Tarixdə bu gün
İlin 281- ci günü
İlin sonuna 84 gün qalır.
Mühüm hadisələr:
1873 — ABŞ-da ilk qadın həbsxanası açılıb.
1906— Lev Tolstoy Nobel mükafatından imtina edib.
1917 — Sovet Rusiyasında Leninin təklifi ilə Aleksandra Kollantay dünyanın ilk qadın naziri olmuşdur.
Doğum günləri:

1601 — Məşhur şair Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır.
XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində gözəl əsərlər yaradan klassik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olmuşdur.
1677-ci ildə İsfahanda vəfat etmişdir.

1946 — Azərbaycanın Milli Qəhrəmanı Kamil Balədə oğlu Nəsibov Laçın rayonunda anadan olmuşdur.
1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.
1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qalırdığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bölükLƏ Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.
1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirərək həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ağcabədi rayonunda dəfn edilmişdir.
Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.

1960 — Azərbaycanın Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynov Masallı rayonunun Xıl kəndində anadan olmuşdur.
1978-ci ildə burada məktəbi bitirib sovxozda işləmişdir. 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunmuşdur.
Ermənilərin doğma torpaqlarımıza basqın edəndə Elşad da könüllü cəbhəyə getmək qərarı qəbul edir və hərbi homissarlığa müraciət edərək cəbhəyə yola düşür.
Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdu.
15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Masallı rayonunun Xıl kəndində dəfn edilib.
Masallı rayonunda adına küçə var, roayon mərkəzində büstü qoyulmuşdur.

1971— Tanınmış klassik estrada müğənnisi, Əməkdar artisti Teymur Həşim oğlu Əmrahov Gəncə şəhərində anadan olub.
İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur “Qarabağ bülbülləri” ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olmuşlar.
1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, görkəmli teatr və kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb.
1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib.
2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib.
2020-ci ildə Heydər Əliyev adına Sarayda “Bu dünya bir nərdivandı” adlı solo konserti keçirilib.
1990-cı ildən Azərbaycan Dövlət Teatrlarında yaradıcılıq, yubiley və anım gecələrinin təşkilatçısı kimi fəaliyyət göstərir. Bunlardan Şövkət Ələkbərova, Oqtay Ağayev, Məlik Dadaşov, Ələddin Abbasov, Firudin Mehdiyev, Natavan Şeyxova, Vaqif Şərifov, Məmmədəli Balayev və başqaları.
Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir.
Teymur Əmrahın iki tələbəsi – Prezident Mükafatçısı Amil Həsənov, Xalq artisti Samir Cəfərov “Qızıl kitab”a düşüblər.
Qocaq Əsgərov, İlkin Əhmədov, Sevinc Sarıyeva, Aqşin Abdullayev, Ayaz Qasımov, Zamiq Hüseynov, Emil Rəhmanov, Elton Hüseynəliyev, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Əli Əliyev, Nicat Rəhimov, Elçin Hüseynov Teymur Əmrahın yetirmələridir.
Vəfat etmişdir:

2009 — Görkəmli nasir Əlibala Hacızadə 74 yaşında vəfat etmişdir.
Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur.
Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır.
Əfqanıstanda mütərcimlik etmişdir.
Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə “Nizami” jurnalının baş redaktoru olmuşdur. “Mənim müəlliməm” adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı “Gəncliyin səsi” almanaxında dərc olunmuşdur.
“Təyyarə kölgəsi”, “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”,
“Vəfalım mənim”, “İtkin gəlin” kimi məşhur əsərlərin müəllifidir.

2010 — Azərbaycan Respublikasının Xalq artisti, müğənni, aktyor Elxan Yahya oğlu Əhədzadə vəfat etmişdir.
Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına Kinostudiyada Adil İskəndərovun sinfində almışdır.
1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və bir çox tamaşalarda çıxış etmişdir. R.İbrahimbəyovun “Kto pridyot v polnoç” əsərində Makedon, “Solovyinnaya noç”da serjant Atayev və s. kimi rollar yaratmışdır.
1972-1977-ci illərdə İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsini bitirib və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışmışdır. Bu müddət ərzində R.Hacıyevin “Mama, ya jenyus” “Kavkazskaya plemyanitsa” və “Çelovek iz Lamançi” əsərlərində baş rolları ifa etmişdir. Sonralar bir müddət Rəşid Behbudovun “Mahnı Teatr”ında fəaliyyət göstərmişdir. Həmçinin bu müddət ərzində o, kinostudiyada “Çətrimiz buludlardır” və “Üzü küləyə” filmlərində baş rollara çəkilmişdir. O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun” əsərində Nofəl, C.Bizenin “Karmen” operasında Eskamin, R.Mustafayevin “Vaqif” operasında Şah Qacar, S.Ələsgərovun “Solğun çiçəklər”də Bəhram, C.Verdinin “Riqoletto” operasında Riqoletto, C.Rossininin “Sevilya bərbərin”də Fiqaro və s. kimi rollarda oynamışdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.