Poeziya buketi, nəğmə şələngi

Azərbaycanın estrada, muğam və opera müğənnisi, aktrisa, Xalq artisti Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur.
Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış etmişdir. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirmişdir.
Yaradıcılığında klassik opera (nümunə üçün “Qaynana” filmində Sevil operasından Dilbərin Ariyası), milli opera (1965-ci ildə Leyli və Məcnun” operasında Leyli), xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı Sənətkar, Azərbaycan Estrada janrının üç banisindən biridir (Rəşid Behbudov, Mirzə Babayev və Flora Kərimova).
İlk bəstəkarı şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova olmuşdur.
Azərbaycan Dövlət Opera və Balet Teatrında (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyov) çıxış etmiş (1966), “Qanun naminə” (1968) bədii filmində çəkilmişdir.Flora Kərimova dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Flora Kərimova nəinki 4-cü oktavada vokaliz etməklə yanaşı , hətta bu yüksək notlarda oxuya da bilir. Onun səsi 4 oktavanı bütövlükdə əhatə edir (Kontraalt, Mezzo-soprano, Soprano, Koloratur soprano) və bundan əlavə o, həmçinin, muğam ifa edir.

Qırmızı, yaşıl, sarı

Sözləri: Adil Rəsul
Musiqisi: İsrail Kərimov

Axşam düşəndə yanar,
Şəhər nura boyanar,
Küçələrdən boylanar,
Qırmızı, yaşıl, sarı,
Bakının işıqları.

Nə gözəldir, qəşəngdir,
Bakımıza çələngdir.
Nurdan dəstə çiçəkdir
Qırmızı, yaşıl, sarı,
Bakının işıqları.

Sübhə qədər oyaqdır,
Elə bil ki, mayakdır.
Min gözlü çılçıraqdır
Qırmızı, yaşıl, sarı,
Bakının işıqları.

Səhnəyə gəlişi bahar kimi idi…
Özü isə gülümsəyən bir qız idi – saçları küləkli Bakı axşamına bənzərdi…
Sonra bu qız səsi ilə zamanın özünü yandırdı.
Ondan sonra səhnəyə çıxanlar bu səslə yarışmadılar — ruhla yarışdılar.
Onun adı Flora oldu…
Amma bizim üçün həmişə bir az da Züleyxa kimi qaldı…

Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!

Bu baxışda musiqi var… Hələ gənc idi…Amma baxışlarında bir sevgi pıçıltısı, gülümsəməsində bir qəlb  dərinliyi vardı. O sanki oxumamışdan əvvəl də danışırdı — səssizliyin içində dəruni hisslərin səsi idi. Sonra səsi qırmızıya, sarıya, yaşıla bələnib bir Bakı dolu, bir Azərbaycan dolu ürəkləri  işıqlandırdı. Qırmızı, yaşıl, sari…

Züleyxatək durdu – səssiz, gurultulu zamanların içində.Qadın kimi susdu, sənətkr kimi danışdı.Danışdıqca… bir millət onu dinlədi.

Flora Kərimova – nə təkcə bir səs, nə təkcə bir sima… O, Azərbaycanın musiqi İncisidir.

#ZəmanəmizinZüleyxası   #FloraKərimova   #AnaVəUşaq        #UnudulmazSəslər   #QadınlarDanışanda

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!