Təbiət – yaşıl sipərimiz

Sərlövhənin doğru anlaşılmasını, başqa sözlə, altqatındakı mənasının düşünülməsini istəyərək bu yazını hazırladıq. Yazıda müəyyən münasibətlərimizlə yanaşı, internet resurslarından, eləcə də ənənəvi ədəbiyyartlardan bəhrələnmişik
“Ana və Uşaq”

Böyük Nizami “İsgəndərnamə” əsərində yazıb:
Dünyagörmüş adam, – yaxşı, ya yaman,-
Şikayət eyləməz öz ruzgarından.
Bu dünya heç kəslə deyil həmavaz,
Sazəndələr kimi bir hava çalmaz.
O, sazda görərsə, ipək bir teli,
Qırıb atmaq üçün uzanar əli.
İpək yetirməkdə iki cür qurd var,
Ziddir odla sutək həmişə onlar.
Biri baramanı toxuyur bir-bir,
O biri karvanla ipək məhv edir.
Pətəkdə iki cür arı var müdam,
Necə ki, aldadar pərvanəni şam,-
Biri yem daşıyar hey axşam-səhər,
O biri gizlincə o yemdən yeyər.
Bal verən arının bircəsi, yəqin,
Yüzündən yaxşıdır bal yeyənlərin.
Belə deyilmi: biz qarışqanı zəhmətin, halallığın rəmzi kimi qəbul etməmişikmi? Rekordçu arıların öz çəkilərindən 300 dəfə ağır yük daşımaları heyrətedici deyilmi? Onları bu heyranlıq zirvəsinə qaldıran uluların əməklə, zəhmətlə bağlı and-amanlarına tapınmalarıdır:
Torpaq deyər:
– Sən mənə tər ver, mən sənə zər verim!
Torpaq deyər:
– Öldür məni, dirildim səni!
Ona görə də təbiətin bu balaca, zəhmətkeş canlısı cahan süfrəsinə öz əməyi ilə 4 əsr qalsa da, xarab olmayan bir nemət qoyur: Bal… Dadı ləziz olduğu kimi, insan sağlamlığına təsiri də saysız-hesabsızdır. Əminlklə demək olar ki, qiyməti də bu dəyərə tam uyğundur, hələ bəlkə də çox ucuzdur.
Ağız ədəbiyyatında arılarla bağlı say-seçmə fikirlər var. Bal 4 əsr qalıb keyfiyyətini itirmədiyi kimi, bal və arılarla bağlı talar sözləri, bayatı və inanclar da təsdiqini hələ də saxlamaqda və davam etdirməkdədir. Məsələn, aşağıdakı atalar sözlərinin ehtiva etdiyi leksik-semantik mənalara fikir verək :

Arı qəhrin çəkməyən balın qədrini bilməz.
Bal verən çiçəyi arı tanıyar.
Allah bal mumunu yandırana mum verir, yağlı şam yandırana bal mumu verir.
Tüstü arını, iman insanı doğru yola gətirir.
Balı uzun barmaqlılar deyil, bəxti gətirənlər yeyir.
Uzun barmaq bal yemir, ancaq şanslılar yeyir.
Arı gəlib “vızıltı” dedi, qulağıma “az” dedi, “payızdır” dedi, “nə gözləyirsən, qız”, “cehizinizi düzəldin” dedi.
Arıya yaxşı qulluq etsən, arvadına qızıl və brilyant verərsən.
Arı kimi əri olanın cənnət kimi yeri olar.
Balsız arı, ərsiz arvad insanlara zərərlidir.
Əkinçi üç şeydən varlanır: arıdan, darıdan, qardan.
Kimisi bal yeyir, kimisini də arı sancır.
Barmağınızda bal olsaydı, Qarabağdan arılar gələrdi.
Bayatılar:
Bala dadı, bal dadı,
Bala adam aldadır.
Şirini şirin olur,
Acısı da bal dadır.
Arı bal Salı şanda,
Baldan kam alı şanda.
Yaman olur ayrılıq,
Göz gözə alışanda.
Tapmacalar:
Bir sürü quzu,
Otlayır düzü.
Nə bir izi var,
Nə də ki, tozu.
Qanadı var uçmağa,
İynəsi var sancmağa.
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.
Bu meşə gül meşəli,
Altı tər bənövşəli.
Bir kişinin min oğlu
Hamısı bir peşəli.
Arı aiıəsinin həyatı bir çox görkəmli yazıçıların(Şekspir, Höte, Puşkin, L.Tolstoy), bəstəkarların, filosofların(K.Marks) əsərlərində öz əksini tapır.
Napoleon arını çox sevirmiş, onun plaşında arı şəkli olmuşdur. Sərkərdə nəvəsinə hədiyyə etdiyi qızıl beşikdə arı emblemi qoydurmuşdur.

