Tarixdə bu gün

İlin 204-cü (uzun illərdə 205-ci) günü

1882 — Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general Kazım Qarabəkir Paşa İstanbulda Məhməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlmişdir. Onun ata tərəfdən kökləri oğuz türklərinin Əfşar tayfasına gedib çıxır. s

1902-ci ildə Hərbiyyə məktəbindən, 1905-ci ldə “Məktəbi- Erkani Hərbiyyə”dən məzun olub.

Kazım Qarabəkir Paşa Atatürkün yaxın silahdaşlarından biri olmuşdur. Ali hərbi təhsil aldıqdan sonra (1912- 1913) Birinci dünya müharibəsində iştirak etmişdir (1914-1918). Hərbi sahədəki xidmətlərinə görə 1918- ci ildə diviziya generalı, sonra ordu generalı rütbəsinədək yüksəlmiş, “paşa”fəxri tituluna layiq görülmüşdür.
Kazım Qarabəkir Paşa Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində mühüm xidmətlər göstərmişdir. Həmin ərazilərin müdafiəsi Osmanlı ordusunun onun komandanlıq etdiyi I Qafqaz korpusuna həvalə olunmuşdu. Kazım Karabəkir Paşa Türkiyənin istiqlal savaşında (1918-1923) fəal iştirak etmiş, Şərq cəbhəsinin komandanı kimi bir sıra əzəli türk torpaqlarının geri qaytarılmasında, ermənilərin sülh bağlamağa məcbur etməsində əvəzsiz xidmətlərinə görə “İstiqlal ordeni”nə layiq görülmüşdür. Azərbaycanda baş verən hadisələrlə daim yaxından maraqlanmış, Qars konfransında (1921) iştirak etmişdir. Naxçıvanın mədəni həyatında yaxından iştirak edən Kazım Karabəkir Paşa şəhərdə teatrın fəaliyyətini bərpa etmiş, Naxçıvan teatrında türk yazıçılarının dram əsərlərini tamaşaya qoymuş, tədris müəssisələri açmış, məktəblər üçün Türkiyədən çoxlu sayda dərsliklər gətirtmişdir. Hərbi vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verən və nizami ordu quruculuğunun vacibliyini nəzərə alan Kazım Qarabəkir Paşa bu işi öyrənmək üçün bir qrup gənci Türkiyə məktəblərinə oxumağa göndərmişdir. I Dünya müharibəsinin sonunda Osmanlı Şərqi ordusunun baş komandanı vəzifəsini tutmuşdur. 1946-ci ildən 1948-ci ildəki vəfatına qədər Türkiyə Böyük Millət Məclisinin sədri olmuşdur.

Kazım Qarabəkir  Paşa 26 yanvar 1948-ci ildə 56 yaşında vəfat etmişdir.

Kazım Qarabəkir Paşaya minnətdarlıq əlaməti olaraq Naxçıvanda onun adına məscid tikilmiş, generalın qızı Timsal Qarabəkir 1999-cu ilin, 13 oktyabrında bu məscidin açılışında iştirak etmişdir.

1883 — Ədəbiyyatsunas, publisist, tənqidçi,pedaqoq Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) Gəncədə anadan olmuşdur.

İlk təhsilini Gəncədəki Xeyriyyə məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899—cu uldə təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır.

1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır.

İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.

O, Qafqazın müxtəlif mətbuat orqanlarına  “A.Sur”, “Məhəmmədzadə”, “Qafqasiyalı”, “A.Tofiq”, “Gəncəli”, “Abdulla Məhəmmədzadə”, “Bir Adam” və başqa imzalarla məqalələr yazmışdır. “Şərqi-Rus” bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirir, eyni zamanda “Həyat” və “İrşad” qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazmıdır.

Abdulla Sur 1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişmiş və Gəncə Səbiskar qəbiristanlığıda dəfn olunmuşdur.

1916 — Azərbaycan Xalq rəssamı, Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı Maral Rəhmanzadə Bakı şəhərində anadan olmuşdur.

1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934-1940-cı illırdə Moskva Rəssamlıq İnstitutunda oxumuşdur.

1940-cı ildə Moskva Rəssamlıq İnstitutunda təhsilini başa vurub, Bakıya qayıdan gənc rəssamın elə həmin ildən yaratdığı tablolarla Azərbaycanı vəsf etməkdədir. “Mənim bacılarım”da, “Bizim qızlar”da Azərbaycanın bütün qadınlarının obraz payları var. “Doğma Vətənim”, “Azərbaycan” və s tablolar belə nümunələrdəndir.

Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, 1940, “Qadınlar müharibə illərində”, 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır.

Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Bir sıra xarici ölkələrdə olmuş, həmin ölkələrin həyatından silsilə qravüralar yaratmışdır (“Çexoslovakiyada”, 1959-1960).

Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilmişdir. Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmişdir.

2008-ci il mart ayının 16-da vəfat etmiş və Mərdəkan qəbristanlığında torpağa tapşırılmışdır.

M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.

1927 — Azərbaycanın Əməkdar rəssamı Hafiz Əliabbas oğlu Zeynalov Bakıda anadan olmuşdur.

1942–1945-ci il­lər­də Ə.Əzim­za­də adı­na Azər­bay­can Döv­lət Rəs­sam­lıq Mək­tə­bin­də təh­sil almışdır. 1947–1953-cü il­lər­də Sankt-Pe­ter­burq­da İ.E.Re­pin adı­na Rəs­sam­lıq, Hey­kəl­tə­raş­lıq və Me­mar­lıq İns­ti­tu­tun­da oxu­muşdur.
1954-cü il­də ilk də­fə ola­raq Ümu­mit­ti­faq rəs­sam­lıq sər­gi­sin­də – Tret­ya­kov Qa­le­re­ya­sın­da iş­ti­rak etmiş, elə hə­min il SSRİ Rəs­sam­lar İt­ti­fa­qı­nın üzv­lü­yü­nə qə­bul olu­nmuşdur.

O, 1956-cı il­də Ümu­mit­ti­faq və Cə­nu­bi Qaf­qaz res­pub­li­ka­la­rı, ADR, MƏR, Əl­cə­za­ir­də­ki sər­gi­lər­də iş­ti­rak etmişdir. 1982-ci il­də Ba­kı­da, 1983-cü ilin may ayın­da Mər­də­kan­da, hə­min ilin iyul ayın­da Sum­qa­yıt şə­hə­rin­də, 1988-ci il­də ye­nə də Ba­kı­da fər­di ya­ra­dı­cı­lıq sər­gi­lə­ri ke­çi­ri­lmişdir..
Rəs­sa­mın “Şir­van­şah­lar sa­ra­yı”, “İçə­ri Şə­hər”, “Hü­seyn Ca­vid və Mi­ka­yıl Müş­fiq”, “Mir­zə Fə­tə­li Axun­dov”, “Mə­həm­məd Fü­zu­li” əsər­lə­ri  əsl sənət ba­xım­dan çox əhə­miy­yət­li­dir.

1941 – Xalq artisti Flora Ələkbər qızı Kərimova Bakıda anadan olmuşdur.

1964–cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildə  Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası ( nümunə üçün “Qayınana” filmində “Dilbərin” ariyası , “Sular qızı” romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun ” Leyli və Məcnun ” operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet estradası ) janrlarının ustad ifaçısı və  klassik art-estrada janrının  Azərbaycanda banisidir.

Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün “Afət” operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında Leyli kimi çıxış edib.

“Qanun naminə” (1968) bədii filmində çəkilib.

Vəfat etmişdir:

1977 — Əməkdar artist Əminə Abbas qızı Nağıyeva (Sultanova) Bakıda vəfat etmişdir.

Əminə Nağıyeva 26 mart 1919-cu ildə doğulmuşdur,

Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini “Sultanova” soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.

1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”ində Böyükxanım, Sabit Rəhmanın “Xoşbəxtlər” tamaşasında Maralı (1941) misal göstərmək olar.

1935 — Dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri, AXC-nin birinci və ikinci hökumət kabinetlərində ilk Yollar, Poçt və Teleqraf Naziri Xudadat bəy Məlik-Aslanov 56 yaşında sürgündə ömrünü başa vurmuşdur.

Xudadat bəy Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi.

1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi.

Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı.

Xudadat bəy Məlik-Aslanov 1920-ci ilin 27–28 Aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi olmasına baxmayaraq, Azərbaycan SSR-ə lazım olan dəyərli bir mütəxəssis kimi öz ixtisası üzrə rəhbər  və sair vəzifələrdə çalışmışdı.

Xudadat bəy 1930-cu ilin əvvəlində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (XDİK) Dövlət Siyasi İdarəsi tərəfindən müxtəlif əsassız ittihamlarla həbs olundu.

