Tarixdə bu gün
İlin 289-cu (uzun illərdə 290-cı) günü.
Mühüm hadisələr:
1806 – Rusiya və Osmanlı arasında yeni müharibə başladı.
1830 – Zaqatalada Rusiya işğalına qarşı 21 iyunda başlayan üsyan yatırıldı.

2006 – GUAM Parlament Assambleyasına rəhbərlik Azərbaycana keçdi.
2007 –Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı keçirildi.
Doğum günləri:

1853 – General, ilk azərbaycanlı hərbi topoqraf İbrahim Ağa Vəkilov Qazax rayonunda anadan olmuşdur. İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir.
General İ.Vəkilov 1934-cu il iyunun 2-də vəfat edib.

170
1855 – Rusiya İmperator ordusunun artilleriya generalı , Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, sovet hərb xadimi Səməd bəy Mehmandarov Lənkəran rayonunda anadan olmuşdur.
General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu.
General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
General Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.

1923 – Azərbaycanın Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abdullayev Gülhüseyn Hüseyn oğlu (Gülhüseyn Hüseynoğlu) Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur.
3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır.
1947-ci ildə ADU-nun Filologiya fakültəsini bitirmiş, aspiranturaya qəbul olunmuş, lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilmiş, 25 il azadlıqdan məhrum olunmuşdur. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa edilmişdir. Universitetdə müəllim saxlanmışdır.
İşlədiyi müddətdə Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, Filologiya fakültəsi elmi şurasının üzvü olmuşdur.
“Ana” adlı ilk hekayəsi 1944-cü ildə, “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeri isə 1946-cı ildə dərc olunmuşdur.
M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.
Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır.
Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat etmişdir

1926 – Azərbaycan bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, professor “Şöhrət” ordenli Ramiz Hacı oğlu Mustafayev Türkmənistanda anadan olmuşdur.
R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, “Şöhrət” ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.
Rauf Hacıyev 10 aprel 2008-ci ildə Bakıda vəfat etmişdir.
.

1963 – Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədov Masallı rayonunda doğulmuşdur.
Erməni işğalının ilk günlərində polis əməkdaşı kimi qəhrəmanlıq yolu keçmişdir.
1992-ci il fevralın 16-da azğınlaşmış erməni dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib, meyitləri də silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək kəndi təmizləməyə başladılar, bu zaman onun idarə etdiyi maşın qumbaratanla vuruldu və qəlpələrdən biri Səfəralının kəmərindəki əl qumbarasına dəyərək partlayır. Səfəralı faciəli şəkildə həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.
Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Vəfat etmişdir:

1984 – Məşhur türkoloq, filologiya elmləri doktoru, professor, müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan elm adamlarından biri Fərhad Ramazan oğlu Zeynalov Ordubadda anadan olmuşdur.
Fərhad Zeynalovun müdafiə etdiyi mövzu – “Nitq hissələrinin təsnifat prinsiptləri” – daha sonra da bir çox elmi tədqiqatlara başlanğıc vermişdir.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində işə başlamışdır.
1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur. Elə həmin universitetdə 1969-cu ildə Türkologiya kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. O, həmin ildən etibarən bu kafedraya rəhbərlik etmişdir.
1956-cı ildə filologiya elmləri namizədi, 1966-cı ildə elmlər doktoru alimlik dərəcəsi almışdır.

2020 — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, “Həmlə” taborunun komandiri Anar Mehman oğlu Şükürov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Anar Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub.
Anar Şükürov uzun illər Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində Qrup Komandiri və Tabor Komandiri vəzifələrində, daha sonra isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında xidmət edib və müharibədən bir neçə il əvvəl Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarından ehtiyata buraxılıb.
Anar Şükürov Vətən müharibəsinin birinci günündən Binəqədi Rayon Hərbi Komissarlığına dəfələrlə müraciət eləsə də, Komissarlığdan ona hələ gözləməli olduğu bildirildilər. Bundan sonra o, 1-ci Ordu Korpusunu rəhbərliyinə müraciət elədi və Ordu Korpusunun Komandanlığın yardımı ilə “Həmlə” taborunun komandiri olaraq döyüşlərə cəlb olundu.
Anar Şükürov oktyabrın 16-da Ağdərə istiqamətində “530 strateji nöqtəsi” istiqamətində şəhid olub.
II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Anar Şükürova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.
Cəsur komandir eyni zamanda 9 medalla təltif olunmuşdur.
Bayramlar və xüsusi günlər:

Bu gün Beynəlxalq Anestizoloq Günüdür. 1846-cı ildə birinci dəfə çənəaltı hissədən şişi götürmək üçün efir narkozu nümayiş etdirilib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.