Tarixdə bu gün

İlin 211-ci (uzun illərdə 212-ci) günü

İlin sonuna kimi 154 gün qalır.

Doğum günləri:

1957 — Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayev Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur.

1974-cü ildə orta məktəbi bitirmiş və Qorki Politexnik İntitutunun Gəmiçilik fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə Ordu sıralarına göndərilmiş, hərbi xidmətini əvvəlcə Çexoslavakiyadakı Şimal Qrupunda, sonra isə Orenburq vilayətinnin Orsk şəhərində keçmişdir. Ordu sıralarından tərxis olunaraq Bakı Məişət Kondisionerləri zavodunda işləmişdir. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya məktəbinə daxil olmuşdur. 1982-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Bakıya qayıdaraq, Zabrat – 2 Aviasiya İdarəsində öz ixtisası üzrə işə başlamışdır. 1987-ci ildə Kremençuq Hava Uçuş məktəbində vertolyotun idarə olunması ixtisasına yiyələnmişdir. Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq, hərbi əməliyyatlarda fəal iştirak edir. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Musayev Fəxrəddin Musa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Qusar rayonundakı mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır.

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

1962 — Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyev Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur.

1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil almışdır. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə rayon bölməsində baş əməliyyat müvəkkili işləmişdir.

1993-cü ilin yanvar ayında MTN-nin Ağdam rayon şöbəsinə baş əməliyyat müvəkkili təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmişdir. Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

1976 — Azərbaycan zabiti, mayor Əhməd Abdullayev Cəlilabad rayonunda ziyalı ailəsində anadan olub.

1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.

1992-ci ildə təhsilini davam etdirməkməqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilinidavam etdirib.

Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə ) keçirilən hərbi təlimlərdə iştirak edib.

2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.

2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədi ilə xüsusi dövüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

28 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

10

2015 — Azərbaycanın Xalq artisti, Şöhrət Ordenli aktrisa Sofa Hüseynova 89 yaşında Naxçıvanda vəfat etmişdir.

Sofa Hüseynova 26 fevral 1926-cı ildə Bakı şəhərində anadan olub.. Qızlıq soyadı İsmayılovadır

Sofya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-də işlədikdən sonra yenə Naxçıvana qayıdıb.

Həyatı boyu Naxçıvan teatrın aktrisası olmuş, bir-birindən maraqlı və rəngarəng obrazlar yaratmışdır.

Milli koloriti həmişə əsas götürən aktrisa, eyni zamanda əcnəbi dramaturqların pyeslərinin tamaşalarında oynadığı obrazların yaşadığı dövrün etiket qaydalarını, sosial mənşəyini, kübar davranış tərzini dərindən mənimsəyib. Mənimsədiklərini isə ifa etdiyi rollarda yaradıcılıqla reallaşdırıb. Bu baxımdan kruçinina, Larisa (“Günahsız müqəssirlər” və “Cehizsiz qız”, Aleksandr Ostrovski), Liana (“Bostan iti”, Lope de Veqa), Xanuma (“Xanuma”, Avksenti Saqareli) rolları aktrisanın ifasında məharətlə oynanılmışdır. Mütənasib uca boyu, zərif bədən quruluşu aktrisaya müxtəlif rollar oynamağa geniş imkan yaradırdı.

2018 — Azərbaycan bəstəkarı, pedaqoq, professor , Xalq artisti, 2 dəfə  Dövlət mükafatı laureatı Xəyyam Hadı oğlu Mirzəzadə 71 yaşında vəfat etmişdir.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə Kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmiş  və   II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Tarixi gün və bayramlar:

Beynəlxalq Dostluq Günü

BMT-nin Baş Məclisi Paraqvayın təşəbbüsü ilə 24 aprel 2011-ci ildə  30 iyul tarixini Beynəlxalq Dostluq Gününü elan etmişdir. Bu gün əsasən zorakılığa qarşı olmaqla mədəniyyətlərin dostluğunu nümayiş etdirir. 

Baş Məclis bu münasibətlə yekdilliklə qəbul edilmiş qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığını və böyük əhəmiyyətini vurğulamışdır.

İnsan Alverinə Qarşı Ümumdünya Mübarizə Günü

2010-ci ildə BMT-nin Baş Məclisi insan alverinə son qoymaq uğrunda mübarizə məqsədi ilə İnsan Alveri ilə Mübarizə Qlobal Fəaliyyət Planını qəbul etmişlər.

2013-ci ildə isə üzv dövlətlər A / RES / 68/192 saylı qərarla 30 iyulu Dünya İnsan Alveri ilə Mübarizə Günü olaraq elan etmişlər.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!