Maraqlı məlumatlar

6 iyul 1990-ci ildən başlayaraq Dünya Öpüş Günü qeyd edilir. ABŞ-ın bir çox mütəxəssislərinə görə, öpüşmək immunitet sistemini qüvvətləndirir, daxili dincliyi artırır və yaşlanmağı ləngidir.
Almaniyada maraqlı araşdırma aparmışlar. Məlum olmuşdur ki, bu ölkədə hər on adamdan biri öpməyi sevmir. Ebberfeld adlı bir alim belə şəxslərin öpüşərkən üzünə, ağzına tüpürcək düşməsi və ya öpüşün cinsi təsirindən narahat olduqlarını qeyd etmişdir. Bəzi mədəniyyətlərdə necə öpüşmə qaydaları da fərqli-fərqlidir. Bəzi ölkələrdə burun-buruna vermək və ya kirpikləri qırpışdırma öpüş hesab edilir. Qrelandiya adasında yaşayan inuit və Yeni Zellandiyada yaşayan maorilər öpmək yerinə burunlarını bir-birinə sürtüp, yanaqlarını qoxulayırlar.

Öpüşlə əlaqədar 10 maraqlı məlumat
1. Dünya öpüşmə rekordunu 58 saat 35 dəqiqə 58 saniyə ilə taylandlı bir cütlük əldə etmişdir. Onlar özlərindən əvvəlki göstəricini təzələmək üçün yemək yeyərkən, su içərkən, hətta çəxsi gigiyenaya ayrıldıqlarında belə, dodaqlarını bir-birindən ayırmadı.
2. Normal bir öpüş ilə dəqiqədə 6,4 kalori yandırmaq mümkündür. Buna görə öpüş rekordunu təzələyən Taylanddan olan cütlüyün enerjisi təxminən 24 min 120 kalori kimi hesablanmışdır.
3. Ancaq öpüşmək hər mədəniyyətdə xoş qarşılanmır. Hətta “azadlıqlar ölkəsi” Amerikada belə … Məsələn, Konnektikut və Miçiqanda bazar günləri qadınların öpülməsi qadağandır. Marylandda isə ictimai yerlərdə bir saniyədən uzun öpüşlər qanuna ziddir.
4. Fransızlar və italyanlar gündə, orta hesabla, 7 dəfə öpüşərkən, almanlar gündə dörd dəfə öpüşür.
5. Öpüşmənin də elmi var: filematologiya. Filematologiyanın etdiyi araşdırmalara görə öpüşərkən insanların üçdə ikisi başını sağ tərəfə meyilli edirlər.
6. Öpüşmək immunitet sistemini gücləndirir, tüpürcək istehsalını artıraraq diş kariyesinin meydana gəlməsini ləngidir.
7. Öpüşmək fərqi mədəniyyətlərdə fərqli mənalara gəlir. Məsələn, Yaponiyada öpüşmək yalnız cinsi yaxınlıqda edilərkən, fransızlar salamlaşmaq üçün bir-birlərinin yanaqlarındana üç öpüş ğötürürləp.
8. Öpüşmək əslində instiktiv bir hərəkətdir və heç də yalnız insanlara xas deyildir. Primatlar, qazlar, hətta hortumlarını birlərinin ağzına aparmaq yolu ilə fillər də öpüşür.
9. Öpüşmək 100 milyard sinir hüceyrəsini xəbərdar edir: xoşbəxtlik hormonu və adrenalin ifraz olunmasına gətirib çıxarır. Ürək döyüntülərini sürətləndirib, qan təzyiqi və bədən istiliyini yüksəldir.
10. Öpüşmə zamanı 60 milliqram maye, 0,5 milliqram zülal, 0,15 milliqram ifrazat maddəsi, 0,4 milliqram duz və təxminən 22 min bakteriya mübadiləsi edilir.

Qeyd: Türkcədən tərcümə




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.