdi.O, dəstəsi ilə  evlərdə, həyətlərdə axtarış tədbirləri həyata keçirərkən axtarıb məhv edərkən qəfil atılan güllə onun  ürəyini susdurdu.

10 yanvar 1992-ci il o, əbədiyyətə qovuşdu.

Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Doğulduğu Saracıq kəndində dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 166 saylı məktəb qəhrəmanımızın adını daşıyır.

1970 — Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov Bakı şəhərinidə doğulmuşdur.

1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilərin ata-baba torpaqlarımızı işğal etməsi onu narahat edir, ailənin tək uşağı olmasına baxmayaraq,  ikinci kursda təhsilini yarıda qoyub və könüllü olaraq vətənin müdafiəsinə qalxır.

Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur.

1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə qarşılaşırlar.  Erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur. Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir.

Tahirin  nəşi  Bakıya gətirilərək  Şəhidlər Xiyabanında dəfn edilir.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Tahir Tofiq oğlu Həsənov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Təhsil aldığı 23 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Vəfat etmişdir:

2021— Məşhur Azərbaycan müğənnisi, Xalq artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri Yalçın İmran oğlu Rzazadə  vəfat etmiş.dir.

 Yalçın Rzazadə 31 dekabr 1946 –cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub.

1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir.

1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir.

Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın “Dan ulduzu” ansamblına dəvət olunur.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub.

İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazmışlar. Oxuduğu orkestrlərdən-Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz ansamblı onu müşayiət ediblər.

Bu illərdə Yalçın Rzazadə “Od içində” filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”,”Bayquş qayıdanda”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

Xalq artisti vəfat edənədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib

Bayramlar və xüsusi günlər

22 fevral Azərbaycan Avtomobil yolları işçilərinin peşə bayramı günüdür.

Bu bayram Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!