Tarixdə bu gün

İlin 249-cu günü (uzun illərdə 250-ci)

İlin sonuna 116 gün qalır.

Mühüm hadisələr:

1952 – Cenevrədə müəllif hüquqları haqqında beynəlxalq Konvensiya imzalanmışdır.

1986 – Ankarada sinaqoqda terror aktı: 21 nəfər həlak olmuşdur.

1987 – İlk dəfə  Siam əkizləri Baltimorda cərrahi üsulla ayrılmışdır.

1994 – Azərbaycan Respublikası Qəmər adaları ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1958 — Əməkdar artist, televiziya aparıcısı, ssenari müəllifi, AzTV-nin keçmiş diktoru, Sevda  Ağa qızı Ağazadə Bakıda anadan olmuşdur.

7 yaşına qədər Balaxanıda yaşamışdır. Sonra Xətai rayonu 56 nömrəli məktəbdə orta təhsilini davam etdirmişdir. 1975-ci ildə orta məktəbi qızıl medalla bitirib, indiki Dövlət Neft Akademiyasına daxil olmuşdur.

Əmək fəaliyyətinə Milli Elmlər Akademiyasının Energetika İnstitutuna mühəndis-proqramçı kimi başlamışdır. Orada 5 il işləmişdir. Sonra AzTV-də radio diktorlar üçün təşkil edilən müsabiqəyə qatılmışdır. 300 nəfərin iştirakı ilə üç turdan ibarət müsabiqədə səsini bəyəniiblər. Son tura 7 nəfər qalan Sevda Ağazadə  müsabiqədən uğurla keçərək  radioda işə düzəlmişdir. İki ay radioda işləmişdir. 15 il televiziyada xəbərlər proqramını aparmışdır.

1985-ci ildən 2000-ci ilə qədər isə əsas xəbərləri oxumuşdur.

Hazırda “Telefilm” yaradıcılıq birliyində aparıcı redaktor işləyir.

1963— Azərbaycanın Milli Qəhrəmanı  Eldar Abdulla oğlu  Tağızadə Bakı şəhərində anadan olmuşdur.

1970-1980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. 1980 –ci ildə  Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində fliyyətə başlayır.

Qarabağdan həyəcanlı xəbərlər gələndə,  Eldar da    Vəytənin müdafiəsinə qalxır.  Bu məqsədlə  tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində çoxlu sayda  vətəndaşımız  girovluqdan azad edilmişdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilir və  DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edirlər.

 3 iyun 1992-ci il Tağızadə yenidən Qarabağa göndərilir.

Döyüş zamanı “Şaka” ləqəbli təhlükəli qatili zərərsizləşdirmək lazım idi. O, polis işçilərinə atəş açaraq gizlənmişdi, Eldar onun gizləndiyi binaya daxil olur, polis kapitanının silahsız olduğunu görən azğın erməni cəlladı qəfil olaraq Eldarın sinəsinə atəş açmış,  cəsur polis qəhrəmancasına həlak  olmuşddur.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Eldar Abdulla oğlu Tağızadə ölümündən sonra  Azərbaycanın Milli Qəhrəman  fəxri  adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır.

Vəfat etmişdir:

1566 – Sultan Süleyman Qanuni 71 yaşında Macarıstanda vəfat etmişdir.  

Süleyman 27 Aprel 1495-ci ildə Trabzon şəhərində anadan olub. Atası I Sultan Səlim idi. Yeddi yaşında elm, tarix, ədəbiyyat, din və hərbi taktikaları öyrənmək üçün Topqapı Sarayındakı Əndəruna göndərildi. Dini təlimdən başqa Qaraqızoğlu Hayrüddin Əfəndidən tarix, ədəbiyyatla yanaşı dəqiq elmləri də öyrənirdi.

1512-ci ildə atası I Səlimin taxta çıxması ilə Manisaya qubernator göndərildi. 1520-ci ildə atasınını vəfatından sonra İstanbula gələrək sentyabrın 30-da taxta çıxdı .

Atasının şərəfinə Sultan Səlim Məscidini tikdirdi. Onun hakimiyyəti dövründə Osmanlı hər cəhətdən inkişaf etdi. Qüdrətli dövlət xadimi, mahir sərkərdə, həm də istedadlı şair kimi yaddaşlarda qaldı. I Süleyman divanında 2779 qəzəl toplanıb ki, bu, sayca eyni janra müraciət edənləri xeyli üstələyib. Belə desək, şair Divan ədəbiyyatının qəzəl rekordçusudur.

Fatehlik yolu 1521-ci ildə Belgradın alınması ilə başlayıb Rodos, Mohaç, Bağdad və Təbriz, Boğdan və Preveze, Macarıstan, Esterqon, Trablusqarp, Səfəvi torpaqlarının bir qismi, və nəhayət Zigetvarın alınması ilə başa çatdı. Atası I Səlimin hakimiyyəti altında olan ərazini Avropa, Asiya və Afrikada fəth etdiyi ölkələrin hesabına 2,5 dəfə artırib.

46 illik padşahlığı

Daha dəqiq desək 45 il 3 ay 7 gün padşahlıq etdi. Səltənətinin 2745 gününü (7,5 il) at belində səfərlərdə keçirdi. 13 böyük səfərində at üstündə təxminən 43 000 kilometrə yaxın məsafə qət etdi.

