Tarixdə bu gün
İlin 282- ci günü
İlin sonuna 83 gün qalır.
Mühüm hadisələr:
1941 — Azərbaycanlılardan ibarət 223-cü Milli Diviziya yaradılmışdır.
1992 —Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirilmişdir.
1997—Strasburqda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü zamanı GUAM beynəlxalq təşkilatının yaradılması qərara alınmışdır.

Doğum günləri:

1902 — Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın üzvü, Əməkdar elm xadimi Umnisə Süleyman qızı Musabəyova Qəbələ rayonunda anadan olmuşdur.
1936-cı ildə Tibb elmləri doktoru adına, 1943-cü ildə professor adına, 1957-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi adına layiq görülmüşdür. 1945-ci ildən ömrünün sonunadək indiki Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasina başçılıq etmişdir. Elmi tədqiqatları, əsasən, traxoma, qlaukoma xəstəliklərinə, görmə sinirinin patologiyasına həsr edilmişdir. O bir sıra illərdə müxtəlif dünya səviyəsində olan toplantı və konqreslərdə iştirak etmişdir, geniş ictimai faliyyətlə məşğul olmuşdur.1958-ci ildə Brüsseldə keçirirlən Ümumdünya oftalmoloqlar konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. SSRİ Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir. Lenin ordeni və medallarla təltif edilmişdir.
15 noyabr 1974-cü ildə vəfat etmişdir.

1910—Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov anadan olmuşdur.
Müharibənin ilk günlərindən diviziya komandir vəzifəsində düşmənlə qərb istiqamətində vuruşub.
1943-cü ildə müdafiə nazirinin əmri ilə 658-ci zenit-artileriya diviziyası 268-ci qvardiya zenit-artileriyası ilə əvəz edildi və polkovnik Həbubulla Hüseynov komandir təyin edildi.
6 aprel 1945-ci ildə 35 yaşlı komandir komanda məntəqəsini tərk edir və döyüşə şəxsən rəhbərlik edir. Düşmən durdurulur və geriyə cəkilməyə məcbur olur. Bu döyüşdə diviziya komandiri polkovnik Həbibulla Hüseynov qəhrəmancasına həlak oldu.
29 iyun 1945-ci ildə SSRI ALi Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə qvardiya polkovniki Hüseynov Həbibulla Eynulla oğlu vəfatından sonra Sovet İttifaqı Qəhramanı adına layiq görüldü.
Düşmənlə döyüşdə göstərdiyi igidlik və şücaətinə görə polkovnik Hüseynov Həbibulla Eynulla oğlu müxtəlif vaxtlarda iki Döyüş Qırmızı Bayraq ordeni,
Qırmızı Ulduz ordeni, Birinci dərəcəli Böyük Vətən Müharibəsi ordeni, Stalinqadın müdafiəsi, Kenisberqin alınması zamanı göstərdiyi şücaətə görə ordenləri və sair təltiflərə layiq görülmüşdür.

1919 — Sovet İttifaqı Qəhrəmanı Məmməd Əli oğlu Məhərrəmov Goranboy rayonunda anadan olmuşdur.
Məmməd Əli oğlu Məhərrəmov Qasım İsmayılov rayonunun (indi Goranboy) Qarasuçu kəndində dünyaya göz açmışdır.
1939-cu ildə faşist Almayası Polşaya hücumu ilə İkinci Dünya müharibəsinə başladı. Gənc Əli həmin ildə də hərbi xidmətə çağırılmışdır.
Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında bölmə komandiri vəzifəsində başlamışdır.
Baş serjant M.Məhərrəmovun dəstəsi 1943-cü ilin 2 oktayabrı gecəsi Kreşşatnik adlı yerdə Dnepr çayını birinci olaraq keçmiş və 15 gün müddətində düşmənin arxasında onun silah ambarını partlatmış, zəbt etdiyi kənddə düşmənin bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin hucumunun genişlənməsini təmin etmişdir.
Ili Məhərrəmova Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 22 fevralında verilmişdir.
Leytenant M.Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilmişdir.
1977-ci ildə vəfat etmişdir.
Qəhrəmanın adı əbədiləşdirilmiş, doğulduğu rayonun küçələrindən biri onun adını daşımaqdadır.

1958 — Azərbaycanın Milli Qəhrəmanı Yunis Əsgər oğlu Əliyev anadan olmuşdur.
Əliyev Yunis Əsgər oğlu 1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində davam etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına çağırılmış və hərbi xidmətini Tacikistanda başa çatdırmışdı. 1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona üzv yazılmışdır. Erməni quldurlarına qarşı ilk döyüşü Ağdərə bölgəsində olmuşdu. O, 1992-ci il mayın 4-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün “Yaltaxıl” adlı əməliyyat planı hazırlamışdı. Həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün sonra ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli olmuşdular. Elə həmin döyüşdə Yunis erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olmuşdur. Onun meyiti 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılmışdı.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Yunis Əliyev 1992-ci il iyunun 16-da doğma Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır.
Goranboy rayonunda büstü qoyulub.
Vəfat etmişdir:

1944 — General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini Sadıq bəy Ağabəyzadə Lvov şəhərində vəfat etmişdir.
Sadıq bəy Ağabəyzadə 5 mart 1865 -ci ildə Göyçayda anadan olmuşdur.

2020 — Azərbaycan Silahlı Qüvvələrinin giziri Fərid Ömər oğlu Ramazanov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Fərid Ramazanov 1991-ci il dekabrın 23-də Qax rayonunun Qum kəndində anadan olub. Milliyətcə saxur idi.1998-2009-cu illərdə Z. Müslümov adına Qum kənd orta məкtəbində təhsil alıb.
Fərid Ramazanov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra Silahlı Qüvvələrin TTM-də gizir hazırlıq təlimlərini bitirib. Gizir hərbi rütbəsi aldıqdan sonra hərbi xidmətinə davam edib. 2018-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələri “N” saylı hərbi hissəsində Taqım Komandirinin müavini vəzifəsinə irəli çəkilib.
Azərbaycan Ordusunun giziri olan Fərid Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qax rayonundə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Fərid Ramazanov ölümündən sonra “Vətən uğrunda” medalı , 15.12.2020-ci il tarixli Sərəncamına əsasən , “Azərbaycan Bayrağı” ordeni ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Bayram və xüsusi günlər:

1974 — Bu gün Ümumdünya Poçt Günü kimi qeyd olunur. 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan “Bern sazişi” imzalanıb. 1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı adlandırılır. Hal-hazırda ÜPİ-nin tərkibində 189-dan çox ölkə var. Ümumdünya Poçt Günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində- “Beynəlxalq məktub həftəsi” adı altında keçirilir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.