Tarixdə bu gün

İlin 287-ci (uzun illərdə 289-cu) günü.

Mühüm hadisələr:

1743 — Şirvanda üsyan. Üsyançılar Ağsu şəhərini ələ keçirdilər.

1993 — BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul etdi.

Doğum günləri:

150

1875 — Görkəmli ictimai və maarif xadimi, naşir və mühərrir Əlisgəndər Hacibaba oglu Cəfərzadə Bakı şəhərində anadan olmuşdur.
1887–90-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxumuşdur. 1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək Azərbaycan dili müəllimi hüququ almışdır.
Əlisgəndər Cəfərzadə Məmməd Yusif Cəfərovun böyük qardaşıdir.
Məmməd Yusif Cəfərov hüquqşünas, alim, Azərbaycan Xalq Cümhuriyyətinin Sənaye və Ticarət naziri (28 may — 17 iyun 1918), Azərbaycan Demokratik Respublikasının Xarici İşlər naziri (14 mart – 22 dekabr 1919) olmuşdur.
1895–1898-ci illərdə Nəriman Nərimanovun təşkil etdiyi qiraətxanada müdir, 1897–1920-ci illərdə ikinci Rus-müsəlman məktəbində, həmçinin Aleksey ali ibtidai məktəbində müəllim, 1906–1918-ci illərdə “Nəsri-maarif” cəmiyyətində katib, 1920–1924 Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin, “Azərnəşr”də Uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924–1932-ci illərdə texniki redaktor, 1932–1938-ci illərdə isə “Azərneft”də kadr şöbəsinin rəisi işləmişdir.Cəfərzadə xalq maarifinin milli zəmində inkişafı sahəsində böyük xidmətlər göstərmiş, “Nəsri-maarif” cəmiyyətinin Bakı və onun kəndlərində açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik etmişdir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Cəfərzadənin adı ilə bağlıdır. O ,1906–1908-ci illərdə “Dəbistan” adlı ilk pedaqoji jurnalın naşiri və mühərriridir. Qarşısına “türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək”, onların “əql, zehin, əxlaqi-həsənə və hissiyyatlarını oyandırıb” inkişaf etdirməklə “zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar” yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin görkəmli yazıçılarını ətrafına toplayaraq jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc etmişdir. O 1922-ci ildə “Maarif” adlı ilk Azərbaycan sovet uşaq jurnalının da üç redaktorundan biri olmuşdur. Cəfərzadə Azərbaycan dövri mətbuatı və kitab nəşrinin inkişafına, xüsusilə onun mürəttiblik kimi ağır sahəsinin dirçəlişinə böyük əmək sərf etmişdir. 1905–1906-ci illərdə “Həyat” qəzetinin baş mürəttibi, Rəşid bəy Əfəndiyevin 1902-ci ildə “Bəsirə-tül-ətfal” müntəxabatının, 1921-ci ildə “Füqəra füyuzatı” jurnalının, 1922-ci ildə M.Ə.Sabirin “Hophopnamə”sinin naşiri olmuşdur. Cəfərzadə həmçinin bədii və elmi yaradıcılıqla da məşğul olmuşdur.Məqalələri
Görkəmli adamların həyatına dair:

“Əkbər şah”
“Hacı Seyid Əzim Şirvani”
“Müəllim Naci”
“Əlişir Nəvai”
“Əli bəy Hüseynzadə”
“Həsən bəy Məlikov”
Texnikaya və memarlığa dair:

“Tac-Mahal, yaxud Mümtaz Mahal”
“Məşhur böyük binalar”
Hekayələri( Bu hekayələri uşaqların fikri və mənəvi inkişafında böyük rol oynamışdır):

“Balaca Firidun”
“Ata və oğul”
“Mərhəmətli Fatma”
“Cəmilənin sərgüzəşti”
Dərslik
1900-cü ildə Sultanməcid Qənizadə ilə birgə aşağıdakı dərsliyin müəllifidir.

“Kilidi-ədəbiyyat”
Elmi əsərləri
“Müsləhəddin Sədi Şirazinin tərcümeyi-halı ilə bərabər onun “Gülüstan” kitabına bir nəzər” adlı elmi əsərin müəllifidir.

Əlisgəndər Cəfərzadə 28 yanvar 1941-ci ildə 65 yaşında vəfat etmişdir.

1886—XX əsrin əvvəllərində  Krımda  fəaliyyət göstərən “Krım müsəlman qadınlarının icraiyyə komitəsi”nin lideri (“Кadınlar günü”). məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı Bağçasarayda anadan olub. 

İlk qadın jurnalının baş redaktoru olan Şəfiqə Qaspıralı 20-ci əsrin əvvəllərində Çar Rusiyasında türklük şüurunun, çağdaşlaşmanın formalaşmasında müstəsna xidmətləri olan Azərbaycan qadınıdır. O, məşhur Krım tatar ictimai xadimi İsmayıl Qapıralının qızı, Azərbaycanın ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır.

Mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu “Tərcüman” qəzeti vasitəsilə gələn Şəfiqə xanım 1906-cı ildə imperiyada yaşayan türklərin ilk qadın jurnalı olan “Qadın dünyası” (“Aləmi-nisvan”) dərgisini nəşr etdirib. Bu dövrdən etibarən artıq “Tərcüman” təkcə Qaspıralının deyil, Şəfiqə xanım və Nəsib bəyin də dəstəyi ilə çap olunub, sol düşüncəli Nəsib bəy Qaspıralı ilə fikir mübadiləsindən sonra millətçi görüşə sahiblənib.

1908-ci ildə Şəfiqə xanım Nəsib bəylə birlikdə “Tərcüman” qəzetinin 25 illiyini keçirirlər. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edib. Lakin Azərbaycan Demokratik Cumhuriyyəti devrilir, Nəsib bəy müəmmalı şəkildə 1920-ci il mayın 31-də öldürülür. Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, ona Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilib, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edib.
Türkiyənin Bakıdakı təmsilçisi Memduh Şövketin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilib. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparıb. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edib.
Övladlarına ali təhsil verib. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayıb. Sonuncu isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirib.
Şəfiqə Qaspıralı 1975-ci ildə Türkiyədə vəfat edib.

1933 —Böyük şair, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycanın Xalq şairi Məmməd Araz ( İbrahimov Məmməd İnfil oğlu) Naxçıvan MR- də (Nursu, Şahbuz) anadan olmuşdur.

1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının Poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının “İstiqlal” ordeni, bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur.

2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

1981 — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid  olmuş  Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanov   Neftçala rayonunun   Həsənabad qəsəbəsində     anadan olub.

Samid İmanov 1988- 1998-ci illərdə Neftçala rayonu 1 nömrəli tam orta məktəbində təhsil almışdır.  1998-ci ildə  Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunan İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş  və Azərbaycan Respublikasının  Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür.

Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb.

2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçdi və əməliyyat keçirdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edildi.

Samid İmanov həmdə bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıtdı, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra etdi.

Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatıldı. Azərbaycan-Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə atışdı.

Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası aldı. Əsgərlər onu döyüş meydanından aparmağ istəsədə, Samid İmanov buna qəti sürətdə etiraz etdi və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr etdi. Əsgərlərin etirazına baxmayaraq isə mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq Samid İmanovu aparmağ üçün yenidən döyüş meydanına qayıtdı, amma mayor İmanov artıq orada deyildi. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşdı. Bütün mərmiləri qurtaran mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlamışdı. Səhərə gədər əsgərlər ona tapmadığı üçün isə mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.

Aprelin 9-u isə mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləridə qatıldı. Azərbaycanın dövlət himni səsləndirilənsən sonra yaylım atəşinin sədaları altında mayor Samid İmanovun uğrunda şəhid olduğu torpaşa tapşırıldı. Mayorun tabutuna çəkilən bayrağ isə şəhidin qardaşı Sadiq İmanova təqdim olundu.

2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri  adına layiq görüldü.

Vəfat etmişdir:

1962 —   Xalq artisti Əli Mirzə Əli oğlu Qurbanov vəfat etmişdir.

Əli Qurbanov 20 iyun 1898-ci ildə Tbilisi də anadan olmuşdur.

Əli Qurbanov 50 ildən artıq böyük səhnədə olmuşdur. Bu muddətdə 200-ə yaxın muxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının filmlərində də çəkilmişdir. İlk dəfə 1928-ci ildə “Hacı Qara” filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov, sonralar “Kəndlilər”, “Almaz” (Aftil), “Yeni Horizont”, “Səbuhi” (Ağalarov), “Bəxtiyar” (Qurban), “Doğma Xalqıma” (buruq ustası), “Mahnı Belə Yaranır” (Kor aşıq), “Qızmar Günəş Altında” (Əli dayı), “Qara Daşlar” (Usta Ramazan), “Ögey Ana” (çoban), “Bir Qalanın Sirri” (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan, yüksək səviyyəli obrazlar yaratmışdır. Xalqımız və dövlətimiz Əli Qurbanovun xidmətlərini nəzərə alaraq ona 1938-ci ildə Əməkdar artisti, 1940-cı ildə isə Xalq artisti fəxri adı vermişdir. Böyük aktyor həmçinin  “Şərəf Nişanı”, “Lenin ” və   “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunmuşdur.

1974—Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Xalq rəssamı, Azərbaycan Dövlət Mükafatı Laureatı Bəhlulzadə Səttar Bəhlul oğlu Moskvada vəfat etmişdir.

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə Rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

  “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı” , “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Suraxanı atəşgahı,”Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və s. əsərlər S.Bəhlulzadənin yaradıcılığında  əsas yer tutur.

Bəhlulzadə 14 oktyabr 1974-cü ildə cü ildə Moskvada vəfat etmiş və doğulduğu  Əmircan kəndində dəfn olunmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!