Baş redaktordan

Hər il sentyabr ayının 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Tarixboyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram ” demişdi. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər. Həmin ənənə bu gün də davam edir. Azərbaycan alimlərinin səsi 50-60 il öncə də dünyanın mötəbər məclislərindən gəlmişdir, bu gün dəb gəlir. Bütün bunlar ölkəmizdə təsilə veilən dəyərlə bağlıdır. Sabah onların bayramıdır, ali və orta ixtisas təhsili müəssisəlrində təhsilalanların və təhsil verənlərin bayramıdır.

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə qeyd edib ki, 2025-2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. İbtidai təhsil 552 min, ümumi orta 796 min, tam orta təhsil 246 min nəfəri əhatə edəcək.
Əziz müəllimlər və şagirdlər, hörmətli valideynlər bayramınız mübarək!.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.