Onu sovet hakimiyyətini devirməyi qarşısına məqsəd qoymuş “Azərbaycan Milli Mərkəzi” gizli millətçi təşkilatı ilə əlaqədə və ona üzv olmaqla günahlandırırdılar.
1930-cu il sentyabrın 30-da Azərbaycan SSR DSİ Kollegiyasının Bakıda keçən məhkəmə iclasında 14 nəfərinə 10 il iş verilmiş, 12 nəfərə isə güllələnmə kəsilmişdi. On il iş alanlar arasında Xudadat bəy Məlik-Aslanov da var idi. Lakin 1932-ci il fevralın 2-də Tiflisdə Zaqafqaziya DSİ-nin Kollegiya Məhkəməsinin iclasında “Azərbaycan Milli Mərkəzi”nin “işi”nə yenidən baxılmışdı. Bu dəfə cəzaların müddətində dəyişiklik olunmuş və Xudadat bəy Məlik-Aslanovun cəzası 10 ildən 5 ilə endirilmişdi.
1933-cü ilin iyulunda həbsdən azad olunan Xudadat bəy sentyabrın 1-dən Azərbaycan Nəqliyyat İnstitutunda Dəmiryolu nəqliyyatı kafedrasına və Azərbaycan İnşaat İnstitutunda İnşaat işinin təşkili kafedrasına rəhbərlik etmişdi. Texnika elmləri sahəsində ilk azərbaycanlı professorlardan biri olan Xudadat bəy Məlik-Aslanov müxtəlif ali məktəblərə dəvət alaraq həmin ali təhsil ocaqlarıbda mühazirələr oxumuşdur. O, 70-dən çox elmi məqalə, o cümlədən dəmir yol nəqliyyatına aid 3 monoqrafiyanın müəllifi idi.

Xudadat bəy Məlik-Aslanov 1934-cü ilin avqustunda yenidən əsassız ittihamlarla həbs edilmiş və bu dəfə SSRİ-nin uzaq Sibirdəki xüsusi cəza müəssisələrindən birinə göndərilmişdi. Xudadat bəy Məlik-Aslanov 1935-ci il iyulun 23-də Sibirdə həbs düşərgələrindən birində vəfat etmişdi. Bu zaman onun cəmi 56 yaşı vardı. Ona yalnız 1959-cu ildə bəraət verilmişdi.

1898 – Xalq artisti İsmayıl Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində doğulub.

Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirib.

1919-cu ildə İsmayıl Talıblını yenicə yaranmış Hökumət Teatrosuna (hazırki Akademik Milli Dram Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara səhnə ömrü verib.

Amplua baxımından yaradıcılığını sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə, dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib. Bu kollektiv altı aydan sonra Bakı Türk İşçi və kəndli Teatrı adlanıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın aktyor ansamblma uyuşa bilib. Ona birbirinin ardınca sanballı rollar tapşırılıb.

İsmayıl Talıblı ömrünün sonunadək Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. Hətta 1942–1943-cü illərdə teatrda direktor da olub.

İsmayıl Talıblı Gəncə teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb.

Milli səhnə sənəti tariximizə teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin yaradıcı işi “Onu bağışlamaq olarını?” filmində Mirzə Veysəl roludur.

İsmayıl Talıblı teatrda işləməklə yanaşı, Gəncə alimlər evində dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.

Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.

1973 — Məşhur Azərbaycan yazıçısı Məsud Əlioğlu Vəliyev 44 yaşında vəfat etmişdir.

Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib.

1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında “Nəsrimizdə vətəndaş müharibəsi mövzusu” adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında “Azərbaycan sovet nəsrinin inkişaf yolları” mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.

100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir.

Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental “Hüseyn Cavid” monoqrafiyasının müəllifidir.

 2011 — Məşhur muğam ustadı, Əməkdar artisti Sabir Nüsrət oğlu Mirzəyev 68 yaşında vəfat etmişdir.

Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S.Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, “Azərkonsert” birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət etmişd

Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S.Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir.

Onun ifa etdiyi “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşıqəm” xalq mahnıları, “Cahargah” və “Rast” muğamları qızıl fondunda saxlanılır.

O, Prezident təqaüdçüsü idi.

2020 — Azərbaycanlı aktrisa və pianoçu Tamilla Səid qızı Rüstəmova Moskvada vəfat etmişdir.

Tamilla xanım “Böyük dayaq” filmindəki Maya obrazı ilə könüllərə həkk olunmuşdur.

Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun  Fortepiano  ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya bacı rollarıdır.

Moskva şəhərində dəfn edilib.

Filmoqrafiya

“Böyük dayaq” (film, 1962) — rol: Maya

“Ulduz” (film, 1964) — rol: Ulduz

“Zirvə” (1964) — rol: Sevda

“Axırıncı aşırım” (film, 1971) (tammetrajlı bədii film)-rol: Növrəstə

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!