Təbriklər

Hər bir uşaq, dünya üçün bir ümid və yeni bir başlanğıcdır.

Carl Sandburg 

9 avqust  2014-cü il  Əsgərli Ömərin ad günüdür. Ömər  çox ehtiramlı addır.  Məsələn, 2024-cü ildə doğulan oğlan uşaqlarına   verlmiş adlar üzrə  məlum onluqda “Ömər”adı da olmuşdur.Deməli,  övladlarına  bu adı seçənlər  heç də təsadüfi   seçmirlər. Ömər adı canlılıq və ya həyat deməkdir. Ömər adı ədaləti təmsil edir. Bu adı daşıyan insanlar ədalətli, mərhəmətli və möhkəmliyi ilə tanınırlar. Valideynlərinə qarşı mərhəmətli övlad olmaq, elm və hikmət sahibi olmaq da bu adın xüsusiyyətlərindəndir. Bu adı daşıyanlar güclü xasiyyətə malik olduqlarından rastlaşdıqları  çətinliklərin öhdəsindən uğurla gəlirlər. Ömər adı  həm də  İslamın ikinci xəlifəsinin adıdır. Həzrət Ömər İslamın böyük simalarından biri idi. O,  ədaləti ilə tanınan xəlifə idi. İslam dövləti ən böyük gücünü Həzrət Ömərin dövründə yaşamışdır.  Bütün söylədiklərimiz dilçiliyin xüsusi adları  tədqiq edən  sahəsinin semantik izahıdır, onomastik izahdır. İnşallah, Ömər Əsgərli  adının izah etdiyi  bütün xüsusiyyətləri öz  şəxsi həyatında bir daha təsdiqləyər: ailəsi üçün, onu  böyük həyata hazırlamış məktəb və müəllimləri üçün, ən başlıclası isə xalqımız üçün.

Bu gün Ömər Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin  VI A sinif şagirdidir. Hələ qarşıdakı böyük sınaqlar üçün hazırlaşır, kamilləşir, mətinləşir. Sinif rəhbəri Sevinc müəllimə qısaca olaraq şagirdini belə xarakterizə etdi:” Sinfimiz mehriban bir ailəni xatırladır. Uşaqlar arasında çox səmimi,  bir-birlərinə qarşı etimadlı münasibət var.  Məktəbin ictimai həyatında yaxından iştirak edirlər. Milli təfəkkürləri sinif rəhbəri olaraq  məni qürurlandırır. Ömərə gəlincə, hər şeydən öncə, səliqəli və nəzakətlidir.  “4” və “5” qiymətlərlə  oxuyur. İdmana, xüsusən də futbola böyük maraq göstərir…” Olsun. Biz demirik ki, Ömər futbolçu olacaq. Bunu gələcək göstərər.  Lap futbolçu olacaqsa, ölkəmizin idman uğurunun ən məşhur simalarından olacaqsa, bundan bütün  Azərbaycan qürurlanacaq.  Görkəmli şairimiz Bəxtiyar Vahabzadə çox doğru söyləmiş:

Yoxdur vəzifənin, işin sənətin, Böyüyü, kiçiyi deyirəm bizdə. Vəzni, dərəcəsi hər bir sənətin, Hünərlə ölçülür Vətənimizdə…

Əziz Ömər  bala, yeni yaşın mübarək! Anaveushaq.wordpress.com olaraq, sənin üçün, valideynlərin üçün  bu duyğulu anlara biz də  qoşuluruq. Sənə cansağlığı, uzun ömür və təhsilində bizim hamımızı sevindirəcək  uğurlar arzulayırıq.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!