Dilimiz varlığımızdır

Bu idiomatik ifadə bir şəxsi uzun müddət ərzində yaxşıca ta
nımaq, öyrənmək, dostluq etmək anlamını ifadə edir.
Qədim zamanlarda duz çox dəyərli, qiymətli bir nemət
hesab olunurdu.

Qədim xalq adətlərindən olan qonşunun pay göndərdiyi qaba duz qoyub qaytarmaq da bununla əlaqədar yaranmışdı. Danışıq dilindəki “duz günü” ifadəsi də, güman ki, du
zun əhəmiyyətini göstərir.
“Birlikdə bir pud duz yemək” insanların bir yerdə uzun müddət yaşadığını, bir-birilə dostluğunu əks etdirir. “Birlikdə duz yeməmək” ifadəsi isə yaxşı tanımamaq və ya tanımaq istəməmək deməkdir.


Vaxtilə qədim Roma vətəndaşları arasında duz bir dostluq rəmzi hesab edilirdi. Bir sıra ölkələrdə duz (duz-çörək) müqəddəs sayılırdı. Qədim yəhudilərdə və ərəblərdə də duz dostluq rəmzi olmuşdur.
Məşhur “Əlibaba və qırx quldur” nağılında Əlibabanı öldürməyə gəlmiş quldur onun evində xörək yemək istəmir. Çünki o bu evdə duz yesəydi ev sahibini öldürə bilməzdi.
Xalq məişətində evə gələn əziz və hörmətli qonağa, adətən, duzlu xörək verilir. Başqa bir yozma: arvadın xörəyi duzlu (şor) bişirməsi ərini çox istəməsi kmi yozulur.
M.Müşfiqə həsr etdiyi bir şeirində R.Rza yazır:


Bir yaz günü tanış oldum onunla.
Sonra da ayrılmadıq,
payız oldu, qış oldu.
Necə deyərlər,
bir pud duz yedik.
Şeir oxuduq,
Şeir dedik.

Ə.Əylislinin “Bir misranın yuxusu” hekayəsində deyilir:
“İnsafən, Cümşüd özünü çox səbirli aparır… Deyir ki, biz sən nən dağda-daşda bir pud duz yemişik, mən sənin nişanlına xor baxsam, gərək o duz gözümdən tökülər”.
Ə.Əbülhəsənin “Tamaşa qarının nəvələri” povestində deyilir: “İkram nəvazişlə, məhəbbətlə onun əlini dodaqlarından aralayaraq, iri ovcunda saxlayıb dedi: –Biz hələ deyəsən, əzizim,
kifayət qədər duz yeməmişik. Qaratel bunun mənasını başa düşdü. Bu o demək idi ki,
biz bir-birimizi hələ yaxşı tanımırıq”.

Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!