Arılar haqqında maraqlı məlumatlar:
~ Ana arı bir gündə 1500-2000, bir ildə 100 min, bütün ömürləri boyu isə 8 milyon yumurta qoya bilir.
~ Bir arı 100 qram bal toplamaq üçün 200 hektardan artıq çəmənliyi, bağ-bağçanı gəzib dolanır. Bunun üçün o, 1 milyon çiçəkdən şirə çəkir.
~ Arı 4 əsr qalır, amma xarab olmur.
~ Bal iylənmə prosesinin qarşısını alır. Bu, qədim romalılara məlum idi. Onlar quş ətini bal ilə konservləşdirirlərmiş.
~ Arıçılıqla məşğul olan alimlər sübut ediblər ki, şirə toplayıb qayıdan arılar havada müxtəliffiqurflar cızaraq tapdıqları çiçəklərin yerini başqa arılara bildirirlər. Alimlər bunu “arı dili ” adlandırmışlar.
~ Arılar bir-biri ilə əlaqəni oynamaqla saxlayırlar. İndi alimlər müəyyən etmişlər ki, onların əlaqəsi (danışıqları )bioelektrik siqnalları ilə yerinə yetirilir.
~ Braziliya növündən olan arılar turş bal hasil edirlər.
~ Madaqaskar meşələrində neştəriolmayan bal arıları olur.~
Neştərsiz arılar yüksəkkeyfiyyətli bal hasil edirlər. Mütəxəssislərin dediklərinə görə, gələcəkdə yer kürəsində bal hasilatı neştərsiz arılar hesabına olacaqdır.
~Neştərsiz arılar çox zəhmətkeşdirlər. Onlar 1 kq bal toplamaq üçün, təxminən, 3 min km-ə qədər məsafə qət edirlər. Bu isə ekvator boyunca 7 dəfədən çox fırlanmaq deməkdir.
~ Rekordçu arı öz çəkisindən 300 dəfə ağır olan yük daşıyır.
~ Arılar təklikdə və xırda dəstə halında saxlandıqda idalanmır, tezliklə ölür. Ancaq dəstə müəyyən miqdara çatdıqda bu həşəratların yaşayışı nizama düşür. Arılar və qarıqalara cəm olmaq üçün minimum rəqəm 25-dir. Çoxluqla yaşamağa adət etmiş həşratlar kiçik dəstələrdə darıxırlar.
~Bal arısının mədəsi sancaq başı boydadır və bal ilə dolu bir yüksük toplamaq üçün qarnını 60 dəfə doldurub boşaltmalıdır.
~Arının sizə yaxınlaşdığı zaman eşitdiyiniz səs onun qanadlarının dəqiqədə 11.400 dəfə çırpmasıdır.
~Bal arılarının 5 gözü var: başlarının yan tərəfində iki bitişik gözü var, üç tək gözləri isə başlarının üstündədir.
~Arıların beynində təxminən bir milyon sinir hüceyrəsi var.
~Bal arıları tozcuqların toplandığı çiçəkləri elektrik sahəsi ilə örtürlər ki, başqa arılar onlara yenidən baş çəkməsin.
~Hər pətəkdə ana arının ifraz etdiyi kimyəvi maddə var və bu maddə pətəkdəki bütün arılar tərəfindən tanınır.
~Arılar yatır.
~Bəzi arılar da var ki, ət yeyirlər.
~Arılar istiqamət tapmaq üçün Günəşdən kompas kimi istifadə edirlər.

Davamı var…




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.