Tarixdə bu gün

İlin 23-cü günü.

Mühüm hadisələr.

1920— Rusiyanın xarici işlər naziri G.V. Çiçerin ikinci notasında yenidən Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı: “Biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq”. Fətəli xan Xoyski fevralın 1-də Çiçerinə Azərbaycan hökumətinin rəsmi fikrini bildirib və onun təklifini rədd edib.

1992— ABŞ Azərbaycanın müstəqilliyini tanıyıb.

Doğum günləri:

1927— Məşhur rəqqas, Xalq artisti Böyükağa Məmmədov Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra 5 nömrəli peşə məktəbində oxumaqla yanaşı, həm də məktəbin rəqs kollektivində fəaliyyət göstərib. Burada rəqsin sirlərini yaşıdlarına öyrədib.
Həyatın ritmlərini xalq rəqsində tapan rəqqasın zəngin yaradıcılıq yolu vardır. 1955-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib, 1946-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olub. 1965-ci ildə respublikanın Xalq artisti adına layiq görülür. 1966-cı ildə Texniki və bədii yaradıcılıq evi, Y.Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri təyin edilib. 1971-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1951-ci ildə tələbə və gənclərin Berlin, 1953-cü ildə Varşava və 1957-ci ildə Moskvada keçirilən dünya festivallarının laureatı olub. O, 1960-cı ildən “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.
Azərbaycan rəqslərini Fransa, İsveçrə, İran, Əfqanıstan, Polşa, Almaniya, Macarıstan, ümumilikdə 123 ölkədə ləyaqətlə təmsil edən Böyükağa Məmmədov ömrünün 70 ilə yaxın böyük bir dövrünü bu sənətin inkişafına həsr edib.
O, bir sıra məşhur filmlərimizdə də rəqslərə quruluş verib. 1965-ci ildə lentə alınan “Arşın mal alan” filmində qadınların rəqsinə Əminə Dilbazi, kişilərin rəqsinə isə Böyükağa müəllim quruluş verib. Bundan əlavə, “Mən rəqs edəcəyəm” filmində Mahmud Esenbayevin ifa etdiyi məşhur “Naz eləmə” rəqsinin quruluşu da ona məxsus idi.
Böyükağa Məmmədov  16 Əməkdar artist, 2 SSRİ Xalq artisti, eyni zamanda 2 Azərbaycan  Azərbaycan  Xalq artisti yetişdirib.
17 yanvar 2017-ci ildə 90 yaşında vəfat etmişdir.

 1949 —  “Nəsimi” filmindəki Şəms rolunun  məşhur ifaçısı Almas Balabəy qızı Əsgərova Bakıda anadan olub.
Ə. Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. Burada tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur.
Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdan Azər Süleymanov  Almaza aktrisa olmağı məsləhət görür və tezliklə o, kinostudiyada Adil İsgəndərovun kursuna daxil olur.
“Nəsimi” filmindəki Şəms rolunun  məşhur ifaçısı Almas Balabəy qızı Əsgərova Bakıda anadan olub.
Ə. Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Uni
Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradır — “Qanun naminə”də” Salamatovun xanımı, “Mən ki, gözəl deyildim”də Elmira, “Ulduzlar sönmür”də Fatimə. Daha sonra “Bir cənub şəhərində” Solmaz, “Ürək… Ürək…”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi” filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayırdı. Lakin onun ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa “Tacikfilm”in Firdovsinin “Şahnamə”si əsasında çəkdiyi “Rüstəm və Söhrab” filmində baş rola çəkilir.
Nəhayət, Almaz kinoda ən yaddaqalan və son obrazına həyat verir – “Nəsimi” filmindəki Şəmsə. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi.
Həyat yoldaşının qəfil ölümü onu sarsıdır və sənətdən getməyə qərar verir. Milli Dram Teatrına dəvət edilsə də, bu təklifi qəbul etmir.
Almaz Əsgərova 1988-ci ilin avqust ayında vəfat edir.
Almazın bacısı Səmayə xatırlayır ki, Azərlə Almaz bir-birilərini əfsanəvi məhəbbətlə sevirdilər, yeganə övladları, İlham, hər ikisinin canı idi. Bütün çəkilişlərə bir yerdə gedirlərmiş. Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asarmış. Hər yerdə həmişə birlikdə olublar.
Lakin 1983-ci ildə Azərin Moskvada vəfat etməsi Almaz Əsgərovanı sarsıdır. O dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır.”

1979 —Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev anadan olmuşdur.
1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.
2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.
2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə “İlhamla İrəli” şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib.
2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb.
2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.
2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini almışdır.
2013-cü il 1 may – 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.
2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.
İngilis, ispan, rus və türk xarici dillərini bilir.
2017-ci il 1 iyun tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilmişdir.

