Tarixdə bu gün

İlin 196-cı (uzun illərdə 197-ci) günü.

Mühüm hadisələr:

1983 — ASALA-nın “Türk hava Yollarnı”nın Paris bürosuna terror hücumu nəticəsində 7 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

2009 — Tehran-İrəvan reysini həyata keçirən təyyarənin qəzaya uğraması 168 nəfərin həyatına son qoyub.

2016 – Türkiyədə  terror aktları ilə yanaşı, anti-terror əməliyyatları ilə tarixə düşdü.

Doğum günləri:

1606 – Məşhur holland rəssam Rembrandt anadan olub.

1915 — Azərbaycanın opera müğənnisi (bariton), Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə Bakının Kürdəxanı kəndində anadan olmuşdur.

Yeniyetmə yaşlarından bədii özfəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyovun qəhrəmanları Əsgərin (“Arşın mal alan”) və Sərvərin (“O olmasın, bu olsun”) ariyalarını oxuyub, klassik dünya operalarına maraq göstərib.

1938-1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil alıb. Oradan qayıdaraq opera teatrının truppasına qəbul olunub.

Ağababa Bünyadzadə Opera və Balet Teatrında 1967-ci ildə Müslüm bəy Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb.

1915— Tanınmış heykəltəraş, Xalq rəssamı Cəlal Məhərrəm oğlu Qaryağdı  Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan Rəssamlıq Texnikumunda (1928-1932) və Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) oxumuşdur. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltəraşlığın müxtəlif janrlarında əsərləri var.

Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir.

Cəlal Qaryağdı Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə, həmçinin medallarla təltif edilmişdir.

1925 — Xalq artisti müğənni, lirik tenor, pianoçu, pedaqoq Rauf İsrafil oğlu Atakişiyev anadan oluşdur.

Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.

Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş “Arşın mal alan” filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir..

3 bevral 1994-cü ildə 68 yaşında vəfat etmişdir.

1926 – Xalq artisti, aktrisa Sədayə İsmayıl qızı Mustafayeva Şəkidə anadan olub.

5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Eyni zamanda  Şəki Dövlət Dram Teatrına aktrisa kimi  fəaliyyət göstərmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır.

Xalq artisti S.Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilmişdir. “Qanun naminə” Xatun, “Mən ki gözəl deyildim”də Gözəl, “Şərikli çörək”də Şamama, “Qaynana”da Mülayim, “Ölsəm bağışla”da Suğra xala, “Ağ atlı oğlan”da Mirvari nənə, “Həm ziyarət, həm ticarət”də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi “İlk körpü” filmində Əsmər və s. filimlərini misal göstərmək olar. 1958-ci ildə respublikanın əməkdar artisti, 1981-ci ildə isə xalq artisti fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülmüşdür.

2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat etmişdir.

1930 — Xalq artisti,  “Şöhrət” ordenli bəstəkar Azər Hüseyn oğlu Rzayev Bakı şəhərində Hüseyn Rzayevin və məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb.

İlk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor S.Bretanitskinin sinfində almışdır. Daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranı 2 ixtisas üzrə – bəstəkarlıq üzrə professor B.Zeydmanın və skripka üzrə professor A.Amitonun sinfini bitirmişdir. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayətçi kimi fəaliyyətə başlayıb.

Azər Rzayev 14 dekabr 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

A.Rzayev bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınmışdır. 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuşdur.

1965 ci ildə M.Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər, 1972-1987-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında direktor olmuşdur.

Bəstəkarın yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur. O, skripka ilə simfonik orkest üçün 3 Konsertin, 6 poemanın, o cümlədən “Həyat vurğunu”, “Nəsimi”, “Atamın xatirəsinə” poemalarının, “Bakı-90” simfoniyasının, skripka ilə orkestr üçün “Fədai-Vətən”, violonçel və simfonik orkestr üçün “Poema-konsert”-in, tar və simfonik orkestri üçün “Düşüncə” və “Qaytağı”, fortepiano və simfonik orkestr üçün Konsertin, habelə “Hacı Kərimin Aya səyahəti” adlı bir operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara yazılmış musiqilərin müəllifidir.

1970 — Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədov Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur.

Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi.

Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir.

O, 1992-cı il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

1998— Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi Xudayar Müslüm oğlu Yusifzadə Bərdə şəhərində anadan olmuşdur.
Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır.
Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Kursdan keçdikdən sonra “kiçik gizir” hərbi rütbəsi almışdır.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmişdir. Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Xudayar Yusifzadə ölümündən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Vəfat etmişdir:

1904 – Rus yazıçı Anton Çexov 44 yaşında vəfat edib.

