Tarixdə bu gün

İlin 280- ci günü

İlin sonuna 85 gün qalır.

Mühüm hadisələr:

E.ə.3761 — Yəhudi inancına görə,  dünyanın yarandığı gün.

1988 —Türkiyənin Ərzurum şəhərində qazıntılar nəticəsində ermənilərin türk əhalisinə qarşı 1918-ci ildə törətdiyi Yaşılyayla soyqırımı aşkarlanmışdır.

1992 – Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs vermişdir.

Doğum günləri:

1978— Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  “İqtisadiyyat və menecment” fakültəsinin dekanı, İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, lham Samil oğlu Rüstəmov Bakıda anadan olmuşdur.

1995-1999 AzTU- nun  Mühəndis biznesi və menecment fakultəsini bitirmişdir.

2001-2004 AMEA İqtisadiyyat İnstitutunun “Struktur dəyişiklikləri və investisiya problemləri” şöbəsi  aspiranturasında oxumuş,  2009-cu ildə  iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

2014-cü ildən dosent elmi adına layiq görülmüşdür.

2009 sentyabr-dekabr aylarında Azərbaycan Dövlət Neft Akademiyası  Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasında əvəzçi assistant işləmişdir.

2010- Azərbaycan Dövlət Neft Akademiyasında  Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının  dosenti seçilmişdir

2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İqtisadiyyat və Menecment fakültəsinə dekan vəzifəsinə təyin edilmişdir.

1996— Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Əmirulla Vahid oğlu Əliyev Şamaxı şəhərində anadan olub.

2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Əmirulla Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Əmirulla Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmirulla Əliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Suraxanı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirulla Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirulla Əliyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Vəfat etmişdir:

1992—  Görkəmli Azərbaycan memarı,   SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, SSRİ Xalq memarı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı, Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü Mikayıl Ələsgər oğlu Hüseynovun vəfatından  25 il ötür.

Mikayıl Hüseynov 1905-ci il aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlmişdir. Gənclik illərindən memarlığa həvəs göstərmiş və bu məhəbbətə ömrü boyu sadiq qalmışdır. O, 200-dən çox layihə yaratmış və bunların, demək olar, hamısı həyata keçirilmişdir.

Mikayıl Hüseynov 1922-1929-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və M Mühəndis-inşaat fakültəsini bitirmişdir. 1930-1959 illərdə memar, sonradan isə “Azərdövlətmemarlayihə”də (indiki “Azərdövlətlayihə” DBLİ) 1-ci Memarlıq emalatxanasının rəhbəri olmuşdur. 1960-1990 illərdə “Azərdövlətlayihə”də məsləhətçi (konsultant) işləmişdir 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın Fizika – texniki elmlər və neft bölməsi üzrə həqiqi üzv (akademik) oldu.

Az vaxtda onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbədə, Moskvada və s. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı “Alimlər evi” (1946), Ü.Hacıbəyov adına “Azərbaycan Dövlət Konservatoriyası” (1937-1939), “Nizami adına Ədəbiyyat Muzeyi”nin (1946), “Nizami” kino mərkəzi (1937-1939), Azərb. Politexnik İnstitutu (1931-1933), “Bakı Soveti” işçiləri üçün yaşayış (hazırda Respublika Nazirlər Kabineti binası, 1938-1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin (indiki Azadlıq) meydanının qərb tərəfində 16 mərtəbəli “Azərbaycan” (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə “Abşeron” (1985) mehmanxanaları tikilmişdir.

1946-cı ildən sonrakı memarlıq işləri: M.F. Axundov adına Azərbaycan Dövlət Kitabxanası (1960), Azərbaycan  SSR EA şəhərciyi kompleksi (1951-1966), Bakı Metropoliteni “Nərimanov” (1967), “Nizami” (1976) və “Elmlər Akademiyası” (1985) stansiyaları; “Moskva” mehmanxanası (1978). Dünya şöhrətli memar, alim, pedaqoq, akademik Mikayıl Hüseynov Azərbaycan memarlığının inkişaf tapmasında böyük xidmətləri olub. 1992 ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskvadakı şöbəsinə fəxri üzv seçilmişdir.

1992-ci ildə M.Hüseynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Hüseynov oldu.

Dünya şöhrətli görkəmli memar M.Ə. Hüseynov 1992-ci il 7 oktyabrda Bakıda vəfat etmiş və I Fəxri Xiyabanda dəfn edilmişdir.

2020 — Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri Ulubəyov Nurəhməd Hacıbəy oğlu Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Ulubəyov Nurəhməd 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub.
2020-ci ilin sentyabr ayının 21-də Nurəhmədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılmışdır.
2020-ci ilin sentyabr ayının 27-si tarixdən erməni separatçılarının milli və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində hücumunun qarşısının alınması ilə əlaqədar könüllü olaraq döyüşlərə atılmışdır.
Vətənimiz Azərbaycan uğrunda döyüşlərdə hərbi anda sadiq qalaraq Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda döyüşür, mərdlik və mətinlik nümayiş edərək 2020 cı ilin Oktyabr ayının 7 – də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşdə ön cəbhədə döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.
Oktyabr ayının 9-da Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülmüşdür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!