Tarixdə bu gün

İlin 184-cü (uzun illərdə 185-ci) günü

Mühüm hadisələr:

1243 – Kösədağ döyüşündə monqollar Səlcuqlara qalib gəldi.

1250 – Fransa IX Louis VII  Xaçlılar müharibsində Məmluk sultan Baibartəərfindən əsir götürülmüşdür.

1932 – Türkiyə ilə Fransa arasında Antalyada hərbi müqavilə imzalandı. Razılaşmaya görə Türkiyə Hatayı geri almışdır.

1962 – Əlcəzair müstəqilliyini elan etmişdir.

1988 – ABŞ     Fars körfəzində  İranın sərnişin   təyyarəsin (Air Flight 655) üstə vurmuş,  290 nəfər həlak olmuşdur.

Doğuml günləri:

1940 – Görkəmli  Azərbaycan pianoçusu, Xalq artisti  Zöhrab Adıgözəlzadə Bakı şəhərində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1962-1963-cü illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında stajorluq (professor Y.V.Flieranın sinfi) keçmişdir. R.Korsakov adına Leninqrad Konservatoriyasının aspiranturasında (professor P.A.Serebryakovun sinfi) təhsilini davam etdirib (1966-1970).

1962-ci ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb.

Z.Adıgözəlzadə Azərbaycanda və bir çox xarici ölkələrdə solo konsert fəaliyyəti göstərib, Azərbaycanın bir sıra bəstəkarlarının – F.Əmirovun, A.Məlikovun, A.Əlizadənin, S.İbrahimovanın, C.Hacıyevin əsərlərinin ilk ifaçısı olub. Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət 2 plastinkanın müəllifidir.

Bir sıra metodik işləri – “F.Əmirovun fortepiano miniatürləri”, “F.Əmirovun fortepiano əsərləri toplusunun metodik təhlili” və s., bir sıra məqalə və resenziyaları çap olunmuşdur.

Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın Əməkdar artisti, 1981-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib.

1984 – Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva Moskva şəhərində İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur.

1989-2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Politologiya fakültəsində Dünya siyasəti üzrə magistr təhsili alıb.

30 aprel 2006-cı ildə “Crocus Group” kampaniyasının vitse-prezidenti və musiqiçi Emin Ağalarov ilə ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyət ilə məşğul olmaqa başlayıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir.

19 dekabr 2007-ci ildə Rusiyada “Baku” jurnalını təsis edir və həmin jurnalında Baş redaktoru olur.

8 may 2008-ci ildə “Xocalıya Ədalət!” kampaniyasını başlayır. 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır. 18 aprel 2009-cu ildə Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.

2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin İyul ayında Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

5 aprel 2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə mükafatlandırılıb. 1 oktyabr 2013-cü ildə 3-cü dərəcəli “Müqəddəs mələksima knyaqina Olqa” ordeni ilə 20 dekabr 2013-cü ildə isə “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

Vəfat etmişdir:

1938  — Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri Əhməd bəy Pepinov 44 yaşında vəfat etmişdir.

Əhməd bəy Pepinov 1893-cü ildə Axalsıx qəzasının Bolojur kəndində Ömər ağa Pepinovun ailəsində doğulmuşdur.

1913-cü ildə Moskva Dövlət Universtitetinin Hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində “Azərbaycan Həmyerlilər Təşkilatı”nın rəhbərlərindən biri olmuş, “Axalkələkli Əhməd Cövdət” imzası ilə “Açıq söz” qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi “Azərbaycan etnoqrafik konsert gecələri”ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir.

1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir.

Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri Məhəmməd Əmin Rəsulzadə idi) seçilmişdir. Lakin “Hümmət” partiyasının üzvü kimi, müəyyən siyasi və iqtisadi məsələlərdə Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cumhuriyyətin isə sayca beşinci hökumət kabinəsində (24.12.1919–30.03.1920) Pepinov əmək və əkinçilik naziri idi. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cumhuriyyət dövründə Bakıda təntənəli “Türk gecələri” konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır.

İşğalçı XI Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. İyirminci illərin dövrü mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur omuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir.

3 iyul 1938-ci ildə repressiyaya məruz qalaraq güllələnmişdir.

Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva evlənmiş, Sevda Pepinova adlı uşağı olmuşdur.

1992 – Azərbaycanın Milli Qəhrəmanın Koroğlu Rəhimov vətən uörunda döyüşlərdə həlak olmuşdur.

Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur.

1960-cı ildə Yaqublu kənd orta məktəbinə getmişdir.

1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşdur.

1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır.

Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 aprel “N” saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başladı. 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzdi. Onlar 15 erməni yaraqlısını məhv edərək xeyli silah sursat ələ keçirmişdilər. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv etmişdi. 14 iyunda isə cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizləndi. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv etdi, xeyli silah sursat ələ keçirdilər. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi. Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak etmişdir. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak omuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixdə 203 nömrəli fərmanına əsasən  leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür .

Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş və bu küçədə onun büstü qoyulmuşdur.

Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li Körpələr evi -uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.

Tarixi gün və bayramlar:

İlk dəfə1999-ci ildə Fransanın paytaxtı Parisdə qeyd olunan Qonşular Günü 2014-ci ildən etibarən də Avropanın bir çox yerlərində, həmçinin Azərbaycanda da qeyd olunmağa başlamışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!