Tarixdə bu gün

İlin 248-cu günü (uzun illərdə 249-cu)

İlin sonuna 117 gün qalır.

Mühüm hadisələr:

1960 Məhəmməd Əli Romada keçirilən olimpiya oyunlarının qalibi oldu.

1967— Krım tatarlarına amnistiya verildi.

1892— Məşhur tarzən, pedaqoq, musiqi xadimi, Azərbaycanın əməkdar müəllimi , Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanov Bakıda anadan olmuşdur.

Əhmədxan Bakıxanov ilk təhsilini   İranda almış, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə yiyələnmiş, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalmış, müəllimlik etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə ADK-da, daha sonra ADMM-də muğamdan dərs demişdir (1930-1973). Azərbaycan radiosunun nəzdində Xalq çalğı alətləri  ansamblının təşkilatçısı və rəhbəri (1931-1973) olmuşdur. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Bu ansambl bir çox görkəmli xanəndələri – Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və b. müşayiət etmiş, geniş konsert proqramları ilə çıxış etmişdir. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhmədxan Bakıxanov, tarzən Ə.Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi olmuş, ifaçılıq təcrübə­sində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınmışdır. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılmışdır.

Ə.Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.

Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının tərbiyəsinə həsr etmişdir: Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Əliağa Quliyev, Əlikram Hüseynov onun tələ­bələri olmuşlar. Bir çox bəstəkarın (Arif Məlikov, Hacı Xanməmmədov, Nəriman Məmmədov və b.) muğam müəllimi olmuşdur. İranlı musiqiçilər Əli Səlimi və Adil Axundzadə onun yetirmələri olmuşlar.

1973-cü ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

90

1935 – Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslan Bakıda doğulub.

1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında,

1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur:

27 iyun 2013-cü ildə  ağır xəstəlikdən Bakıda vəfat edib.

1971 —  Azərbaycan Milli Ordusunun zabiti, “Azərbaycan Bayrağı” ordeni laureatı  İntiqam Həsən oğlu Camaləddinov Oğuz rayonunun   Muxas kəndində anadan olub.

1978-ci ildə Muxas kənd orta məktəbinin I sinfinə getmiş, səkkizinci sinfə qədər burada oxumuş, 1985-ci ildə Bakı C.Naxçıvanski adına internat məktəbinə (Cəmşid Naxçıvanski adına hərbi lisey) daxil olmuşdur.

1988-ci ildə bu təhsil ocağını bitirərək Çelyabinsk Ali Hərbi Avtomobil Mühəndisləri Məktəbinə (rus. ЧВВАИУ) qəbul olunmuş, burada təhsilini bitirməyə bir necə ay qalmış Azərbaycan Respublikasında müharibə şəraiti ilə bağlı-xaricdə təhsil alan hərbçilərin vətənə çagırılması ilə əlaqədar Azərbaycana çağırilmış, hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirmişdir. İlk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə Avtomobil xidmət rəisi vəzifəsinə təyin olunmuşdur. Az bir müddət burada çalışdıqdan sonra Müdafiə Nazirliyinin xətti ilə könüllü surətdə cəbhə bölgəsinə yollanmış, Qarabağ uğrunda gedən döyüşlərdə – 1992-ci ildən 1994-cü ilə qədər demək olar ki, bütün cəbhə boyu ərazilərdə gedən hərbi əməliyyatlarda (xüsusilə Ağdam, Füzuli, Əskəran, Xocalı, Şuşa, Ağcabədi, Beyləqan bölgələrində) yaxindan iştirak etmişdir.

1994-cü il aprel ayınin 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanaraq 30 apreldə şəhid olmuşdur. Doğulduğu Oğuz rayonunun Muxas kəndində dəfn olunmuşdur.

Vəfat etmişdir:

 1997 – Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Tereza Ana vəfat etmişdir.

Tereza Ana katolik kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-ın ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib.

Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 1910 -cu il avqustun 26-da Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub.

17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü.

1948-ci ildə Vatikan Tereza Ananın Loretta təşkilatından ayrılmasına və Külküttə Baş Rahibliyinin nəzarəti altında vəhyin yerinə yetirilməsinə icazə verdi.

Tereza Ana, kasıb ailələrin uşaqlarına dərs deməyə başladı. Eyni zamanda tibbin əsaslarını öyrəndi və xəstələrin evlərinə gedərək onların müalicə olunmasına kömək elədi. 1949-cu ildən başlayaraq köhnə tələbələrindən bəziləri ona qoşuldu.

Tereza Ana və ətrafındakılar xəstəxanalarda müalicə oluna bilməyən və küçələrdə ölüm-dirim mübarizəsi aparan onlarla kişi, qadın, uşaqla qarşılaşdılar. Onlar bir ev tutaraq, səfalət içində, ölüm ayağında olan insanlara kömək etməyə başladılar. 1950-ci ildə kilsənin dəstəyi ilə Kəlküttə Xeyriyyəçi Missionerlər Cəmiyyətini yaratdılar.

1952-ci ildə Kəlküttə bələdiyyəsinin verdiyi ərazidə ilk Ölü Evi açıldı. Tereza Ananın 12 nəfərlə birlikdə yaratdığı bu təşkilat, uzun illər ərzində, minlərlə könüllüsü ilə birlikdə dünyanın 450 nöqtəsində yoxsullara köməklik göstərən böyük bir hərəkata çevrildi.

1980-ci ildən etibarən dünyanın hər yanında, narkotik istifadəçilərinə, fahişələrə və işgəncəyə məruz qalmış qadınlara kömək üçün açılan xəstəxanaların, kimsəsiz uşaqlar üçün tikilən uşaq evlərinin və məktəblərin sayı artmağa başladı.

1997-ci ildə vəfat edən Tereza Ana son gününə qədər yaxşılıq, yoxsullara kömək etmək üçün fəaliyyət göstərdi. Onun gördüyü işlər insanlıq üçün əsl nümunə idi.

2015 — Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü , Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı , Azərbaycan Respublikası Əməkdar Elm Xadimi Ağamusa Ağası oğlu Axundov vəfat etmişdir.

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində (1950-1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır . Eyni zamanda ADU-nun aspirantı, müəllimi , baş müəllimi, dosenti, sonra universitetin Ümumi dilçilik kafedrasının professoru, Fılologiya fakültəsinin dekanı olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir. AMEA-nin Dilcilik institunun direkroru, AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.

Sovet Türkoloqları Komitəsinin , Almaniya Demokratik Respublikasında nəşr edilən “Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar” adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin , Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərir.

“Sovetskaya tyürkologiya” jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri  və sair mühüm  vəzifələrdə  işləmişdir .

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!