Antоn Pavloviç Çeхоv 29 yanvar 1860-cı ildə anadan olub. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tоlstоy Çeхоvun yaradıcılığı haqqında belə deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.

Çeхоv dramaturq kimi də klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. Antоn Pavlоviç Çeхоv iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb.

2003– Tanınmış yazıçı, ədəbiyyatşünas alim , tərcüməçi, Əməkdar mədəniyyət işçisi Altay Yusif oğlu Məmmədov 73 yaşında vəfat etmişdir.

Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirdikdən sonra –1949 1954-cü illərdə H.Zərdabi adına Pedaqoji İnstitutun Dil-ədəbiyyat fakültəsində təhsil almışdır. Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır.

Tələbəlik dövründə “Kirovabad fəhləsi” qəzeti redaksiyasında korrektor, “Gəncə kommunisti” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır .

Ədəbi fəaliyyətə 1950-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Fəhləlikdən alimliyə” adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından “Kirovabad kommunisti” qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti olmuşdur. Nizami poeziya teatrının bədii rəhbəri və tamaşaların müəllifidir.

Onun “Həmyerlilər”, “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib.

2016 – Cəsur türk hərbçisi, Xüsusi Təyinatlı Qüvvələr komandan Ömər Xalisdəmir Türkiyədə hərbi çevrilişə cəhd zamanı lığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürmüş və ardınca çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən vurularaq şəhid olmuşdur. Bu hadisə baş verən zaman ona “vur” əmri Xüsusi Təyinatlı Qüvvələr komandanı Zekai Aksakallı tərəfindən verilmişdir.

Ömər Xalisdəmir 20 fevral 1974-cü ildə Niğdədə anadan olmuşdur.Türkiyə Silahlı Qüvvələrinin tərkibində həm ölkə daxilində, həm də xaricdə bir çox əməliyyatlarda uğurla iştirak etmişdir. Atası Həsən Hüseyn Xalisdəmirin dediyinə görə, 2016-cı ildə baş verən hadisələr zamanı öldürdüyü Semih Tərzi ilə birlikdə əvvəllər Əfqanıstanda xidmət edib.

Elifnur və Doğan Ertuğrul adında iki övladı yadigar qalmışdır.

1916— Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Dəstəsinin xanım polisi Demet Sezən  2016-cı il 15 iyul gecəsi  FETÖ hainlərinin Türkiyəyə etdiyi hücum (işğal) zamanı qəhrəmancasına şəhid olub.

Demet Sezən 1985-ci ildə Türkiyənin paytaxtı Ankara şəhəri Qırığxan ilçəsində anadan olub. Demet Sezən 2016-cı il 15 iyul gecəsi, FETÖ hainlərinin Türkiyəyə etdiyi hücum (işğal) zamanı, Ankara şəhərinin Gölbaşı ilçəsinin Baş Polis İdarəsində idi. Hainlərin, həmin idarəni F16 qırıcılarından bombalaması nəticəsində, Demet Sezən özündən başqa 70 nəfər ilə birgə şəhid oldu.

Demet Sezən ailəli idi, bir oğlu yadigar qaldı.

Demet Sezənin xatirəsinə Ankara şəhərində yerləşən imam-hatip məktəblərinin birinə məhz onun, adı verilib.

Demet Sezənin xatirəsinə Ankara şəhərinin Ataqum ilçəsində yerləşən bağçaların birinə məhz onun, adı verilib.

1916 — Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Dəstəsinin şöbə müdiri olan Dursun Acar 2016-cı il iyulun 15-dən 16-na ötən gecə Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı qəhrəmancasına şəhid olub.

Dursun Acar 26 may 1972-ci ildə Artvin ilinin Yusufəli qəsəbəsində anadan olub.

Dursun Acar ailəli idi, 2 qız övladı yadigar qalıb.

Dursun Acar, Fəthullahçı Terror Təşкilatının (FETÖ) 2016-cı il iyulun 15-dən 16-na ötən gecə Türkiyədə reallaşdırmağa cəhd etdiyi dövlət çevrilişi zamanı, Ankara şəhərinin Gölbaşı ilçəsində yerləşən Baş Polis İdarəsində idi. Həmin gecə saat 02.20 radələrində vətən xaini Mustafa Azimetlinin pilotu olduğu F16 qırıcısından, həmin idarəyə atılan bomba nəticəsində Dursun Acar, özündən başqa 49 nəfərlə birgə şəhid oldu.

Dursun Acar, doğulduğu Artvin ilinin Yusufəli qəsəbəsində dəfn olunub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!