Sərbəst səhifə

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseynin sinif otaqlarında, dəhlizlərində, fənn kabinetlərində bi günlər faktik olaraq bu şgirdlərin səsləri, gülüşləri eşidilməsə də, onlar harda olsalar, bu şərəfli təhsil ocağını təmsil edir, onunla fəxr edirlər. Məktəbdə, lisey də onlarla fəxr edir. Çünki bu şagirdlərin hər biri indi şagird olsalar da, gləcəyin ləyaqətli vətəndaşlarıdır? Müəllimləri, həkimləri, bəstəkarları, mühəndisləridir…

6 gün əvvəl ad günü olmuş Esma qızımız 11 yaşını qeyd edib. Biz diqqətsiz olmuşuq. 15 yaşında əvəzini çıxarıq, daha böyük təbrik payını təqdim edərik. Bu gün isə onun rəfiqəsi Fatimə qızımızın ad günüdür. Nə yaxşı…Onsuz da Ekoloji liseyin həyət-bacasının, sinif otaqlarının, fənn kabinetlərinin döşəmələrində axtarsaq, bu iki rəfiqənin qoşa ayaq izlərini mütləq seçə biləcəyik…
Elə ikinizin ad gününü birlikdə təbrik edək. Valideynlərinizə birlikdə “GÖzünüz aydın!” deyək.
Ad gününüz mübarək…

Sizə xoşbəxtlik, cansağlığı, ata-analı, baba-nənəli günlər arzulayırıq….
Hörmətlə: Anaveushaq.wordpress.com




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.