1989 — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu İlham qızı Əliyeva Bakı şəhərində anadan olmuşdur.
1995-2006-cı illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb.
Arzu Əliyeva 2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub.
3 sentyabr 2011-ci ildə Arzu Əliyevanın toyu olub. O Rusiyada fəaliyyət göstərən Azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə ailə həyatı qurub.
9 may 2015-ci ildə Arzu Əliyevanın “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.
8 oktyabr 2015-ci ildə Arzu Əliyevanın “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.
22 yanvar 2016-cı ildə Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.
“Hədəf Bakıdır” sənədli filminin baş prodüseri Arzu Əliyevanın sözlərinə görə,”Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır.
“Əbədi ezamiyyət” filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı ilk sənədli film 2015-ci ilin may ayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və “National Geographic” kanalı ilə 26 ölkədə nümayiş olunub.

Vəfat etmişdir:

Azərbaycanın Əməkdar rəssamı, heykəltəraş Elmira Mehralı qızı Hüseynova 61 yaşında vəfat etmişdir.
Elmira 12 fevral 1933-cü ildə Bakı şəhərində Hüseynova anadan olmuşdur.
1954 – ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.
1960-cı ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir.
Heykəltəraşlığın məişət və portret janrlarında çalışırdı.
Onun “Kolxozçu qız”, “Fəhlə”, “Ailə” kompozisiyası, “Rəsul Rza”, “Cəfər Cabbarlı” (1966-cı ildə Sumqayıtda qoyulub), “Taxılçı”, “Qızımın portreti”, “Polşalı tələbə qız”, “Sevgi obrazı”, “Hər şey cəbhə üçün”, “Neftçilər”, “Əsmərin portreti”, “Rejissor Tofiq Kazımovun xatirəsinə”, “Akademik M.Cəfərovun portreti” və s. əsərləri Azərbaycan heykəltəraşlığına töhfələrdir və bu əsərlər plastik formaların lakonikliyi və kompozisiyanın orijinallığı ilə fərqlənir.
Hüseynova monumental heykəltəraşlıq sahəsində də fəaliyyət göstərib.
(Sumqayıtda C.Cabbarlının abidəsi – 1966; Bakıda ASE Baş redaksiyası binası qarşısında H.Zərdabinin abidəsi -1983).

2011 – Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935-2011) vəfat edib.
1935-ci ildə İçərişəhərdə doğulmuşdur. Atası Möhsün Sənani məşhur aktyor olub.
1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olub. Valid Sənani 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirib. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 1958-ci ildən 1967-ci ilədək radionun “Xəbərlər” baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib. Bu vəzifədə qalmaqla 1998-2001-ci illərdə AzTV-nin “Səhər” redaksiyasında redaktor, 2001-2005-ci illərdə «Lider» televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından ömrünün sonunadək “Space” televiziyasında redaktor işləyib.
Azərbaycan televiziyasının ilk futbol şərhçisidir. Bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifidir. Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.

Azərbaycanlı musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Redpublikasının Əməkdar müəllimi Nahidə-Leyla Səid Məmmədova 81 yaşında vəfat etmişdir.
Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir.
1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas müsiqi məktəbində müəllim işləmiş N.Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub. Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə Orta ixtisas musiqi məktəbi statusunu almış və onun məsləhəti ilə də N.Məmmədova bu təhsil ocağına direktor təyin olunmuşdur.
1972-ci ildən N.Məmmədova Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib. 1977-ci ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N.Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib. Bakı Musiqi Akademiyasında çalışan bir sıra dosent və müəllimlər də Naidə xanımın yetirmələridir.
N.Məmmədovanın təşəbbüsü və fəal iştirakı ilə 1989-cu ildə keçmiş SSRİ respublikaları arasında məhz Bakı Musiqi Akademiyasında “Xüsusi pedaqoji hazırlıq” tədris fənni açılaraq, ilk dəfə dövlət imtahanları keçirilməyə başlamışdır. 1990-1991-ci illərdə bu fənn üzrə dövlət imtahan komissiyasının sədri olmuşdur.
Nahidə xanım Azərbaycanda ilk dəfə olaraq “Fortepiano sinfi üzrə Proqram (I-XI siniflər)” dərsliyini hazırlamış, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqi kafedrasının açılmasının təşəbbüskarı olmuş və burada tədris edilən ilk dərsliyin redaktoru olmuş, həmçinin müxtəlif vaxtlarda burada keçirilən elmi konfranslarda da uğurla çıxış etmişdir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev, Sevil Əliyeva və digər tanınmış şəxslər də vaxtilə MTN-in orta ixtisas musiqi məktəbində Nahidə xanımın sinfində oxumuşlar. N.Məmmədova Milli Təhlükəsizlik Nazirliyinin, eyni zamanda ölkənin müvafiq təhsil ocaqlarının professor-müəllim heyətinin dərin hörmət və rəğbətini qazanmışdır.
Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın nəticəsidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!