Tarixdə bu gün

İlin 210-cu (uzun illərdə 211-ci) günü.

İlin sonuna kimi 155 gün qalır.

Mühüm hadisələr:

2015 — “Microsoft” öz yeni əməliyyat sistemi – ” Windows 10”-u təqdim edib.

Doğum günləri:

 1864 — Görkəmli maarifçi, Həbib bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov Şamaxı şəhərində anadan olmuşdur. Səkkiz yaşında ikən Həbib bəy Şamaxının məhəllə məktəblərindən katib Mirzə Hüseyn adlı bir molla məktəbində oxuyur, daha sonra təhsilini Şamaxının şəhər məktəbində .davam etdirir.

1872-ci il zəlzələsində şəhər məktəbinin binası dağılır və Həbib bəy Bakıya gələrək real məktəbə daxil olur. Bu məktəbdə altıncı sinifədək oxuduqdan sonra 1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə Tiflisə gedərək oradakı Aleksandrov Müəllimlır İnstitutuna girir. 1887-ci ildə həmin institutu bitirərək yenə də Sultanməcid Qənizadə ilə bir yerdə Bakıya dönür və elə həmin il onlar ilk özəl rus müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olur və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirir. Qısa müddətdə həmin məktəb məşhurlaşır və 1891-ci ildə dövlət təminatına keçirilir. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayılır.

1896-cı ildə Həbib bəy Mahmudbəyov S. M. Qənizadə, İ. Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil etdi.

1917-ci il oktyabr çevrilişinədək H. Mahmudbəyov böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olub, Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak edib.

Azərbaycanda sovet işğal rejimi qurulduqdan(1920 il 28 aprel) sonra H. Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var. Uzun müddət müəllim, məktəb direktoru işləyib.

Həbib bəy teatr həvəskarı idi. O, teatr truppasına rəhbərlik edirdi.  1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin təşkil etdikləri tamşalar  getdikcə teatra marağı güclədirirdi. 

Həbib bəy Mahmudbəyovun adı “Azərbaycan teatr tarixi” kitabına düşüb. Kitabda qeyd olunur ki, o dövrdə Azərbaycanda peşəkar teatr aktyorları da yetişmişdir ki, bunlardan Cahangir Zeynalovu, Əbülfət Vəlini və başqalarını göstərmək olar. Kitabda Həbib bəy Mahmudbəyov, Ağa Kərim Şərifov, Əsgər ağa Gorani, Qaflan Muradov, Sultan Məcid Qənizadə kimi şəxsiyyətlərin teatr sənətinin inkişafındakı xidmətləri tarixi faktlar əsasında açıqlanır.

Həbib bəy Mahmudbəyov 30 iyul 1928 -ci ildə 64 yaşında vəfat etmişdir.

1969 — Azərbaycanın Milli Qəhrəmanı Sadıq Dayamdur oğlu Hüseynov Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur.

1968-1978-ci illərdə burada orta məktəbdə oxumuşdur. 1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlayır.

Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə girirdi. 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanır buna baxmayaraq, silahı yerə qoymurdu. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sadıq Dayandur oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.

Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.

Vəfat etmişdir:

1890 —Postimpressionizm cərəyanının  məşhur nümayəndəsi Vinsent van Qoq 37 yaşında vəfat etmişdir.

Vinsent Van Qoq 1853-cü ildə Niderlandda anadan olmuşdur.

Van Qoq rəssamlığa 1880-cı illərdən başlayaraq diqqət göstərilir. Onun əsərləri tez-tez mətbuatda, tənqidçilər arasında müzakirə olunur və bu da öz növbəsində rəssamın ölümündən sonra təşkil olunan sərgilərdə öz əksini tapır. 20-ci əsrin əvvəllərində, Paris (1901-1905), Amsterdam (1905), Köln (1912), Nyu-York (1913) və Berlində (1914) sərgilər təşkil olunur. Məhz bu sərgilər Van Qoqun dahiliyinin hamı tərəfindən qəbul edilməsinə aparır.

Odur ki, son 10 ildə dünya incəsənət auksionlarında Van Qoqun əsərləri rekord qiymətlərə (150 000 000 ABŞ dolları və yuxarı) satılır.

Ümumilikdə, Van Qoq həyatı boyu 2000-dən artıq şəkil, eləcə də 3000-ə yaxın rəsmin müəllifidir ki, onlardan ən məşhurları həyatının son iki ilini əhatə edir. Qeyd etmək lazımdır ki, bu iki il streslərlə, öz qulağını kəsməsi və yaxın dostu, dahi rəssam Pol Qogen ilə ayrılması kimi vacib hadisələrlə müşayiət olunmuşdur.

1986 — Sovet İttifaqı Qəhrəmanı İdris Həsən oğlu Süleymanov 71 yaşında vəfat etmişdir.

İdris Süleymanov 12 fevral 1915-ci ildə Goranboy rayonunun Goran qəsəbəsində anadan olmuşdur.

1939-cu ildə Goranboy RHK-dan orduya çağırılmışdır. Leytenant İdris Süleymanov Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci il noyabrın əvvəllərində kiçik leytenant rütbəsində olarkən Mozdok yaxınlığında 43-cü əlahiddə atıcı briqadanın birinci əlahiddə atıcı batalyonunun birinci tağımının komandiri olmuşdur.

Şimali Osetiya Respublikasının Mozdok rayonunun İşşersk məntəqəsinin alınmasında qəhrəmanlıq göstərmişdir. Vuruşmanın ən qaynar anında gözündən və ayağından yaralanmağına baxmayaraq, döyüşçüləri səsləyərək, düşmənə əks-həmlə etmişdir. Bundan sonra düşmən öz mövqelərini qoyub geriyə doğru çəkilməyə məcbur olmuşdur.

1942-ci ilin 13 dekabrında kiçik leytenant İdris Süleymanova SSRİ Ali Sovetinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

 1943-cü ildə  ağır yaralandığına görə ön cəbhədən arxa cəbhəyə keçirilmişdir.

“Lenin” ordeni, Qırmızı Ulduz medalı və I dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edilmişdir. Müharibədən sonra Goranboy rayonunda Sosial təminat şöbəsinin müdiri işləmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!