1941— Görkəmli ədəbiyyatşünas  alim Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərzadə)  57 yaşında qətlə yetirilmişdir.

Salman Mümtaz 1884-cü ildə Şəkidə anadan olub. İki yaşında anası Zəhra xanımla Aşqabada köçür. Azərbaycanda Xalq Cümhuriyyəti qurulana kimi burada yaşayır.

Salman Mümtaz kiçik yaşlarından evin dolanışıq yükünün altına girdi. Qardaşıyla birgə dayılarına ticarət işlərində kömək etdi. Getdiyi yeganə məktəb mollaxana oldu. Orda da cəmi üç ay oxudu. Ərəb, fars, urdu dillərini təkbaşına, rus dilini isə dükanlarına gələn zabit arvadlarıyla söhbətlərindən öyrəndi. Türk dillərinə böyük marağı vardı. Özbək, qırğız, türkmən dillərini bilirdi. Ədəbiyyat sirli bir aləm kimi onu özünə çağıranda Salman hələ çox gənc i di. “Molla Nəsrəddin” jurnalında “Xortdanbəy”, “Sərçəqulubəy” və başqa imzalarla müxtəlif şeirləri, məqalələri çap olundu. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Bakıya köçür.1918-ci ildə Mümtaz əfəndi Ənvər Paşa və Nuru Paşanın Azərbaycana gəlişlərinə şeir həsr edir. Azərbaycan SSR dövründə “Azərnəşr”də işləyir. Klassik şairlər barədə əsərlər yazır. 1937-ci ilin 19 iyununda Salman Mümtazı “burjua-millətçi, pantürkist” kimi əvvəlcə tutduğu vəzifələrdən azad edib ev dustağına çevirdilər. Sonra o, SSRI Elmlər Akademiyasının Azərbaycan Filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi vəzifəsindən kənarlaşdırıldı. İşdən çıxarılmasına baxmayaraq, nadir əlyazmaları, kitabları toplayıb araşdırırdı. Uzun illər yorulmaq bilmədən çalışdı. Əldə etdiyi əlyazmaları “Kitabxaneyi-Mümtaziyyə”sini bəzəyirdi. Salman Mümtaz yenə vaxtının əsas hissəsini orada keçirirdi.

Repressiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Ona görə təkcə 1937-ci ildə Azərbaycanda 29 min “xalq düşməni” güllələndi. 1937-1938-ci illərdə Azərbaycanın minlərlə ziyalısı, o cumlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları xarici dövlətlərə cəsusluqda və “pantürkizm”də günahlandırılaraq repressiya olundu. Eləcə də, Salman Mümtaz 1937-ci ilin 8 oktyabrında axşam saat 11-də yaşadığı Buynakski – 25 (indiki Şeyx Şamil küçəsi) siyasi dustaq kimi həbs olundu. 1941-ci ilin 21 dekabrında siyasi dustaqlar barədə SSRİ-nin paytaxtında ölüm hökmü verilmişdi. Əmrin icrasına təcili başlanıldı.

Salman Mümtaz qətlə yetirildi.

Ələsgərov Salman Mümtaza 1956-cı il noyabrın 16-da SSRI Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verildi. Salman Mümtazın işinə aid ittihamnamə ləğv edildi.

13 sentyabr 1996-cı ildə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adı verilməsi ilə bağlı qərar qəbul edilmişdir.

.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Azərbaycanın Milli Qəhrəmanı Rafiq  Hüsen  oğlu Nəsrəddinov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Rafiq   Nəsrəddinov  18 mart  1961-ci il Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almışdır. 1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurub Bakıya qayıtmışdır.   Azərbaycan Dövlət Universitetinin məzunu idi.  

Erməni təcavüzü başlayanda rafiq  Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır.

Rafiq  döyüşlərdə erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoymuşdu. O,  tank bölüyünün rəisi idi. Rafiqin son döyüşü Ağdərənin Qızılqaya kəndində oldu. 6 sentyabr 1992-ci il baş vermiş bu döyüşdə son nəfəsinəcən vuruşan Rafiq qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası  Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Rafiq Hüseyn oğlu Nəsrəddinov  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı  fəxri adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər  Xiyabanında dəfn edilib.

Oxuduğu 39 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

Yaşadığı binanın önünə Xatirə lövhəsi vurulub.

2017  — Məşhur azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professor  Lütfəli Rəhim oğlu Ələsgərzadə 96 yaşında vəfat etmişdir.

Professor Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda doğulub.

O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb.

Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlıdır və Ərdəbildə doğulub, anası Fanya Korenman etnik rus-yəhudidir, Odessada doğulub və İran vətəndaşı olub.

Lütfi- Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb.

1942-ci ildə Tehran Universitetindən məzun olub və bir il sonra ABŞ-a gedib. 1944-cü ildə MİT-ə daxil olub və adını Lütfi – Zadə kimi dəyişib.

1946-cı ildə isə o, Columbia Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. Bu vaxt onun ailəsi artıq Nyu-York şəhərinə yerləşmişdi.

O, 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alır və bir il sonra professor yardımçısı kimi çalışır.

Lütfi-Zadə Columbia Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək California-dakı Berkeley Universitetində dərs deyib.

Onun məhşurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!